Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Regional Su Meliorasiya Xidməti”nə icrası məcburi olan göstəriş verildi - "Keyfiyyəti artırın, qanuni tarifləri tətbiq edin"

“Regional Su Meliorasiya Xidməti”mə bütün ölkə ərazisində su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Regional Su Meliorasiya Xidməti”nə icrası məcburi olan göstəriş verildi - "Keyfiyyəti artırın, qanuni tarifləri tətbiq edin"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində su təchizatında Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinin pozulması halları müəyyənləşdirildiyindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq çərçivəsində “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Bu barədə Marja-ya Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

Reklam_3_11

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müxtəlif təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir. Bununla əlaqədar olaraq, Agentlik təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması istiqamətində tədbirləri həyata keçirir.

Bu çərçivədə Biləsuvar rayonu sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyən edilib. Araşdırmaların nəticəsi olaraq, “Regional Su Meliorasiya Xidməti” PHŞ-nin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.

İşə baxılma prosesində təbii inhisar subyekti olan “Regional Su Meliorasiya Xidməti” PHŞ tərəfindən Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirilən müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və  uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.

İş elanları AzVak.az-da

Bu xüsusda Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verilib.

Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik (AİBNDA) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri tədbirləri görməyə davam edəcəkdir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi su təchizatı Rəqabət Məcəlləsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ADSEA Regional Su Meliorasiya Xidməti PHŞ uyğunsuzluğun aradan qaldırılması icrası məcburi göstəriş təbii inhisar subyektləri su təchizatı nəzarəti Biləsuvar rayonu suyun satışı tarifləri istehlakçıların mənafeyi xidmət keyfiyyət norması su təchizatı dayanıqlığı abonentlərlə işin şəffaflığı texniki infrastrukturun təkmilləşdirilməsi qanunvericiliyə uyğun su təchizatı Azərbaycan su sektorunda nəzarət AİBNDA və ADSEA əməkdaşlığı
02.12.2025 10:52
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18