İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb
İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin əməkdaşlığı ilə “Yaşıl artım portalı”nın yeni versiyası yaradılıb.
Ötən il Bakıda keçirilən COP29 zamanı təqdim olunan və İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsində yaradılmış qlobal “Yaşıl artım portalı” (Green Growth Portal) enerji keçidi üçün zəruri məlumatları özündə birləşdirərək ölkələrə və investorlara yaşıl keçid strategiyalarını təkmilləşdirməyə dəstək verir. Portalda interaktiv analitik alətlər vasitəsilə yeni sənaye sahələrinin, bazarların və iqtisadi inkişaf istiqamətlərinin formalaşması üçün mövcud imkanlar təqdim olunur.
COP29 irsinin davamı kimi bu layihə çərçivəsində artıq 1,7 milyondan çox istifadəçiyə xidmət göstərilir. Portal Harvard Universitetinin “İqtisadi Mürəkkəblik Atlası”na (Atlas of Economic Complexity) inteqrasiya olunub və ölkələrin iqtisadi inkişaf imkanlarına dair təhlil və məlumat bazasına çıxış təqdim edir.
Portalın yeni versiyası funksional baxımdan təkmilləşdirilib və bir sıra innovativ xüsusiyyətlərlə zənginləşdirilib. Bu barədə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausman sosial mediada paylaşım edərək bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən layihə sayəsində “Growth Lab” hazırda 140 ölkəyə 2 trilyon dollarlıq qlobal enerji keçidi imkanında necə iştirak edə biləcəklərinə dair məlumatları təqdim edə bilir.
https://x.com/ricardo_hausman/status/1986147327975846034
Alətin məqsədi ölkələrə hansı məhsulları istehsal etməklə enerji keçidi prosesində iştirak edə biləcəklərini göstərməkdir. Portal həmçinin Greenplexity İndeksi adlı göstəricini təqdim edir. Bu indeks ölkələri qarşıdakı enerji keçidinə hazırlıq səviyyəsinə görə sıralayır. Greenplexity İndeksinə əsasən, ilk beşlikdə Yaponiya, Almaniya, Çexiya, Fransa və Çin qərarlaşıb.
Qeyd edək ki, Braziliyada keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı (COP30) çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin əməkdaşlığı nəticəsində yaradılmış “Yaşıl artım portalı”nın yekun versiyası qlobal ictimaiyyətə təqdim ediləcək.
Bu layihə Azərbaycanın aşağı karbonlu, innovasiyaya əsaslanan və bilik yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində apardığı məqsədyönlü siyasətin növbəti mühüm addımı hesab olunur. Həmçinin layihə Azərbaycanın yaşıl keçidin iqtisadi imkanlarının genişləndirilməsi və iqlim dayanıqlığının möhkəmləndirilməsi istiqamətində beynəlxalq səviyyədə liderliyini daha da gücləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
3 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 18,5 milyon manatlıq layihə, 100 yeni iş yeri
-
4 saat əvvəl
Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq
- 4 saat əvvəl
-
6 saat əvvəl
Çindən idxal olunan 2 ton məhsulda kif və maya göbələkləri aşkarlanıb və məhv edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi
-
7 saat əvvəl
“Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edildi
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Avropanın ən böyük bankı dəyişib
Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq
Çindən idxal olunan 2 ton məhsulda kif və maya göbələkləri aşkarlanıb və məhv edilib
Şirkət 161 və 162 nömrəli marşrutlardan imtina edib
Ən çox oxunanlar
Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi
“Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edildi
Bakıda 195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
SOCAR "investisiya oluna bilən" kredit reytinqini qoruyub saxlayır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan işçi qüvvəsi ixrac edir - Dövlət Agentliyi Türkiyə üçün işə qəbul elan edib







.webp)













