“Doing Business” üzrə 2017-2018-ci illər üzrə Tədbirlər Planı təsdiqlənib
“Komissiyanin təsdiq etdiyi Tədbirlər Planı da məhz Azərbaycanda biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılması, rəqabətqabiliyyətliliyinin möhkəmləndirilməsi istiqamətində hədəfyönümlü addımların atılmasına xidmət etmək məqsədi daşıyır. Bu da öz növbəsində bu sahə üzrə davamlı dövlət siyasətinin tərkib hissəsi olaraq qiymətləndirilə bilər.”
Ekspertin qənaətincə, Tədbirlər Planının tərkib hissəsi olaraq “Doing Business” indeksinin 9 alt indikatoru üzrə islahat tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar qanunvericilik indikatorları, praktiki - administrativ tətbiq indikatorları və makro-iqtisadi indikatorları əhatə edir.
Tədbirlər Planı çərçivəsində atılacaq addımlar sırasında əsasən tikintiyə icazələrin verilməsi, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənişi, sərhəddə ticarət, müqavilələrin icrasının təmin edilməsi, müəssisələrin bağlanması istiqamətində islahat tədbirlərinə xüsusi yer verilib.
““Doing business” hesabatının əvvəlki illər üzrə göstəricilərinə nəzər saldıqda adıçəkilən istiqamətlər üzrə istər qanunvericilik bazası, istərsə də administrativ tətbiq sahəsində inkişaf etdirilməli məqamların olduğu gözə çarpır. Misal olaraq, Azərbaycan tikintiyə icazələrin verilməsi sahəsində “Doing Business 2017” reytinqinə əsasən 127-ci yerdə qərarlaşıb. Bunun başlıca səbəbləri kimi baş planın və ya ərazilərin müfəssəl planlarının olmaması, tikintiyə icazə verilməsi prosedurlarında çoxlu sayda ayrı-ayrı qurumların təmsil olunması, elektron müraciət sisteminin olmaması, bir pəncərə sisteminin tətbiq edilməməsi və sair kimi amilləri qeyd etmək mümkündür. Bu kimi çətinliklərin effektiv şəkildə aradan qaldırılması isə tikinti sektoru üzrə təkmilləşdirmələrə nail olunmasında həlledici rol oynayacaq.”
Dr. Vüsal Musayev oxşar çətinliklərin bu və qeyd edilən digər istiqamətlər üzrə də, misal olaraq, elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində də mövcud olduğunu deyir. Belə ki, bu sahədə elektrik enerjisi paylama sistemlərinin xəritəsinin yaradılmasında Coğrafi İnformasiya Sisteminin (GİS) tətbiq edilməsi, elektrik enerjisi təchizatında kəsintilərlə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə kəsintilərə görə limitlərin müəyyənləşdirilməsi, kəsintiyə görə istehlakçıya kompensasiyaların, təchizatçıya cərimələrin müəyyən edilməsi məsələləri üzrə müşahidə edilən bir sıra çətinliklərin effektiv tətbiq mexanizmləri vasitəsilə aradan qaldırılması ölkəmizin asanlıqla hazırki mövqelərdən dünyanın bu indikatorlar üzrə qabaqcıl ölkələri sırasına yüksəlməsi prosesinə öz töhfəsini verəcək.
İİTKM eksperti hesab edir ki, Tədbirlər Planı çərçivəsində görüləcək işlərin sadəcə “Doing Business” reytinqi üzrə arzuolunmaz mövqelərdə qərarlaşmış indikatorlar üzrə deyil, eyni zamanda Azərbaycanın davamlı olaraq böyük nailiyyətlər əldə etdiyi indikatorlar (əmlakın qeydiyyatı, vergilərin ödənişi və s.) üzrə də davam etdirilməsi məqsədəmüvafiq addım kimi qiymətləndirilməlidir. Tədbirlər Planı da məhz qeyd edilmiş çətinliklərin aradan qaldırılmasına və əldə etdiyimiz nailiyyətlərin daha da yaxşılaşdırılmasına xidmət etmək məqsədi daşıyır. “Tədbirlər Planının kompleks şəkildə effektiv implementasiyası isə Azərbaycanın beynəlxalq reytinq agentliklərinin hesabatlarındakı mövqelərinin daha da yüksəldilməsi ilə yanaşı, ölkənin ümumilikdə biznes və investisiya mühitinin daha da inkişaf etdirilməsində, yerli və xarici investorlar üçün cəlbediciliyinin daha da artırılmasında müsbət rol oynaması gözləniləndir.”
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
4 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
2 saat əvvəl
Azərbaycan və Yaponiya təbii fəlakətlərə qarşı yeni texnologiyaların tətbiqini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
-
3 saat əvvəl
Kreml Rusiya, Azərbaycan və İran prezidentlərinin müzakirə etdiyi məsələnu açıqlayıb
-
3 saat əvvəl
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
-
3 saat əvvəl
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
-
3 saat əvvəl
ABŞ-də fermerlərin borcu rekord həddə çatıb – 605 milyard dolları ötüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların rəsmi məzənnəsi 1,70 manat səviyyəsində qalır
“Bank Melli İran”ın Bakı filialı kiçilib, mənfəəti kəskin azalıb
Bakıda yeni premium restoran açıldı –milli ornamentlər, Aralıq dənizi üslubu və zəngin mətbəx
Ən çox oxunanlar
Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Xəzərin Azərbaycan hissəsində 30 min hektar quru sahə yaranıb
Bakının şimalında yeni böyük daşınmaz əmlak layihəsi həyata keçiriləcək - RAZILAŞMA
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit






















