970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.

Bu, Namiq Nağdəliyevdir.

Reklam_3_11

O, 1982-ci ildə Bakıda anadan olub, 2002-ci ildə Azərbaycan Kooperasiya Universitetinin "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsindən, 2004-cü ildə isə eyni ixtisas üzrə magistr dərəcəsindən məzun olub, 2012-ci ildə "İnflyasiyanın hədəflənməsi rejiminin nəzəri əsasları və tətbiq edilməsi perspektivləri" mövzusunda dissertasiya işini müdafiə edərək Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib, 2011-ci ildə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi gözləntilərin formalaşdırılması və idarəedilməsi" mövzusunda doktorantura tədqiqat işi üzərində çalışıb, 2013-2014-cü illərdə ABŞ-nin Cons Hopkins Universitetində "Keçid iqtisadiyyatı ölkələrində iqtisadi idarəetmə və institusional islahat" mövzusunda postdoktorantura proqramını tamamlayıb, 2020-ci ildə Harvard Universitetinin Con Kennedi Dövlət Məktəbində rəhbərlər üçün təşkil olunmuş "İqtisadi Siyasətinin həyata keçirilməsi" üzrə 8 aylıq xüsusi təhsil proqramını bitirib.

N.Nağdəliyev 2001-ci ildə "Atlantbank"da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə "Kapital Bank" ASC-də Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb, 2008-ci ildə AMB-də peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib. 2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə AMB-də sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

Yeni təyinatla Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 6-ya çatıb.

İş elanları AzVak.az-da

Azərbaycan Mərkəzi Bankı AMB Taleh Kazımov Namiq Nağdəliyev AMB sədri müşavir təyinatı iqtisadçı iqtisad üzrə fəlsəfə doktoru Kolumbiya Universiteti Cons Hopkins Universiteti Harvard Universiteti Con Kennedi Dövlət Məktəbi inflyasiyanın hədəflənməsi iqtisadi siyasət Dünya Bankı Kapital Bank Atlantbank İqtisadi İnkişaf Nazirliyi Pul siyasəti departamenti məzənnə siyasəti iqtisadi islahatlar elmi tədqiqat bank sektoru maliyyə iqtisadi idarəetmə institusional islahatlar dövlət idarəçiliyi AMB müşaviri yeni təyinat.
05.11.2025 10:02
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18