Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
Naxçıvanda “Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaranmasının 30-cu ildönümü qeyd edilib.
Bu münasibətlə şirkətin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Sahibkarlar Konfederasiyasının idarə heyətinin sədri Vüqar Abbasov, şirkət rəhbərləri və xaricdən gələn qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə güllər qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Sonra Zəfər Abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Yubiley tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, bir sıra ölkə və xarici şirkətlərin rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edib.
Günün ikinci yarısında Naxçıvan Palasda baş tutmuş tədbirdə tanınmış teleaparıcı Nərgiz Cəlilova qonaqları salamlayıb, “Cahan Şirkətlər Qrupu”nun keçdiyi inkişaf yolundan bəhs edib.
“Cahan Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək bildirib ki, rəhbərlik etdiyi qurum ötən 30 ildə şərəfli yol keçərək böyüyüb, inkişaf edib, Naxçıvan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. Şirkətin çoxsaylı tərəfdaşları arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış şirkətlər var. “Cahan Şirkətlər Qrupu” MMC “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun şəkildə davam etdirir. Məqsəd çoxsaylı xarici tərəfdaşlarla birgə layihələr həyata keçirərək milli iqtisadiyyatımıza daha çox investisiyaların cəlb edilməsidir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ötən 30 ili iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir şirkət üçün olduqca uğurlu və təntənəli keçmiş kimi dəyərləndirib. Qeyd edib ki, son bir neçə ildir Naxçıvanda iqtisadiyyat və sahibkarlıq mühiti yeni tələblər, tam şəffaflıq üzərinə qurulub. Optimallaşdırma və eyni zamanda ixracyönümlü, rəqabətədavamlı bazara hazırlaşmaq ən mühüm tələblərdəndir. Sevindirici haldır ki, “Cahan Şirkətlər Qrupu”nun həm rəhbərliyi, həm də bütün əməkdaşları bu sınaqdan uğurla çıxa bildilər, Naxçıvan Muxtar Respublikasının iqtisadi göstəricilərinin inkişaf etməsində və yaxşılaşmasında fəal rol oynadılar. Səlahiyyətli nümayəndə “Cahan Şirkətlər Qrupu”nun çoxsaylı kollektivinə uğurların davamını, yeni çağırışlarda birgə addımlamağı arzulayıb, yubiley münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanda özəl sektorun payı 80 faizi ötüb. Bu da onu göstərir ki, ölkəmizdə əlverişli və şəffaf biznes mühiti formalaşıb. Azərbaycan sürətlə inkişaf edir və burada sahibkarların böyük rolu var. “Cahan Şirkətlər Qrupu” bu göstəricidə böyük pay sahibidir. Çünki “Cahan” Naxçıvandan dünya bazarlarına çıxan ölkənin aparıcı holdinqlərdən biridir. Bu, Azərbaycanın daha bir fəxri və uğurudur.
Məmməd Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının “Cahan Şirkətlər Qrupu”na ünvanladığı təbriknaməni holdinqin təsisçisi Vüqar Abbasova təqdim edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov tədbirklərini çatdıraraq bildirib ki, “Cahan Şirkətlər Qrupu” nəinki Naxçıvan, bütövlükdə Azərbaycanda sahibkarlıq ekosistemində mühüm yeri olan, bir çox sosial layihələrdə təmsil olunan şirkətdir. KOBİA bundan sonra da holdinqin fəaliyyətinə dəstəyini əsirgəməyəcək.
Sonra “Cahan Şirkətlər Qrupu”nun 30 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri Mayis Gülməmmədov, Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula, İtaliyanın “İMA” şirkətinin satış meneceri Matteo Biançini, Çin Xalq Respublikasının “Lifan Auto” şirkətinin biznesin inkişafı üzrə meneceri Çan Kai çıxış edərək təbriklərini çatdırıb, “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasova hədiyyələr təqdim ediblər.
Həmçinin “Caspian Energy Club”un prezidenti Telman Əliyev “Cahan Şirkətlər Qrupu” MMC-nin təsisçisi Vüqar Abbasova fəxri mükafat təqdim edib.
Şirkətin fəaliyyətində və inkişafında fərqlənən əməkdaşlar müxtəlif nominasiyalar üzrə təltif edilibər.
Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin, xalq artistləri Nəzakət Teymurova, Zülfiyyə Xanbabayeva və tanınmış estrada ifaçısı Zamiq Hüseynovun ifaları yubiley tədbirinə xüsusi rəng qatıb.
Sonda “Cahan Şirkətlər Qrupu”na həsr olunmuş klip izlənilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
10 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
11 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar



















