Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
28 oktyabr tarixində “Hilton Baku” otelində Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək “Automechanika Baku” sərgisinə həsr olumuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında kütləvi informasiya vasitələrinin, Azərbaycan Avtomobil Federasiyasının, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" nümayəndələri, “Automechanika” brendinin yaradıcısı olan məşhur “Messe Frankfurt Exhibition GmbH” şirkətinin vitse-prezidenti, “Business Media Central Asia” şirkətinin rəhbəri, eləcə də sərginin təşkilatçıları iştirak edib.
Konfransda Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov, “Messe Frankfurt Exhibition GmbH” şirkətinin İstehlak Malları, Avtomobil və Tekstil Sərgiləri və Satışları üzrə vitse-prezidenti Stephan Kurzawski, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Əyyub Əliyev və “Tajsir Expo” şirkətinin direktoru Orxan Əhmədov çıxış edib. Onlar sərgi haqqında ətraflı məlumat təqdim edərək, jurnalistlərin suallarını cavablandırıblar.
Avtomobil ehtiyat hissələri, avtokomponentlər, avadanlıqlar və texniki qulluq məhsulları üzrə beynəlxalq sərgi 2027-ci il 3–5 mart tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgi beynəlxalq sərgi təşkilatçısı “Tajsir Expo” şirkəti tərəfindən Almaniyanın “Messe Frankfurt Exhibition GmbH” şirkəti ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə təşkil ediləcəkdir. Eyni zamanda sərgiyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək göstərir.
Sərgi ilə bağlı yenilənən məlumatlar automechanika.az saytında təqdim ediləcək.
XXX
2027-ci ildə Azərbaycan ilk dəfə olaraq dünyaca məşhur “Automechanika” brendinə məxsus beynəlxalq sərgiyə ev sahibliyi edəcək.
Azərbaycanda avtomobil sənayesinin sürətlə inkişaf etdiyi bir dövrdə “Automechanika” sərgisinin ölkənin avtomobil sektoruna mühüm töhfələr verəcəyi gözlənilir.
"Caspian Event Organisers" şirkətinin yaydığı məlumatda bildirilir ki, “Automechanika Baku” sərgisi 3–5 mart 2027-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi beynəlxalq sərgi təşkilatçısı “Tajsir Expo” şirkəti tərəfindən Almaniyanın “Messe Frankfurt Exhibition GmbH” şirkəti ilə əməkdaşlıq çərçivəsində və Azərbaycan Avtomobil Federasiyasının rəsmi dəstəyi ilə təşkil ediləcəkdir. Eyni zamanda sərgiyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) dəstək göstərir.
“Automechanika Baku”nun təşkil edilməsi Azərbaycanın sürətlə inkişaf edən avtomobil sənayesi üçün mühüm mərhələ hesab olunur. Hazırda ölkədə təxminən 1,74 milyon avtomobil qeydiyyatdan keçmişdir və bu rəqəm ildən-ilə artır. Avtomobil bazarının inkişafı dövlətin nəqliyyat və logistika infrastrukturuna qoyduğu investisiyalarla dəstəklənir — bunlara yol şəbəkələrinin, avtomobil parklarının və nəqliyyat dəhlizlərinin genişləndirilməsi daxildir. 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycana avtomobil idxalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26,4% artmışdır ki, bu da artan tələbatı və inkişaf edən avtomobil ekosistemini nümayiş etdirir.
Bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməklə, Azərbaycan Qafqaz regionunda avtomobil sənayesinin strateji mərkəzi kimi mövqeyini daha da gücləndirəcək. Sərgi beynəlxalq istehsalçılar, distribütorlar və yerli mütəxəssislər tərəfindən avtomobil hissələri, komponentlər, aksesuarlar, elektronika, diaqnostika, təmir, təkərlər, akkumulyatorlar və avtomobil qulluq vasitələri sahəsində innovativ həlləri təqdim etmək üçün dinamik platforma rolunu oynayacaq.
Azərbaycanın mühüm üstünlüklərindən biri onun strateji coğrafi mövqeyidir — ölkə Mərkəzi Asiya, Türkiyə, İran və Rusiyanı birləşdirərək, Yeni İpək Yolu üzərində mühüm tranzit bağlantısı rolunu oynayır və Avropa bazarlarına birbaşa çıxış imkanı yaradır. Bu amil Bakını qlobal və regional iştirakçıları bir araya gətirən yüksək səviyyəli beynəlxalq tədbir üçün ideal məkan edir.
“Messe Frankfurt Exhibition GmbH” tərəfindən yaradılmış “Automechanika” brendi, bu gün avtomobil satışdan sonrakı xidmətlər (aftermarket) sahəsində dünyanın aparıcı sərgi şəbəkəsi kimi tanınır. Bu brend Almaniya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Vyetnam, Malayziya, Səudiyyə Ərəbistanı, Meksika, İndoneziya, Çin və digər ölkələrdə uğurla təşkil edilir. Bu beynəlxalq tədbirin Bakıda keçirilməsi, Azərbaycanın regional biznes və innovasiya mərkəzi kimi artan rolunu əks etdirən mühüm hadisədir.
Sərgiyə rəsmi dəstək göstərən Azərbaycan Avtomobil Federasiyası bu tədbirin ölkənin avtomobil ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
“Avtomobil sektoru Azərbaycan üçün sadəcə nəqliyyat vasitələri deyil — bu, texnologiya, peşəkarlıq və mədəniyyətdir. Biz qürur duyuruq ki, sərgi sahəsində ən nüfuzlu avtomobil brendlərindən biri olan Automechanika artıq Bakıya gəlir — yeniliklərlə ənənənin, texniki mükəmməlliklə qonaqpərvərliyin qovuşduğu şəhərə.
Azərbaycan Avtomobil Federasiyası bu sərginin keçirilməsini tam dəstəkləyir. Çünki bu layihə bilik mübadiləsi, innovativ texnologiyaların tanıdılması, yol təhlükəsizliyi və dayanıqlı inkişaf prinsiplərinin təşviqi üçün unikal platforma yaradacaq.
Azərbaycan Avtomobil Federasiyası olaraq biz sərginin proqramında fəal iştirak edəcəyik — təlimlər, texniki seminarlar və peşəkar standartların yüksəldilməsinə yönəlmiş birgə təşəbbüslərlə. Eyni zamanda, bu sərgi ölkəmizdə avtomobil idmanının və mühəndislik potensialının inkişafına mühüm töhfə verəcək”, deyə Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov qeyd etmişdir.
Öz növbəsində təşkilatçılar bildirilər ki, “Automechanika Baku 2027” qabaqcıl texnologiyaları bir araya gətirəcək, peşəkar əməkdaşlıqları və investisiyaları təşviq edəcək, eləcə də Azərbaycanın avtomobil sənayesinin inkişafında yeni bir mərhələnin başlanğıcını qoyacaq. Beləliklə, bu sərgi ölkəmizin innovasiya və mobillik üzrə regional mərkəz kimi artan rolunu daha da gücləndirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
10 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
10 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
11 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar











.jpg)



.jpg)

