Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

Bu il “Mələk İnvestorlar Məktəbi” 4–6 noyabr tarixlərində Bakıda keçiriləcək. Layihə iki əsas hissədən ibarətdir: 4–5 noyabrda iştirakçılar üçün beynəlxalq və yerli ekspertlərin iştirakı ilə intensiv təlim proqramı, 6 noyabrda isə geniş miqyaslı İnnovasiya Sammiti baş tutacaq. Təlimlərimiz əsasən 2 ekspert tərəfindən keçiriləcək. Onlardan biri “Sacramento Angels”-in İdarə Heyətinin daimi üzvü, həmçinin “Micron Technology” şirkətinin keçmiş Korporativ vitse-prezident və baş meneceri Jeff Bader, digəri isə “Technovate Investments” şirkətinin rəhbəri və Mələk İnvestorlar Məktəbinin təsisçisi Fərid İsmayılzadədir.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafında mühüm rol oynayan “Mələk İnvestorlar Məktəbi” artıq üçüncü buraxılışına hazırlaşır. Bu dəfə daha böyük miqyasda və Bakıda canlı şəkildə keçiriləcək layihənin məqsədi ölkədə yeni nəsil investor mədəniyyəti formalaşdırmaq, bilikli və sosial məsuliyyətli investorlar yetişdirməkdir. Bu barədə Mələk İnvestorlar Məktəbinin İcraçı direktoru Ziyadxan Xankişizadə ilə söhbət etdik.

- Ziyadxan bəy, “Mələk İnvestorlar Məktəbi” ideyası necə yarandı və bu təşəbbüs hansı zərurətdən doğdu və burada əsas məqsəd və vizyon nədən ibarətdir?

Reklam_3_11

- Hər bir böyük biznes bir zamanlar sadəcə bir ideyadan başlayıb. Uğurun sirri isə o ideyaya inanan, risk alaraq ilk addımı atan insanlardadır, yəni mələk investorlardadır. Məhz bu düşüncə tərzi dünyada innovasiyanın və sahibkarlığın əsas hərəkətverici qüvvəsinə çevrilib.

“Mələk İnvestorlar Məktəbi” ideyasının yaranma səbəbinə gəldikdə isə, biz gördük ki Azərbaycanda kifayət qədər uğurlu insanlar var, amma onların çoxu innovasiyaya sərmayə qoymaqda, startap potensialını qiymətləndirməkdə çətinlik çəkirlər. Məktəbin məqsədi məhz bu bilik boşluğunu doldurmaq, insanlara mələk investor olmağı öyrətməkdir. Bu təşəbbüs sayəsində biz Azərbaycanda həm investor mədəniyyətini, həm də innovasiyaya inamı artırırıq. Əminik ki, bu məktəbdən çıxan hər bir iştirakçı təkcə öz maliyyə imkanını deyil, ölkənin gələcəyini də inkişaf etdirməyə töhfə verəcək.

- Mələk investor anlayışı çoxları üçün hələ yeni sayılır. Oxucularımıza sadə dildə izah edə bilərsinizmi — mələk investor kimdir və bu investisiya növü niyə önəmlidir?

- Mələk investor gənc sahibkarların ideyalarına erkən mərhələdə inanan və onlara həm maliyyə, həm də təcrübə dəstəyi göstərən şəxsdir. O, yalnız pul yatıran deyil, həm də startapın inkişafına yön verən, onun uğuruna inanaraq risk alan insandır. Bu sahədə dünyada bir çox tanınmış nümunələr var. Məsələn, Jeff Bezos “Google”un ilk mələk investorlarından biri olub, Elon Musk bir çox texnoloji startaplara erkən mərhələdə sərmayə qoyub, Peter Thiel isə “Facebook”un ilkin investorlarından biri kimi tanınır.

Bu investisiya növü çox önəmlidir, çünki bir çox böyük şirkətlər məhz belə dəstəklə böyüyüb. Mələk investor startapa yalnız kapital deyil, bilik, əlaqə və inam gətirir. Azərbaycanda bu anlayış hələ yenidir, lakin biz inanırıq ki, yaxın illərdə yerli mələk investorlar da həm gənclərin ideyalarını reallaşdıracaq, həm də ölkəmizin innovasiya ekosisteminin formalaşmasına töhfə verəcəklər.

- Ziyadxan bəy, qeyd etdiniz ki, mələk investisiyası ölkə üçün yeni bir anlayışdır. Sizcə, biz buna hazırıqmı? Layihə ölkənin iqtisadiyyatı və sahibkarlıq mühitinə necə təsir göstərəcək?

- Bəli, mələk investisiya mədəniyyəti Azərbaycan üçün nisbətən yeni anlayışdır, amma mən hesab edirəm ki, cəmiyyətimiz bu dəyişiklik üçün artıq tam hazırdır. Son illərdə ölkədə sahibkarlığa maraq, innovasiyaya yönəlmiş düşüncə və yeni nəsil biznes yanaşmaları sürətlə artır. İnsanlar artıq yalnız ənənəvi sərmayə vasitələri — daşınmaz əmlak, qızıl və depozitlərlə kifayətlənmək istəmirlər. Onlar həm gəlirli, həm də mənalı investisiyalar axtarırlar.

Mələk investisiyası bu ehtiyaca cavab verir, çünki bu model həm maliyyə qazancı, həm də ictimai dəyər yaradır. Bir investor startapa dəstək verəndə, əslində ölkədə yeni iş yerlərinin yaranmasına, gənclərin ideyalarının gerçəkləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına töhfə verir.

- Mələk İnvestorlar Məktəbinin məqsədi Azərbaycanda yeni sərmayə imkanları yaratmaqdır, yoxsa yeni nəsil uğurlu investorların formalaşmasına təkan vermək?

- Mələk İnvestorlar Məktəbinin məqsədi yalnız yeni sərmayə imkanları yaratmaq deyil, həm də yeni düşüncə tərzi və yeni nəsil investor mədəniyyəti formalaşdırmaqdır. Əgər məqsədimiz sadəcə investisiya imkanlarını artırmaq olsaydı, bu, qısamüddətli nəticə verərdi. Amma biz uzunmüddətli təsirə fokuslanmışıq: insanların sərmayəyə, riskə və innovasiyaya baxışını dəyişmək. Məktəb iştirakçıları öyrənir ki, mələk investor olmaq yalnız kapital yatırmaq deyil, həm də ideyaya inanmaq, gənclərin potensialına dəstək olmaq və ölkənin gələcəyinə sərmayə qoymaq deməkdir. Əsas məqsədimiz Azərbaycanda vizionlu, bilikli və sosial məsuliyyətli investor nəsli yetişdirməkdir.

- “Mələk İnvestorlar Məktəbi”nin fəaliyyət istiqamətləri və əsas nəticələri nələrdir? Bu sahədə beynəlxalq təcrübədən necə yararlanırsınız?

- Layihənin məqsədi Azərbaycanda mələk investisiya mədəniyyətini formalaşdırmaq və bu sahədə bilikli yeni nəsil investorlar yetişdirməkdir. Məktəbdə startapların qiymətləndirilməsi, risklərin idarə olunması, investisiya müqavilələri və portfel formalaşdırılması üzrə təlimlər keçirilir. Proqram qabaqcıl ABŞ və Avropa mələk investor klublarının təcrübəsinə əsaslanır və yerli, xarici ekspertlər tərəfindən aparılır.

İndiyədək Məktəbin iki onlayn mərhələsindən 200-dən çox iştirakçı məzun olub, əksəriyyəti hazırda SABAH Mələk İnvestorlar Klubuna qoşulub, 20-dən çoxu isə artıq qlobal startaplara sərmayə yatırıb. Xüsusilə vurğulamaq istəyirəm ki, məzunlarımızın təxminən 20 faizini qadınlar təşkil edir. Bu, həm iqtisadi, həm də sosial baxımdan mühüm göstəricidir, çünki qadınların investisiya mədəniyyətinə qoşulması iqtisadiyyatın inklüzivliyini və innovasiyanın sosial dəyərini artırır.

Bu il məktəb ilk dəfə oflayn formatda keçirilir və 500-dən çox iştirakçını əhatə edir. Qeyd edim ki, bu layihə qeyri-kommersiya təşəbbüsüdür, məqsədi isə ölkədə innovasiya ekosisteminin və investor mədəniyyətinin inkişafına töhfə verməkdir.

- Bu il Mələk İnvestorlar Məktəbi nə vaxt və hansı formatda keçiriləcək? Bu il iştirakçıları nələr gözləyir?

- Bu il “Mələk İnvestorlar Məktəbi” 4–6 noyabr tarixlərində Bakıda keçiriləcək. Layihə iki əsas hissədən ibarətdir: 4–5 noyabrda iştirakçılar üçün beynəlxalq və yerli ekspertlərin iştirakı ilə intensiv təlim proqramı, 6 noyabrda isə geniş miqyaslı İnnovasiya Sammiti baş tutacaq. Təlimlərimiz əsasən 2 ekspert tərəfindən keçiriləcək. Onlardan biri “Sacramento Angels”-in İdarə Heyətinin daimi üzvü, həmçinin “Micron Technology” şirkətinin keçmiş Korporativ vitse-prezident və baş meneceri Jeff Bader, digəri isə “Technovate Investments” şirkətinin rəhbəri və Mələk İnvestorlar Məktəbinin təsisçisi Fərid İsmayılzadədir.

Sammitdə isə yerli və beynəlxalq ekosistem nümayəndələri, investorlar və dövlət qurumlarının təmsilçiləri bir araya gələcək. Qeyd edim ki, bu il Mələk İnvestorlar Məktəbinin iştirakçılarını əlavə fürsətlər də gözləyir. Belə ki, onlar SABAH Mələk İnvestorlar Klubuna bir illik üzvlükdə 50% endirim qazanacaq və Silikon Vadisinə səfər etmək üçün seçiləcək beş qalibdən biri olmaq imkanı əldə edəcəklər.

Layihənin icrasında böyük rolu olan dəyərli sponsorlarımız VISA və Azercell şirkətlərinə öz təşəkkürlərimizi bildiririk. Onların dəstəyi sayəsində bu təşəbbüs yalnız bir təlim layihəsi deyil, həm də Azərbaycanda innovasiyaya və sahibkarlığa sərmayə qoyan yeni düşüncə platformasına çevrilib.

- Ziyadxan bəy, bəs mələk investor olmaq istəyən şəxslər bu layihəyə necə qoşula bilər?

Əvvəlki illərdə biz biletlərin daha çox fərdi (pərakəndə) satışını həyata keçirirdik. Lakin bu il banklarla daha sıx əməkdaşlıq edərək onlara həm öz əməkdaşlarını, həm də müştərilərini layihəyə cəlb etmək imkanı yaradan korporativ bilet satış modelinə keçmişik.

Artıq Azərbaycan Beynəlxalq Bankı (ABB) və Paşa Bank bizimlə əməkdaşlıq çərçivəsində öz müştəriləri üçün yüzlərlə bilet alıblar və hazırda həmin biletlərin müştərilərə paylanılması prosesi banklar tərəfindən həyata keçirilir. Bu əməkdaşlığa görə hər iki banka təşəkkürümüzü bildiririk və digər bankları da bu təşəbbüsə qoşulmağa dəvət edirik.

Bununla yanaşı, istənilən fərdi şəxs də rahat şəkildə www.angelinvestor.az saytına daxil olub qeydiyyatdan keçərək layihəyə qoşula bilər. Son müraciət tarixi 30 oktyabr tarixidir. Qeydiyyat zamanı “MARJA50” promokodunu daxil edən iştirakçılar xüsusi endirim qazana bilərlər. Qeydiyyatla bağlı hər hansı sualı və ya çətinliyi olan şəxslər contact@angelinvestor.az ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilərlər.

- Mələk investisiyası həm də risk daşıyır. Bu sahəyə daxil olmaq istəyənlər üçün hansı tövsiyələriniz var?

Mələk investisiyası, bəli, yüksək gəlir gətirə bilən, amma eyni zamanda riskli sərmayə növüdür. Bu, adətən startapların ən erkən – toxum mərhələsində qoyulan investisiyadır. Uğurlu startaplar 7–8 il ərzində sərmayəçisinə gəlir gətirə bilir, amma bu, hər zaman baş vermir. Dünyada cəmi 4–5 faiz startap real uğura çatır, yəni mələk investor üçün əsas məsələ riskin idarə edilməsini öyrənmək və portfelini düzgün qurmaqdır.

Bir startapa yatırım edib illərlə nəticə gözləmək real deyil. Peşəkar mələk investor olmaq üçün ən azı 10–15 startapdan ibarət portfel yaratmaq lazımdır. Əgər bir layihə uğursuz olsa belə, digərləri həmin riski kompensasiya edə bilər. Bu, uzunmüddətli baxış və strateji səbr tələb edən prosesdir. Bəzən uğurlu “exit” (startapın başqa bir şirkət tərəfindən alınması və ya birjada səhmlərinin satılması) investor üçün 10, hətta 100 dəfə artıq gəlir qazandıra bilir. Amma bunun üçün bu işi biliklə, analizlə və sistemli yanaşma ilə görmək lazımdır. “Mələk İnvestorlar Məktəbi” də məhz bunun üçün ən doğru platformadır. Burada iştirakçılar risklərin idarə edilməsini, portfel qurmağı və uğurlu investisiya strategiyalarını öyrənirlər.

- Son olaraq, Azərbaycanın regional və beynəlxalq miqyasda innovasiya xəritəsində rolu bu istiqamətdə inkişafı barədə nə düşünürsünüz? Sizin Məktəbinin burada rolu nədər ibarətdir?

Azərbaycan son illərdə regionda innovasiya və sahibkarlıq baxımından çox sürətlə inkişaf edir. Artıq ölkəmiz təkcə istehlak bazarı kimi deyil, ideyaların, texnologiyanın və yeni təşəbbüslərin yarandığı mərkəz kimi formalaşır. Dövlətin rəqəmsallaşma və startap siyasəti, özəl sektorun aktivləşməsi və gənclərin artan marağı bu prosesin təməl sütunlarını təşkil edir.

Bu mənzərədə “Mələk İnvestorlar Məktəbi” çox vacib bir rola malikdir. Bizim əsas məqsədimiz yerli kapitalı qlobal düşüncə ilə birləşdirmək və Azərbaycan investorlarını beynəlxalq startap ekosisteminə inteqrasiya etməkdir. Məktəb vasitəsilə yetişən mələk investorlar artıq təkcə yerli deyil, həm də xarici layihələrdə iştirak etməyə, sərhədlərdən kənar investisiya imkanlarını dəyərləndirməyə başlayıblar.

Düşünürəm ki, yaxın illərdə Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunun investisiya və innovasiya mərkəzinə çevrilə bilər. Bu yolda “Mələk İnvestorlar Məktəbi” həm yeni nəsil investorların yetişdirilməsi, həm də beynəlxalq tərəfdaşlıqların qurulması baxımından əsas təməl rolunu oynayacaq. Çünki biz yalnız kapitalı deyil, həm də düşüncə sərhədlərini genişləndiririk.

- Müsahibəyə görə, təşəkkür edirik.

MələkİnvestorlarMəktəbi ZiyadxanXankişizadə SABAHMələkInvestorlarKlubu MələkInvestorlar MələkInvestisiya StartapSərmayəsi StartapEkosistemi İnnovasiyaEkosistemi AzərbaycanStartap InvestorMədəniyyəti YeniNəsilInvestor İnvestorTəlimi StartapQiymətləndirməsi Riskİdarəetməsi PortfelFormalaşdırılması BeynəlxalqEkspertlər İnnovasiyaSammiti SilikonVadisi ABV və Paşa Bank AngelInvestor.az MarjaPromokod İnnovativİnvestisiya QadınInvestorlar
17.10.2025 18:44
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18