Mikayıl Cabbarov Omanda səfərdədir - Görüşlər keçirilib, Səhmdarlar Müqaviləsi imzalanıb
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heytənin Oman Sultanlığına səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə olunub. Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasına dair Səhmdarlar Müqaviləsi imzalanıb.İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına səfəri çərçivəsində bu ölkənin iqtisadiyyat naziri Said bin Məhəmməd bin Əhməd Al Saqri ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Oman Sultanlığı arasında münasibətlərin yüksək səviyyədə olduğu, 30 ildən artıq diplomatik əlaqələrə, güclü İslam həmrəyliyinə və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın mövcudluğu vurğulanıb.
İqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsinin ikitərəfli əməkdaşlıqda önəmi qeyd olunub. Azərbaycan-Oman Birgə Biznes Şurası və İnvestisiya Əməkdaşlığı üzrə İşçi Qrupunun yaradılmasının iqtisadi əməkdaşlığın inkişafında rolu diqqətə çatdırılıb.
Ticarət və investisiya əlaqələrinin inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanda yaradılmış investisiya imkanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, Ələt Azad İqtisadi Zonası və digər sənaye zonalarında sahibkarlarlığın inkişafı üçün tətbiq olunan güzəştlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji zonaları” elan edilib, bu ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, irimiqyaslı layihələrin icrası, nəqliyyat-logistika imkanlarının genişlənməsi regionun inkişafında mühüm rol oynayır.
Vurğulanıb ki, Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ölkəmizi regional ticarət və logistika mərkəzinə çevirib və bu, Azərbaycan–Oman iqtisadi əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.
Görüşdə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, ticarət və investisiya sahəsində əməkdaşlıq potensialının reallaşdırılması, enerji, sənaye zonaları, turizm, KOB və tranzit sektorunda birgə fəaliyyətin təşviqi imkanları nəzərdən keçirilib.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Omana işgüzar səfəri çərçivəsində bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və Qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi görüşüb.
İki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və tərəfdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndiriblər.
Görüş çərçivəsində Oman İnvestisiya Qurumu və Azərbaycan İnvestisiya Holdinqi arasında Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılmasına ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.
Birgə Fondun fəaliyyəti ikitərəfli investisiya əməkdaşlığının güclənməsinə, ərzaq sənayesi, səhiyyə, bərpaolunan enerji, istehlak malları və logistika kimi müxtəlif sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrini həyata keçirməklə ölkələrimizin iqtisadi inkişafına töhfə verəcək.
Fondun ilkin kapitalı 200 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Bu məbləğin 100 milyon dolları Azərbaycan İnvestisiya Holdinqi, 100 milyon dolları isə Oman İnvestisiya Qurumu tərəfindən təmin ediləcəkdir.
Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı imzalanma mərasimində qeyd olunub ki, Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında son illərdə əməkdaşlıq daha da genişlənir. Xəzər və Mərkəzi Asiya regionuna açılan qapı olan Azərbaycan və Körfəz və Afrika regionları ilə güclü əlaqələrə malik Oman tərəfdaşlığı yeni iqtisadi sinerji formalaşdırır.
Fondun fəaliyyətinin iki ölkənin suveren investisiya institutlarının təcrübəsinin və imkanlarının əlaqələndirilməsi yolu ilə uğurlu layihələrin reallaşdırılmasına təkan verəcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
-
3 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
2 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Sumqayıt Sənaye Parkında yeni şirkət - 18,5 milyon manatlıq layihə, 100 yeni iş yeri
-
4 saat əvvəl
Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq
- 4 saat əvvəl
-
6 saat əvvəl
Çindən idxal olunan 2 ton məhsulda kif və maya göbələkləri aşkarlanıb və məhv edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi
-
7 saat əvvəl
“Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edildi
- 7 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Avropanın ən böyük bankı dəyişib
Tramp: İranla çox ciddi danışıqlar aparırıq, nəticə olmasa, hərbi əməliyyatlara qayıdacağıq
Çindən idxal olunan 2 ton məhsulda kif və maya göbələkləri aşkarlanıb və məhv edilib
Şirkət 161 və 162 nömrəli marşrutlardan imtina edib
Ən çox oxunanlar
Azərbaycanda kiçik və parçalanmış torpaq sahələri birləşdiriləcək – İki rayon seçildi
“Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edildi
Bakıda 195E nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
SOCAR "investisiya oluna bilən" kredit reytinqini qoruyub saxlayır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan işçi qüvvəsi ixrac edir - Dövlət Agentliyi Türkiyə üçün işə qəbul elan edib








.webp)













