Azərbaycan maliyyə bazarında ilk dəfə olaraq “Açıq bankçılıq” funksionallığının tətbiqinə başlanılıb
Mərkəzi Bank “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarlarında göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir.
Bankın yaydığı məlumatda bildirilir ki, Strategiyanın fəaliyyət planında “Rəqəmsal maliyyə” təşəbbüsü çərçivəsində “Açıq bankçılıq” yanaşmasının tətbiqi strateji prioritetlərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platforma hazırlanıb.
Eyni zamanda kommersiya banklarının qeyd edilən platformaya inteqrasiyası işləri davam etdirilib. Hazırda 6 kommersiya bankı inteqrasiyanın yekun mərhələsindədir, aşağıda qeyd olunan 13 kommersiya bankı isə inteqrasiya işlərini tam yekunlaşdırıb:
- “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB)
- “AFB Bankı” ASC
- “Azərbaycan Sənaye Bankı” ASC (ASB)
- “Azər Türk Bank” ASC (ATB)
- “Bank of Baku” ASC
- “Bank Respublika” ASC
- “Kapital Bank” ASC
- “TuranBank” ASC
- “Yapı Kredi Bank Azərbaycan” QSC
- “Yelo Bank” ASC
- “BANK VTB (Azərbaycan)” ASC
- “Premium Bank” ASC
- “Xalq Bank” ASC
Qeyd edilib ki, Bundan əlavə, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Turan Bank” ASC “Açıq bankçılıq” funksionallığını mobil tətbiqlər vasitəsilə öz müştərilərinə təqdim ediblər. Bu mobil tətbiqlər vasitəsilə bank müştəriləri üçün onların razılığı əsasında digər banklarda olan hesabları və hesab üzrə ödəniş əməliyyatları haqqında məlumatları vahid bir tətbiq üzərindən əldə etmək imkanları yaradılıb.
Cari ilin sonunadək “Açıq bankçılıq” platformasının əhatə dairəsinin genişlənməsi və digər kommersiya bankları, ödəniş təşkilatları və elektron pul təşkilatlarının da bu platformaya qoşulacağı nəzərdə tutulur.
Xatırladaq ki, “Açıq bankçılıq” yanaşması banklararası və maliyyə texnologiyaları ekosisteminin daha sıx inteqrasiyasını təmin edir, ölkədə rəqəmsal transformasiya prosesini sürətləndirir və maliyyə xidmətlərinə çıxış imkanlarını əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, bu model bazarda rəqabətyönümlülüyü artırır: banklar və fintexlər daha innovativ məhsullar hazırlamağa, müştəriyə daha rahat və sərfəli xidmətlər təqdim etməyə təşviq olunurlar.
Beləliklə, “Açıq bankçılıq” yanaşmasının ölkəmizdə tətbiqi maliyyə bazarının dayanıqlı inkişafına, rəqəmsal bankçılıq məhsullarının və müştəriyönümlü yanaşmanın genişlənməsinə mühüm töhfə verəcəkdir.
“Açıq bankçılıq” yanaşması haqqında daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
11 d. əvvəl
Avtomobil qəzalarının maliyyə yükü böyüyür – 8 ayda “PAŞA Sığorta”dan 10 milyon manatdan çox ödəniş
- 15 d. əvvəl
-
33 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
Ən çox oxunanlar
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

























