BOKT "Embafinans" kredit itkisilə qarşı-qarşıya- XALİS MƏNFƏƏTİ AZALIB
BOKT "Embafinans"ın əməliyyat mənfəətindən xüsusi ehtiyata daha böyük məbləğdə ayırma etməsi xalis mənfəətini "vurub"BOKT "Embafinans" QSC-nin xalis mənfəəti azalıb.
Marja.az təşkilatın yarımillik hesabatına istinadən xəbər verir ki, BOKT "Embafinans" QSC 2025-ci ilin ilk yarısını (yanvar-iyun) 3 milyon 146 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 355 min manat və ya 10% azdır. BOKT "Embafinans"ın xalis mənfəəti 2024-cü ilin ilk yarısında 3 milyon 502 min manat təşkil etmişdi.
Marja xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında BOKT "Embafinans"ın faiz gəlirləri 2 milyon 247 min manat və ya 28,5% artaraq 10 milyon 132 min manat, qeyri-faiz gəlirləri isə 958 min manat və ya 55% aratarq 1 milyon 728 min manat təşkil edib.
BOKT "Embafinans"ın xalis mənfəətinin azalması aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmaların 6 dəfəyə yaxın artması ilə əlaqədardır. 2024-cü ilin ilk 6 ayında bu məqsədlə əməliyyat mənfəətindən ayırma 299 min manat ikən, 2025-ci ilin ilk 6 ayında 1 milyon 716 min manat təşkil edib. Qeyd edək ki, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırma ilə, aktivlərin (əsasən kreditlərin) potensial itkilərini qarşılamaq məqsədi ilə maliyyə ehtiyatı yaradılır. BOKT "Embafinans"da ayırmanın artması gecikmədə olan portfelin artdığına işarədir.
30 iyun 2025-ci il tarixində BOKT "Embafinans"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 67 milyon 177 min manat təşkil edib. Ötən ilin eyni tarixində bank olmayan kredit təşkilatının kredit portfeli 52 milyon 560 min manat təşkil etmişdi.
Qeyd edək ki, BOKT "Embafinans" QSC-nin nizamnamə kapitalının 86%-i Elşad Abbasova, 14%-i Tamara Başirovnaya məxsusdur.
08.10.2025/ 13:14 - BOKT “Embafinans” Qapalı Səhmdar Cəmiyyəti 2025-ci ilin birinci yarısına dair maliyyə nəticələrinə, o cümlədən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması və bununla əlaqədar olaraq xalis mənfəətin azalması məsələsinə münasibət bildirib.
Şirkətdən Marja.az-a verilən məlumata görə, hesabat dövründə xalis mənfəətin əvvəlki ilin eyni dövrü ilə müqayisədə müəyyən qədər azalması, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə əlaqədardır. Bu qərar, şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq, potensial kredit risklərinin qabaqlayıcı şəkildə qarşılanması və gələcək dövrlərdə maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə qəbul edilmişdir.
Qeyd edilib ki, bununla yanaşı, BOKT “Embafinans” QSC-nin 2025-ci ilin ilk altı ayı ərzində əməliyyat gəlirləri artım dinamikasını davam etdirmişdir. Belə ki, faiz gəlirləri 28,5%, qeyri-faiz gəlirləri isə 55% artmışdır. Bu, şirkətin əməliyyat fəaliyyətinin effektivliyinin və bazar mövqelərinin gücləndiyinin göstəricisidir.
"Xalis mənfəətin ötən ilin eyni dövrü ilə müqayisədə azalması şirkətin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədilə xüsusi ehtiyat ayırmalarının artırılması ilə bağlıdır. Bu addım maliyyə sabitliyinin gücləndirilməsi və risklərin qabaqlayıcı şəkildə idarə olunması məqsədilə atılmışdır",- məlumatda deyilir.
BOKT “Embafinans” QSC fəaliyyətində şəffaflıq, qanunvericiliyə riayət, risklərin effektiv idarə olunması və müştəri maraqlarının qorunması prinsiplərinə sadiq qalır. Şirkət bundan sonra da dayanıqlı inkişafı və maliyyə sektorunda etibarlı tərəfdaş statusunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
17 d. əvvəl
Kiçik və orta bizneslər xüsusi şərtlər ilə ulduz nömrələr ala biləcəklər - MEMORANDUM İMZALANDI
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Ağ metal” yeni həftəyə də rekordla başlayıb - "Sarı metal"ı belə geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bank Respublika”nın Qızıl Seçim lotereyasının ilk tirajına 1 ay qaldı
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
"Regional BOKT"ın xalis mənfəəti artıb
Azərbaycan startaplarının qlobal investorlara çıxış imkanlarının yaradılması üçün əməkdaşlıq başlayır
Hesablama Palatası bu nazirlikdə yoxlamalar aparır
“OPEC plus”un qərarından sonra neft bahalaşır
Rəsmi məzənnələr açıqlandı
İsveçrənin qərarı bəlli oldu: 50 faizlik vergi rədd edildi
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
PULLU adam olmaq üçün ilk addımını at
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib

















.jpg)
.jpg)



