ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
ABŞ federal hökuməti Konqresdə Demokratlar və Respublikaçıların xərclərlə bağlı razılığa gələ bilmədikləri səbəbindən fəaliyyətini dayandırdı. Bunun fonunda dollar major valyutlar qarşısında kəskin ucuzlaşıb, qızıl isə qısamüddətli enişdən sonra tarixi maksimum səviyyəsini bir daha yeniləyib.
EUR/USD valyuta cütlüyü çərşənbə axşamı günün sonunda 1.17610 səviyyəsindən 1.17300 səviyyəsinə kimi geriləyib, lakin bu gün 1.17670 səviyyəsinədək yüksəlib. Eyni müddət ərzində 147.650 həddindən 148.220 həddinə qədər bahalaşan USDJPY cütlüyü hazırda 147.450 həddində ticarət olunur.
Qızıl ötən gün 3872$-a qədər bahalaşdıqdan sonra geriləyib və 3793$ səviyyəsinə kimi zəifləyib. Səhər saatlarında ABŞ-da “shutdown”-un başlaması ehtimalları fonunda qiymətli metal 3875$-a qədər yüksəlib və tarixi rekord həddini yeniləyib.
ABŞ hökumətinin fəaliyyəti, Respublikaçılar tərəfindən dəstəklənən xərclər qanun layihəsinin Senatda Demokratların davamlı müqaviməti səbəbindən səsvermədən keçməməsindən sonra, çərşənbə axşamı gecə yarısından etibarən dayandırılıb.
Digər qiymətli metalların qiymətləri də bu həftə əhəmiyyətli dərəcədə artıb. “Güvənli liman” maliyyə aktivlərinə olan tələbin qızıldan digər metallara keçdiyi üçün platinin və gümüşün qiymətləri müvafiq olaraq son 12 və 14 ilin maksimumlarına yüksəlib.
Ötən gün Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard öz çıxışında qeyd edib ki, Avrozona iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları ilə gözləniləndən daha yaxşı mübarizə aparır və buna görə də inflyasiya üzrə yuxarı və aşağı risklər məhdud olaraq qalır.
Laqardın sözlərinə görə, beynəlxalq ticarət sahəsindəki münaqişələr ciddi inflyasiya təzyiqi yaratmayıb. Buna görə də ECB iqtisadi artımın zəiflədiyi, inflyasiyanın isə sürətləndiyi bir vəziyyətlə üzləşməli olmayıb.
Dünən Almaniyada açıqlanan məlumatlara görə, ölkə standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri, sentyabr ayında illik ifadədə 2.4% artıb. Aylıq ifadədə inflyasiya 0.2% təşkil edib. Həmçinin, avqust ayında ölkədə Pərakəndə Satış Dövriyyəsinin Həcmi iyul ayı ilə müqayisədə 0.2% azalıb, İşsizlik Səviyyəsi isə sentyabr ayında avqust ayı ilə müqayisədə dəyişməyərək 6.3% səviyyəsində qalıb.
Böyük Britaniya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0.3% artıb. İstehlak xərcləri 0.1%, dövlət xərcləri isə 1.3% artıb. İxrac 0.2% azalıb. Böyük Britaniyanın ÜDM-i ikinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 1.4% artıb. Daha əvvəl 1.2%-lik artım proqnozlaşdırılmışdı.
Əlavə olaraq, ABŞ-da “Conference Board” tədqiqat şirkəti tərəfindən hesablanan İstehlakçıların İnam İndeksi sentyabr ayında 94.2 bəndədək enib. Yenilənmiş məlumatlara əsasən, avqust ayında indikator 97.4 bənd deyil, 97.8 bənd təşkil edib. Ekspertlər isə göstəricinin 96 bəndədək düşəcəyini proqnozlaşdırırdılar. Eləcə də, Amerikada dərc olunan Vakansiyalar və Boş İş Yerləri Hesabatına (JOLTS) görə, avqust ayında ölkədə açıq vakansiyaların sayı 19 min artaraq 7.227 milyona çatıb.
Bu gün Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, Almaniyada, Avrozonada və ABŞ-da açıqlanacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi və Amerikada ADP şirkəti tərəfindən dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
20 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 d. əvvəl
-
17 d. əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
37 d. əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
1 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Ən çox oxunanlar
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb






.jpg)










.jpg)





