ABŞ hökuməti fəaliyyətini dayandırdı
ABŞ hökuməti bağlandı: Tramp və Konqres razılaşa bilmədi. ABŞ hökuməti çərşənbə günü gecə yarısından rəsmi olaraq fəaliyyətini dayandırıb. Demokratlarla Respublikaçılar, o cümlədən Prezident Donald Tramp, qısamüddətli maliyyələşdirmə razılaşmasına gələ bilmədiyi üçün yüz minlərlə federal işçinin məzuniyyətə göndərilməsi və bir çox dövlət proqramlarının dayandırılması qaçılmaz olub.ABŞ-da federal hökumət çərşənbə axşamı gecə yarısından etibarən rəsmi olaraq fəaliyyətini dayandırıb. Buna Respublikaçıların təqdim etdiyi maliyyələşdirmə qanun layihəsinin Senatda kifayət qədər səs toplamaması səbəb olub.
MArja xəbər verir ki, dövlət qurumları yalnız zəruri xidmətləri davam etdirəcək, ölkə üzrə hava nəqliyyatı idarəçiliyindən tutmuş fəlakət yardımlarına qədər bir çox sahədə fasilələr gözlənilir.
Respublikaçıların yeddi həftəlik müvəqqəti maliyyələşdirmə layihəsi 55 lehinə, 45 əleyhinə səslə qəbul edilməyib. Qanunun keçməsi üçün 60 səs lazım idi. Bu, sentyabrın ortalarında uğursuzluğa düçar olmuş eyni layihənin Senatda ikinci dəfə rədd edilməsidir.
Layihəyə demokrat senatorların böyük əksəriyyəti qarşı çıxıb. Yalnız Pensilvaniyadan Con Fetterman, Nevadadan Ketrin Kortes Masto və Demokratlara yaxın olan müstəqil senator Meyndən Angus Kinq dəstək verib. Respublikaçılardan isə yalnız Kentukkidən Rand Pol əleyhinə səs verib.
Demokratların dəstəklədiyi alternativ maliyyə layihəsi də çərşənbə axşamı əvvəlki səsvermədə Senatda rədd edilmişdi. Respublikaçıların layihəsi isə sentyabrda Nümayəndələr Palatasında qəbul olunsa da, Senatda irəliləyə bilməyib.
Siyasi böhran əsasən səhiyyə və sığorta xərcləri ətrafında toplanıb. Demokratlar maliyyələşdirmə paketinə səhiyyə subsidiyalarının daxil edilməsini tələb edir, Respublikaçılar isə bu məsələnin ayrıca və daha sonra müzakirə olunmasının tərəfdarıdır.
Tramp tərəfləri ittiham edib
ABŞ prezidenti Donald Tramp, çərşənbə axşamı keçirilən səsvermədən əvvəl hökumət bağlanacağı təqdirdə daha çox federal işçini işdən çıxarmaqla hədələyib. Tramp və Respublikaçılar məsuliyyəti əsasən Demokratların üzərinə atsa da, demokrat liderlər əksinə, böhranın səbəbini Respublikaçıların yaratdığını, nəticədə milyonlarla amerikalının yaxın aylarda daha yüksək səhiyyə xərcləri ilə üzləşəcəyini bildiriblər.
Hökumətin neçə müddət bağlı qalacağı hələ də qeyri-müəyyəndir. 1981-ci ildən bəri Konqres 16 dəfə hökuməti bağlayıb. Ən uzun fasilə Trampın ilk prezidentlik dövründə – 2018-ci ilin sonu və 2019-cu ilin əvvəlində 35 gün davam etmişdi. Büdcə İdarəsinin hesablamalarına görə, həmin bağlanma ABŞ iqtisadiyyatına 11 milyard dollar zərər vurmuş və 800 minə yaxın federal işçinin fəaliyyətinə təsir göstərmişdi.
Senatdakı Respublikaçıların lideri Con Tün isə bu həftənin sonuna doğru Nümayəndələr Palatasında təsdiqlənmiş maliyyələşdirmə layihəsinin səsverməyə çıxarılacağını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
6 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
9 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir















.jpg)








