“McDonald’s Azərbaycan” ət tədarükçüsü olan “Azprotein Foods Group”un istehsalat müəssisəsinə media tur təşkil edib
Artıq ölkəmizdəki bütün McDonald’s restoranları yerli ət məhsullarından istifadə edir
McDonald’s restoranları artıq 25 ildən çoxdur ki, Azərbaycanda uğurlu işi və spesifik burger reseptləri ilə dad təcrübəsi yaşadır.
Lakin bəzən insanları burada istehlak olunan məhsulların, xüsusilə ət məhsullarının haradan idxal olunması maraqlandırır. Bugünlərdə “McDonald’s Azərbaycan” şirkəti media nümayəndələri üçün xüsusi press-tur təşkil etdi və biz hər şeyin canlı şahidi olduq.
“McDonald’s Azərbaycan” 2025-ci ilin əvvəlindən başlayaraq respublikanın ən böyük ət istehsalçılarından biri kimi tanınan Halal və İSO 22000 sertifikatlarına malik “AzProtein Foods Group” ilə əməkdaşlıq edir. Onu da əlavə edək ki, bu vaxta qədər şirkət lazım olan ət məhsullarını müxtəlif xarici ölkələrdən idxal edirdi və həmin məhsulların yüksək keyfiyyətli, 100% mal əti olmasına xüsusi diqqət yetirirdi.
Artıq “AzProtein Foods Group” ilə əməkdaşlıqdan sonra müəssisədə məhz McDonald’s tələblərinə və yüksək keyfiyyət standartlarına cavab verən xüsusi sahə yaradılıb. Bu sahə ən müasir texnologiya ilə təmin olunub və müxtəlif ölkələrdə təlim keçən işçilər tərəfindən idarə olunur. Bildirək ki, bu əməkdaşlığa məhz 2 illik beynəlxalq audit yoxlamalarından sonra başlanılıb.
McDonald’s burgerləri üçün istifadə olunan heyvanlar “Yalama” Aqroparkında yetişdirilir. Müəssisədə hər heyvan öz İD kodu ilə izlənilir, kəsimdən bişirilməsinə qədər ət bütün mərhələlərdə həkim və laboratoriya nəzarətində olur. Xüsusilə qeyd edək ki, burada heyvanların əsl islami kəsim qaydalarına uyğun kəsildiyinin də şahidi olduq.
McDonald’s öz burger ətlərinin ləzzətinə və keyfiyyətinə xüsusi önəm verir və elə bu səbəbdən də ətlər təzə şəkildə tam steril şəraitdə, xüsusi avadanlıqlar vasitəsilə uzun-uzadı təmizlənmə mərhələsindən keçdikdən sonra qablaşdırılaraq mənfi 18-23 dərəcəlik dondurucularda saxlanılır. Hazırlanan burger ətlərinin tərkibi və yağlılıq dərəcəsi son mərhələdə 13 parametr üzrə yenidən xüsusi laboratoriyadan keçir və bişirilmə testindən sonra istehlaka buraxılır. Burger ətləri xüsusi reseptə uyğun olmaqla, təyin olunmuş temperatur və bişirilmə müddətinə nəzarət edilərək hazırlanır.
Qeyd edək ki, “McDonald’s” şirkəti məhsulların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu ölçmək məqsədilə hər il beynəlxalq auditorların iştirakı ilə elan olunmamış yoxlamalar keçirir və bununla da yüksək keyfiyyət standartları nəzarətdə saxlanılır. Bundan əlavə, bura AQTA-nın əməkdaşları tərəfindən mütəmadi yoxlamalardan keçir.
Məlumatınız olsun ki, ölkəmizdə fəaliyyət göstərən bütün McDonald’s restoranlarında təkcə ət məhsulları deyil, həmçinin digər bir çox məhsullar məhz yerli istehsaldır. Şirkət bu addımı atmaqla həm yerli istehsalata xüsusi dəstəyini vurğulayır, həm də McDonald’s müştəriləri üçün öz keyfiyyət standartlarını daha da yüksəldir.
McDonald’s restoranlarında siz də burger ətlərinin ləzzətindən, keyfiyyətindən, steril şəraitdə, islami qaydalara uyğun kəsimindən tam əmin ola bilər, rahatlıqla dada bilərsiniz.
Günay Camalqızı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
5 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
8 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
23 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq























