Azərbaycanın alüminium nəhəngi maliyyə göstəricilərini açıqladı - mənfəəti 5,7 dəfə artıb
“Azəralüminium” MMC-nin 2024-cü il maliyyə nəticələri uğurludur. Qlobal risklərə rəğmən, “Azəralüminium” 2024-cü ili gəlirlə bağlayıb.Azərbaycanda əlvan metallurgiya sənayesinin aparıcı şirkəti “Azəralüminium” MMC-nin 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.
Marja.az Şirkətə istinadən xəbər verir ki, “Azəralüminium” MMC-nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədəi 5,7 dəfə və ya 14,5 milyon manat artıraraq17,6 milyon manat təşkil edib. Şirkət 2023-cü ili 3 milyon 76 min manat xalis mənfəət ilə bağlamışdı.
Şirkətin 2024-cü il üzrə fərdi maliyyə hesabatları “RSM Azərbaycan” MMC audit firması tərəfindən yoxlanılmış və hesabatlara müsbət rəy verilmişdir.
2024-cü ildə şirkətin ümumi gəlirləri 251 milyon manat təşkil etmişdir. Qeyd edilib ki, il ərzində qlobal iqtisadiyyatda baş verən proseslər, regional münaqişələr və əmtəə birjalarındakı kəskin qiymət dalğalanmalarının yaratdığı risklərə baxmayaraq, müəssisə fəaliyyətini yüksək gəlirlə başa vurmuşdur. Hesabat ilində çevik satış strategiyasının tətbiqi nəticəsində büdcə ilə müqayisədə gəlir artımı 34,8 milyon manat olmuşdur. EBITDA mənfəəti 2024-cü ildə əvvəlki illə müqayisədə 19,3 milyon manat artaraq 40,11 milyon manata yüksəlmişdir. Xalis mənfəət isə 2023-cü illə müqayisədə 14,5 milyon manat artaraq 17,6 milyon manat təşkil etmişdir.
Ötən il Azəralüminium” şirkətinin təkcə satışdan gəlirləri 1 milyon 958 min manat və ya 0,8% artaraq 249 milyon 331 min manat təşkil edib. Ötən il satışın maya dəyəri isə 12 milyon 407 min manat, satış və paylanma xərcləri isə 2 milyon 880 min manat azalıb. Eyni zamanda, maliyyə aktivləri üçün gözlənilən kredit zərərləri üzrə ehtiyatın bərpası üzrə gəlir 2 milyon 545 min manat artaraq 3 milyon 744 min manat təşkil edib. Beləliklə, mənfəətin artması əsasən xərclərin azaldılmasından qaynaqlanır.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
2024-cü ilin sonuna “Azəralüminium” MMC-nin cəmi aktivləri 383 milyon 734 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin (367 milyon 120 min manat) göstəricisindən yüksəkdir. Aktivlərin artımı əsasən debitor borcların və qısamüddətli investisiyaların artması ilə bağlı olmuşdur. Bölüşdürülməmiş mənfəət 2023-cü ildəki 60 milyon 695 min manatdan 2024-cü ilin sonuna 78 milyon 252 min manata yüksəlmişdir. Qeyd edilib ki, bu göstərici şirkətin ardıcıl illər ərzində formalaşdırdığı sabit mənfəətlilik və gələcək investisiya imkanları üçün möhkəm baza olduğunu göstərir.
"Şirkət uzun illərdir ki, qeyri-neft ixracatçılar sırasında davamlı olaraq ilk 5-likdə yer almışdır. 2018–2024- cü illər ərzində Şirkət ümumilikdə 1,44 milyard manatlıq dəyərində alüminium məhsulları realizasiya etmişdir. Bu məhsulların 1.34 milyard manatını xarici bazarlara ixrac etmiş, 99.56 milyon manat dəyərində alüminium məhsullarını isə daxili bazarda realizasiya etmişdir. Bununla yanaşı şirkət tərəfindən ümumilikdə dövlət büdcəsinə 80,09 milyon manat məbləğində vergi və sosial sığorta ödənişləri həyata keçirilmişdir. “Azəralüminium” MMC qarşıdakı illərdə də dayanıqlı inkişaf, rentabellik və bazar mövqeyini qorumaq istiqamətində fəaliyyətini davam etdirməklə ölkə iqtisadiyyatına töhfəsini daha da artırmaq niyyətindədir",- press-relizdə bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
7 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
9 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























