Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Saziş imzalandı: Azərbaycan və Qazaxıstan şirkətləri dəmir istehsalı üzrə əməkdaşlıq edəcəkSentyabrın 23-də Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (“AIIF 2025”) çərçivəsində “Daşkəsən Dəmir Filiz” (DDF) MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti arasında birgə müəssisə müqaviləsi imzalanıb.
Marja xəbər verir ki, sazişə əsasən, tərəflərin yaratdığı birgə müəssisə – “Azerbaijan Metal Company” MMC-nin idarə edilməsi və fəaliyyət istiqamətləri təsdiqlənib.
Müqaviləni “AzerGold” QSC-nin törəmə şirkəti DDF MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Fonte Capital Ltd” investisiya şirkətinin Baş direktoru Yerjan Musin imzalayıb. Qeyd edək ki, adıçəkilən şirkət Qazaxıstanın geniş şaxələndirilmiş investisiya portfelinə malik “Fonte Capital Ltd” investisiya şirkətininin idarəetməsində olan müəsissələrdən biridir.
Yeni təsis edilmiş birgə müəssisə illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və istismarı ilə məşğul olacaq. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin əvvəlində istismara verilməsi, burada müasir, ekoloji cəhətdən təhlükəsiz texnologiyalardan istifadə olunması nəzərdə tutulub.
“AzerGold”dan verilən məlumata görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Bununla belə, yataqdaki filizlərin dəmir tərkibinin nisbətən aşağı olması (ortalama ~40%), filizlərin yerin daha dərin qatlarında yerləşməsi, eləcə də ölkəmizin beynəlxalq sulara birbaşa çıxışının olmaması layihənin əməliyyat və logistika xərclərinin ciddi şəkildə artmasına səbəb olur. Bu amillər isə, öz növbəsində, əlavə dəyər qazandıran məhsulların istehsalı zərurətini ortaya çıxarır. Bütün bunları nəzərə alaraq, layihənin effektiv icrasını təmin etmək məqsədilə beynəlxalq nüfuzlu məsləhətçi şirkətlərin iştirakı ilə optimal texnoloji həll yolu müəyyən edildi. Bu yanaşma, üç mərhələli istehsal zəncirini - > 67% dəmir tərkibli daha keyfiyyətli konsentratın, pellet və isti briketlənmiş dəmirin (İBD) istehsalını əhatə edir.
Hazırda zənginləşdirmə və pellet istehsalı mərhələsi üzrə yekun bank təyinatlı Texniki-İqtisadi Qiymətləndirmə prosesi həyata keçirilir. Proses çərçivəsində geoloji, metallurji, texniki və iqtisadi təhlillər tamamlandıqdan sonra, layihənin bu hissəsi üzrə tikinti-quruculuq işlərinə başlanılacaq.
Layihənin ikinci mərhələsi illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun qurulmasını əhatə edir. Birgə müəsisə müqaviləsi çərçivəsində qurulacaq İBD zavodu Daşkəsən dəmir filizi layihəsinin əsas kapital yüklü seqmenti olmaqla ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları təşkil edir. Bu təşəbbüs məhz dövlət büdcəsinə düşən maliyyə yükünün azaldılması məqsədilə xarici sərmayə cəlb edilərək həyata keçirilir. Layihə çərçivəsində ÜDM-yə illik 694 milyon ABŞ dolları həcmində töhfə gözlənilir və təxminən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması planlaşdırılır.
Daşkəsən dəmir filizi layihəsinin sadalanan dəyər zənciri üzrə bütün mərhələlərinin kompleks şəkildə icrası regiona daha böyük sosial-iqtisadi dividendlər qazandıracaq, həm birbaşa, həm də dolayı təsirlər nəticəsində təxminən 4 000 iş yerinin yaradılmasına imkan verəcək. Mərhələli şəkildə həyata keçiriləcək proses genişmiqyaslı sənaye sinerjisi yaradacaq, yerli və regional bazarlar üçün rəqabətqabiliyyətli məhsul istehsalı təmin edilməsi ilə əməliyyatlara başlanıldıqdan sonrakı dövr üzrə ÜDM-yə təqribən 13 milyard ABŞ dolları həcmində töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
19 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
-
1 saat əvvəl
24, 25 və 26 apreldəki planlarını təxirə sal, çünki "Yaşıl Cümə" başlayır!
-
2 saat əvvəl
Norm və TKTA ustaların sertifikasiyası ilə bağlı ikinci layihəyə start verib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
Ən çox oxunanlar
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat
Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib
Aprelin 25-də gözlənilən hava şəraiti
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi
Sorğu: Avropa Mərkəzi Bankı iyunda faiz artıracaq
İntel-in gəliri ilk rübdə 7 faiz artıb





.jpg)
.jpg)







.jpg)






