“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər
Azərbaycanın ən iri və etibarlı maliyyə institutlarından biri olan "PAŞA Bank", 2025-ci ilin payızında və 2026-cı ilin yazında Bakıda “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) tərəfindən təşkil ediləcək beyəlxalq sərgilərin rəsmi bankı qismində çıxış edir.
“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin yaydığı birgə məlumata görə, bu əməkdaşlıq bazar liderlərinin güclü sinerjisini nümayiş etdirir və sərgilərin yüksək statusunu, eləcə də ölkənin iqtisadi inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.
Qeyd edilib ki, 25 ildən artıq fəaliyyəti dövründə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri özünü beynəlxalq sərgilərin və konfransların təşkilində aparıcı oyunçular kimi təsdiqləmiş, dünyanın minlərlə iştirakçısını, investoru və ekspertini bir araya gətirmişdir.
“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin direktoru Fərid Məmmədovun sözlərinə görə, PASHA Bank kimi tərəfdaşla əməkdaşlıq bu sərgilərin yüksək səviyyəsini və əhəmiyyətini daha da vurğulayır:
“PASHA Bank ilə əməkdaşlıq effektiv bir sinerjidir. Biz çalışırq ki, hər bir sərgimiz iştirakçılar üçün maksimum səmərəli olsun. Ölkənin aparıcı bankı ilə tərəfdaşlıq müştəri xidmətlərini yüksək səviyyədə saxlamağa və yeni istiqamətlərin inkişafına imkan verəcək.”
“Iteca Caspian və “Caspian Event Organisers” ilə əməkdaşlıq və onların təşkil etdiyi beynəlxalq sərgilərdə iştirak etmək kiçik və orta biznesin inkişafına töhfə vermək üçün böyük imkan yaradır. Əminik ki, “Iteca Caspian və “Caspian Event Organisers” tərəfindən təşkil olunan çoxprofilli sərgilər investisiya, innovasiya və yeni ideyaların mərkəzinə çevrilərək, sahibkarların təcrübə mübadiləsi aparmasına və imkanlarını genişləndirməsinə şərait yaradır. Bu isə biznesin maliyyə sabitliyini daha da möhkəmləndirir. PASHA Bank real sektorun etibarlı tərəfdaşı kimi biznesin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, iqtisadiyyatımızın daha dayanıqlı və rəqabətqabiliyyətli olması istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edəcək”, – deyə PASHA Bank-ın Korporativ və İnstitusional Bankçılıq seqmentinin idarəedici direktoru Heydər Süleymanov qeyd etmişdir.
Sərgilər çərçivəsində PASHA Bank bir sıra tədbirlər və təqdimatlar keçirəcək. Ziyarətçilər PASHA Bank-ın məhsul və xidmətləri ilə birbaşa sərgi məkanında tanış ola biləcəklər. Bu isə biznes əməkdaşlığının qurulması və müasir maliyyə həllərinin əldə olunması üçün əlavə imkanlar yaradacaq. Təqdim olunacaq xidmətlərə aşağıdakılar daxildir:
Hesabların ekspress açılması və kartların birbaşa sərgi məkanında rəsmiləşdirilməsi;
İştirakçılar üçün xüsusi maliyyə təklifləri;
Beynəlxalq ödənişlər və tranzaksiyalara dəstək;
Xarici qonaqlar üçün rahat xidmətlər.
Uzunmüddətli əsasda nəzərdə tutulmuş bu tərəfdaşlıq Bakıda keçirilən bütün irimiqyaslı beynəlxalq sərgiləri əhatə edir. Onların sırasında “BakuBuild”, “Caspian Agro”, “InterFood Azerbaijan”, “Aquatherm Baku”, “Rebuild Karabakh”, “Medinex” və s. yer alır.
Təşkilatçılar əmindirlər ki, bu əməkdaşlıq regionda biznes tədbirlərinin təşkilində yeni keyfiyyət standartı yaradacaq və Azərbaycana yeni iştirakçıların, investisiyaların və layihələrin cəlb olunmasına güclü stimul verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
8 d. əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
-
9 d. əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 28 d. əvvəl
- 46 d. əvvəl
-
2 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
14 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
17 saat əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
17 saat əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
-
17 saat əvvəl
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
-
17 saat əvvəl
Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Ən çox oxunanlar
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
Azərbaycanda rəqabət üzrə ayrıca tədqiqat mərkəzi yaradılacaq

























