Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
Azərbaycanın aparıcı mebel istehsalçılarından olan Gardashlar Mebel bu dəfə ofis əməkdaşlarının rifahına yönəlmiş addımı ilə diqqət çəkib.
Marja xəbər verir ki, müasir iş şəraitində uzun saatlar kompüter qarşısında çalışan əməkdaşların ehtiyaclarını nəzərə alaraq, şirkət xüsusi universal istirahət yatağı hazırlayıb. Yeni model həm iş prosesində noutbuk üzərində rahat oturaraq işləməyə, həm də qısa fasilələr zamanı uzanaraq dincəlməyə imkan verir. Məhsulun dizaynında ergonomik yanaşma əsas götürülüb, brend rəngləri və loqosu ilə tamamlanaraq ofis mühitinə uyğun estetik görünüş yaradılıb. Məhsulun ən mühüm üstünlüklərindən biri onun çevik istifadəsidir – sadəcə bir toxunuşla dik vəziyyətdə dayana bilir, elə həmin rahatlıqla yerə qoyularaq tam istirahət imkanı yaradır.
Layihənin ideya müəllifi Gardashlar Mebel şirkətinin rəhbəri Əli Mirzəyevdir. Onun təşəbbüsü ilə həyata keçirilən bu addım yalnız Gardashlar Mebel əməkdaşlarının rifahına deyil, həm də ümumilikdə ölkədə işçi mədəniyyətinə yeni yanaşma gətirməyə yönəlib.
"Dünya miqyasında bir çox şirkətlər işçilərinin rifahına yatırım etməklə yanaşı, onların istirahəti üçün xüsusi imkanlar yaradır. Qərbdə artıq uzun illərdir ki, korporasiyalar əməkdaşların yalnız işini deyil, həm də sağlamlığını və gündəlik rahatlığını düşünür. Gardashlar Mebel isə bu yanaşmanı Azərbaycana gətirən və praktiki addıma çevirən ilk yerli şirkətlərdən biri oldu.
Bu təşəbbüs, ölkəmizdə də əməkdaş rifahının sadəcə sosial məsuliyyət deyil, həm də strateji uğur amili olduğunu göstərir. Gardashlar Mebel-in rəhbərliyi hesab edir ki, əməkdaşların rifahına edilən hər bir yatırım gələcəyin ən böyük qazancıdır. “Biz inanırıq ki, işçinin sağlamlığına və rahatlığına göstərilən diqqət onun işə münasibətini dəyişir. Daha güclü, daha motivasiyalı kollektiv – daha böyük nəticələr deməkdir,” – deyə Əli Mirzəyev vurğulayıb.
Əli Mirzəyev əlavə edib ki, Şirkət bu innovativ yatağı yalnız öz işçiləri üçün deyil, həm də digər müəssisələr üçün istehsal etməyə hazırdır:
"İstənilən təşkilat modeli öz loqosu və rənglərinə uyğun sifariş edə bilər. Bu isə həm əməkdaşlara göstərilən qayğını, həm də korporativ kimliyi gücləndirməyi mümkün edir. Gardashlar Mebel-in təşəbbüsü təkcə bir məhsul deyil, iş dünyasına verilən mesajdır: əməkdaşların rifahı hər şirkətin strateji prioriteti olmalıdır. Azərbaycanda bu kimi addımların atılması yalnız şirkətlərin daxili mədəniyyətini zənginləşdirmir, həm də ölkənin biznes mühitində yeni standart yaradır".
Gardashlar Mebel əməkdaş rifahına yönəlmiş innovativ həllər sahəsində ilk addımını smart masa ilə atmışdır. Həmin model sayəsində işçilər uzun saatlar təkcə oturaq yox, ayaqüstə də işləyə bilirdilər. Yeni universal istirahət yatağı isə bu yanaşmanın davamı olaraq daha geniş imkanlar təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
9 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
11 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq























