Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

FED faiz qərarını açıqladı

ABŞ Mərkəzi Bankı (Fed) 9 aylıq fasilədən sonra ilk dəfə faiz endiriminə gedib. ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) sentyabr iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 4–4,25 faiz aralığına endirib. Bazarın orta gözləntisi də 0,25 faiz bəndi həcmində endirim idi. Bankın son proqnozlarına əsasən, Fed rəsmiləri cari il ərzində daha iki dəfə faiz azaldılmasını nəzərdə tutur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
FED faiz qərarını açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (FED) faiz qərarını açıqlayıb.

Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED faizlərini 0,25 faiz bəndi azaladaraq 4–4,25 faiz aralığına endirib. İqtisadçıların əksəriyyəti də FED-in faizlərini 0,25 faiz bəndi azaldaraq 4–4,25 faiz müəyyən edəcəyini gözləyirdilər.

Əgər FED faizlərini 0,50 faiz bəndi azaldardısa, bu qərar bazarlar üçün sürpriz olacaqdı. 

Qərar 11 lehinə, 1 əleyhinə səslə qəbul olunub.

Fed rəsmiləri Prezident Donald Trampın aqressiv siyasətlərinin iqtisadiyyata təsirlərini izləmək məqsədilə dekabr ayından bəri faiz dərəcələrinə toxunmamışdı. Bank iyul iclasında da faizləri dəyişməz saxlamış, lakin FED rəhbərliyinin üzvləri Mişel Bouman və Kristofer Valler bu qərara qarşı çıxmışdılar.

Trampın FED-in İdarə Heyətinə təyin etdiyi Stefan Miran isə sentyabr səsverməsində 0,50 faiz bəndi həcmində daha kəskin endirimin tərəfdarı olub.

Faizlərin azaldılmasında məqsəd zəifləyən əmək bazarını dəstəkləməkdir. 

Saat 22:30-da mətbuat qarşısına çıxacaq Fed sədri Cerom Pauellin gələcək aylarda faiz dərəcələrinin trayektoriyası ilə bağlı verəcəyi mesajlar diqqətlə izlənəcək.

Fed üzvlərinin 2025-ci il sonu üçün faiz gözləntisi 3,9 faizdən 3,6 faizə enib.

Qərar mətnində məşğulluq bazarına dair risklərin artdığı, inflyasiyanın isə “bir qədər” yüksək qaldığı vurğulanıb. Yeni proqnozlara əsasən, Fed rəsmiləri bu günkü addımdan sonra il sonuna qədər faizləri əlavə yarım faiz bəndi azaltmağı planlaşdırır.

FED proqnozlarında da dəyişikliklər edilib. 2026-cı il sonu üçün faiz gözləntisi 3,6 faizdən 3,4 faizə, 2027-ci il üçün isə 3,4 faizdən 3,1 faizə endirilib.

Üzvlərin 2025-ci il üçün iqtisadi artım proqnozu 1,4 faizdən 1,6 faizə, 2026-cı il üçün isə 1,6 faizdən 1,8 faizə qaldırılıb. 2027-ci il üçün gözlənti isə əvvəlki 1,6 faizdən 1,8 faizə yüksəldilib.

17.09.2025 22:00
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18