“Coca-Cola” Fondunun dəstəyi ilə Mərzəndiyə kəndinə su çəkilib
“Coca-Cola Azərbaycan” Şirkətinin baş direktoru Rəna Məmmədova: "Biz çox şadıq ki, “Coca-Cola” Fondunun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində “Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldə etməsinə kömək olduq və bundan qürur duyuruq"Sentyabrın 5-də “Coca-Cola” şirkəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri Şamaxı rayonunun Mərzəndiyə kəndinə su çəkilişini qeyd etmək üçün kənd sakinləri ilə görüş keçiriblər.
Şamaxı RİH-nin rəhbəri Tahir Məmmədov, “Coca-Cola Azərbaycan” şirkətinin baş direktoru Rəna Məmmədova, ADSEA-i sədrinin birinci müavini Xəyyam Məmmədov və ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin iştirakı ilə keçirilən görüşdə dövlət və şirkət nümayəndələri “Şamaxı rayonunun Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” layihəsinin icrasının tamamlanmasını qeyd edib və kənd sakinlərini təbrik ediblər.
Layihə “EcoHub” ekoloji platformasının təşəbbüsü ilə “Coca-Cola” Fondunun dəstəklədiyi “Dayanıqlı Su Təşəbbüsləri” Proqramı çərçivəsində həyata keçirilib.
Ötən ilin dekabrında start verilən layihə çərçivəsində Pirsaat su mənbəyindən kəndə uzanan 7 km uzunluğunda müxtəlif diametrli magistral su kəmərinin tikintisi tamamlanıb, su mənbəyi sahəsində nasos aqreqatları quraşdırılaraq elektrik təchizatı ilə təmin edilib və kəndin içində 60 kubmetrlik su çəni quraşdırılıb. Daha sonra kənd daxilində şəbəkə xətlərinin çəkilişi yekunlaşdırılıb, hər evə sayğaclı və davamlı su verilməsi həyata keçirilib.
Nəticədə, kəndin 1350 sakini təmiz su ilə təmin edilib və kəndə çəkilən suyun illik həcmi 146 milyon litr olaraq hesablanıb.
“Coca-Cola Azərbaycan” Şirkətinin baş direktoru Rəna Məmmədova Coca-Cola Fondunun su layihələrinin dəstəklənməsinin vacibliyini qeyd edib: “ “Coca-Cola” fəaliyyətdə olduğu hər bir ölkədə cəmiyyətin inkişafına, icmaların yaşayışının yaxşılaşmasına daim dəstək olub. Biz çox şadıq ki, “Coca-Cola” Fondunun dəstəklədiyi Qlobal Su Çağırışı proqramı çərçivəsində “Mərzəndiyə kəndinin su təminatının yaxşılaşdırılması” lahiyəsi vasitəsilə 1350 sakinin təmiz su əldə etməsinə kömək olduq və bundan qürur duyuruq. Bu mühüm layihənin qısa zamanda həyata keçirilməsinə görə Su Ehtiyatları Agentliyinə, Şamaxı Rayon İcra Hakimiyyətinə və “EcoHub” platformasına təşəkkür edirik”.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov isə layihənin davamlı olması üçün çalışacaqlarını bildirib: “Mərzəndiyə kəndini su ilə təmin etmək üçün böyük işlər görüldü. Layihənin icrası bir neçə ay çəkdi və nəhayət, biz uğurlu nəticə əldə etmişik. Kəndin bütün sakinlərini təbrik edirəm. İnanıram ki, tərəfdaşlarımızla birgə belə uğurlu layihələrin sayı çox olacaq”.
Şamaxı RİH rəhbəri Tahir Məmmədov rayon əhalisinin problemlərinin hər zaman dövlətin diqqətində olduğunu və problemlərin həlli üçün bütün imkanlardan istifadə edilərək işlərin davam etdirildiyini qeyd edib: “Mərzəndiyə kəndinə su çəkilişi münasibətilə hər birinizi təbrik edirəm. Dövlətimizin diqqəti və özəl sektorun dəstəyi ilə sakinlərin gündəlik həyatı daha da yaxşılaşır. Kəndin su problemi artıq həll olunub. İndi hər evdə təmiz su var. Bu işin uğurla yekunlaşmasında əməyi olan bütün tərəfdaşlarımıza minnətdaram”.
ADSEA Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev də Şamaxı və ətraf rayonların bəzi kəndlərində su çatışmazlığı olduğunu və bu istiqamətdə işləri davam etdirdiyini bildirib: “Bu gün çoxdan gözlənilən gündür. Nəhayət Mərzəndiyə sakinləri davamlı su ilə təmin edildilər. Bu kənd camaatının həyatını dəyişəcək məqamdır. Kəndin əsas ehtiyacı, əsas məsələsi bu idi. Mən də öz növbəmdə kəndə suyun çəkilməsində əməyi olan hər bir quruma və şəxsə dərindən minnətdarlığımı bildirirəm.”
Dövlət və şirkət nümayəndələri Mərzəndiyə kənd sakinlərinə görülən işlərlə bağlı məlumat verib, kənd ərazisini gəziblər. Daha sonra kəndin ağsaqqal nümayəndəsi, tanınmış ziyalı aşıq Ağamurad Şirvanlının evinə baş çəkərək sakinlərlə səmimi söhbət ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















