
Qızılın qiyməti tarixinin ən yüksək səviyyəsində
Qızıl tarixinin ən yüksək qiyməti olan 3 547,09 dollar/unsiyanı da görüb.
Qızılın qiymətləri qlobal maliyyə sabitliyi və ABŞ-ın ticarət tariflərinə dair davamlı narahatlıqlar fonunda bir qədər yüksələrək rekord həddə çatıb.
Marja.az xəbər verir ki, lakin sarı metalın artımı dolların dəyər qazanmasının bərpası ilə məhdudlaşıb. Həftə ərzində dəyər itirən dollar, dünya üzrə dövlət istiqrazlarının kütləvi satışından sonra ABŞ bazarlarına yönələn investorlar hesabına möhkəmlənib.
Bununla belə, qızıl və digər qiymətli və sənaye metalları həftənin əvvəlindən etibarən mühüm artımlar nümayiş etdirib.
Sənaye metallarından London mis fyuçersləri Çində tələbin artacağına dair nikbin gözləntilər fonunda mart ayından bəri ilk dəfə olaraq qısa müddətə 10 min dollar/ton həddini aşıb.
Spot qızıl 3 534,61 dollar/unsiya səviyyəsində sabitləşib, dekabr fyuçersləri isə 0,3% artaraq 3 601,15 dollar/unsiya təşkil edib. Sessiyanın əvvəlində spot qızıl tarixinin ən yüksək göstəricisi olan 3 547,09 dollar/unsiyanı da görüb.
Qızıl fiskal risklər və tarif qeyri-müəyyənliyi fonunda bahalaşır. Bülə ki, qiymətli metala bu həftəki əsas dəstək ABŞ apellyasiya məhkəməsinin Prezident Donald Trampın tətbiq etdiyi ticarət tariflərinin əksəriyyətini qanunsuz sayan qərarından sonra gəlib. Qərara əsasən, tariflər yalnız oktyabrın ortalarına qədər qüvvədə qala bilər.
Tramp isə hökmü sərt şəkildə tənqid edərək Ali Məhkəməyə müraciət edəcəyini bildirib. Bununla belə, növbəti məhkəmə qərarlarının əleyhinə olması Vaşinqtonu son ticarət razılaşmalarını yenidən müzakirə etməyə məcbur edə bilər ki, bu da qlobal ticarətdə daha çox qeyri-sabitlik vəd edir. İnkişaf etmiş ölkələrdə artan borc səviyyələrinə dair narahatlıqlar çərşənbə axşamı qlobal istiqraz gəlirliliyini yüksəldib. İstiqraz bazarındakı satışlar dolların möhkəmlənməsinə səbəb olub ki, bu da qızılın qiymətinin irəliləyişini müəyyən qədər məhdudlaşdırıb.
Dollar bu həftənin sonlarında ciddi sınaqla üz-üzə qalacaq – avqust ayı üzrə kənd təsərrüfatı sahəsi istisna olmaqla məşğulluq (nonfarm payrolls) göstəriciləri açıqlanacaq. Bu rəqəmlər ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini endirmək planlarında mühüm rol oynayacaq.
CME FedWatch alətinə görə, fyuçers bazarında investorlar bu ay Fed-in faizləri 25 baza bəndi endirməsinə 90%-dən çox ehtimal verirlər. Son həftələrdə artan faiz endirimi gözləntiləri də qiymətli metal qiymətlərini yüksəldən əsas amillərdən olub.
Bununla belə, digər qiymətli metallar həftənin əvvəlində qazandıqları artımlardan sonra geri çəkiliblər. Spot platinin qiyməti 0,6% azalaraq 1 402,46 dollar/unsiya olub, amma yenə də son bir ayın maksimumuna yaxın qalıb. Spot gümüşün qiyməti isə 0,3% enərək 40,7505 dollar/unsiya təşkil edib, halbuki əvvəlcə 14 ilin ən yüksək göstəricisinə qalxmışdı.
Mis Çin tələbinə ümidlə dəstəklənir
Sənaye metallarında isə London Metal Birjasında (LME) mis fyuçersləri 0,2% azalaraq 9 978 dollar/ton səviyyəsinə enib. Bu, mart ayından bəri ilk dəfə olaraq qısa müddətə 10 min dollar həddini aşmasından sonra baş verib. COMEX-də mis fyuçersləri isə 0,3% geriləyərək 4,6285 dollar/funt təşkil edib və son bir ayın maksimumundan geri çəkilib.
Mis qiymətlərinin bu həftəki əsas dəstəkçisi Çində tələbin güclənəcəyi ilə bağlı optimizm olub. Mətbuatda çıxan məlumatlara görə, Pekin iqtisadiyyatı dəstəkləmək üçün yeni stimullaşdırıcı tədbirlər paketinə hazırlaşır. Avqust ayı üzrə Çin Satınalma Menecerləri İndeksi (PMI) müəyyən dayanıqlılıq göstərsə də, iqtisadi artımı bərpa etmək üçün hökumətin əlavə addımlar atacağı gözlənilir.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 d. əvvəl
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
-
21 d. əvvəl
"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika-dan yeni mövsümə özəl sərfəli nağd kredit təklifi
- 1 saat əvvəl
-
2 saat əvvəl
BOKT-a illik 16 faizlə pul lazımdır - İSTİQRAZ BURAXIR, ŞƏRTLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

"Qızılın qiyməti yeni rekordlar ilə artımını davam etdirəcək"

"Regional" BOKT-ın xalis mənfəəti 12 dəfə artıb


Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan istiqrazları Unicapital vasitəsilə Cbonds-da

Azərbaycan neftinin son qiyməti

Tenderlərdə tez-tez qalib olan şirkət qazancını açıqladı

200 manata tutulan kirayə mənzili, sənədlərdə 400 manat göstərib - Yarım milyon manatlıq dələduzluqda ittiham olunur

Azərkosmos-da kosmik zərər

Bir ekosistemində yeni mərhələ: Umico Bonus artıq Bir Bonus oldu

Qızılın qiyməti tarixinin ən yüksək səviyyəsində

Rəsmi məzənnələr açıqlandı

İlham Əliyev paradı izləyib
