“Legion Financial” şirkətinin yeni səhmlərinə 2 investor 2 sifariş təqdim edib
HƏMÇİNİN OXU: Avtomobil lizinqi şirkəti 6 ayda 0,7 milyon manat xalis mənfəət əldə edib“Legion Financial” ASC-nin 550 min manatlıq səhmlərinə abunə yazılışı 8 avqust 2025-ci il tarixində başlayaraq, 10 iş günü davam edərək, avqustun 21-i yekunlaşmışdır.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 27 avqust 2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşmışdır.
550 min manatlıq səhmlərə 2 investor 2 sifariş təqdim edib,. Reallaşdırılmış həcm 260 min manat olub.
Beləliklə, “Legion Financial” ASC-nin nizamnamə kapitalı 260 min manat artaraq 3 milyon 910 min manata yüksəlir.
Qeyd edək ki, 30 İyun 2025-c il tarixində 3 milyon 650 min manat nizamnamə kapital olan "Legion Financial" ASC-nin səhmdarları Turan İsmayılov (38,22%), Ramin Süleymanlı (30,55%), Rövşən Soltanov (15,06%), Kolas Konstantin (5,20%) və digər 1 fiziki şəxs idi.
Qeyd olunan qiymətli səhmlərin ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə Standart Bazar Listinq seqmetntinə alınır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001025464
Səhmin növü və forması: Adi, adlı, sənədsiz səhm
Ticarət üsulu / forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 5500 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 550 000 manat
Hərrac qiyməti: 100 manat
Reallaşdırılmış həcm: 260 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 260 000 manat
İnvestor sayı: 2
Sifariş sayı: 2
Ticarətə buraxılma tarixi: 27.08.2025
Anderrayter: “Unicapital İ.Ş” ASC
HƏMÇİNİN OXU: Avtomobil lizinqi şirkəti 6 ayda 0,7 milyon manat xalis mənfəət əldə edib
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
13 saat sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
- 1 gün əvvəl
-
1 gün əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Azərbaycanın yeni dəniz silahları nümayiş etdirildi – FOTO
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib





















