Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yango Biznes üçün gedişlər - korporativ səfərlər və çatdırılma artıq bir hesabda - FOTO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yango Biznes üçün gedişlər - korporativ səfərlər və çatdırılma artıq bir hesabda - FOTO

(®) 25 avqust 2025-ci ildən etibarən Bakıda korporativ müştərilər çatdırılma və səfərləri vahidYango Biznes üçün gedişlər biznes hesabı vasitəsilə sifariş edə bilərlər.

Əməkdaşların səfərlərini və göndərmələrin logistikasını "vahid pəncərə"də birləşdirən bu həll həm əməliyyat yükünü azaltmağa, həm də xərclərə nəzarəti asanlaşdırmağa imkan verir.

“Biz korporativ müştərilərə səyahətləri və çatdırılmanı vahid biznes hesabından idarə etməyə imkan verən yeni funksiya işə salırıq. Əməkdaşlar “Yango” tətbiqində və ya korporativ kabinetdə müəyyən edilmiş limitlər çərçivəsində sifarişlər edəcək, maliyyə hesabatları və analitika isə dərhal biznes hesabında əlçatan olacaq”, - “Yango Azerbaijan” şirkətinin baş direktoru Müşviq Həsənov bildirib.

Biznes üçün imkanlar

Biznes üçün indi 3 çatdırılma növü əlçatandır.

Kuryer ilə - 10 kiloqrama qədər yüklər üçün. Piyada və ya motorlu nəqliyyat vasitələri ilə çatdırılır - sənədlər və kiçik göndərmələr üçün uyğundur. Real zaman rejimində statusu izləmək mümkündür.

Ekspres - 20 kiloqrama qədər yüklər üçün. Çatdırılma təcili göndərmələr üçün avtomobillə kuryer vasitəsilə həyata keçirilir. "A nöqtəsindən B nöqtəsinə" təcili sifarişlər üçün rahatdır. Həmçinin çatdırılmanı onlayn qaydada izləmək mümkündür.

Yük - 1400 kiloqrama qədər ağır yüklər üçün. Böyük ölçülü göndərmələr üçün 3 ölçü (S, M və L) mövcuddur.

S kateqoriyasına maksimum çəkisi 300 kiloqrama qədər, ölçüsü 170x100 sm, hündürlüyü isə 90 sm-dən çox olmayan yüklər daxildir.

Çəkisi 700 kiloqrama qədər, ölçüsü 260x130 sm, hündürlüyü 150 sm olan yükü daşımaq lazım olduqda M kateqoriyasını seçmək lazımdır.

Uzunluğu 380 sm, eni 180 sm-ə qədər olan, hündürlüyü 180 sm-dən çox olmayan yükün daşınması halında isə, maksimum yükgötürmə qabiliyyəti 1400 kiloqram olan L kateqoriyası uyğun gələcək.

İdarəetmə və nəzarət

●       Bütün bağlamaları real zaman rejimində izləmək mümkündür, bu da şirkət menecerlərinə göndərmənin statusunu müəyyən etmək üçün daha az vaxt sərf etməsinə imkan verəcək.

●       Xidmətlərə görə ödəniş korporativ hesabdan həyata keçirilir. Çatdırılma limitlərini səfər limitlərindən ayrı təyin etmək mümkündür ki, bu da rahatlığı artırır.

●       İndi həm səfərlər, həm də yüklərin göndərilməsi vahid kabinetdən idarə olunur. Sifarişləri isə smartfondakı rahat tətbiqdən və ya korporativ kabinetdən etmək mümkündür.

●       Sifarişi əvvəlcədən müəyyən edilmiş vaxtda rəsmiləşdirmək imkanı mövcuddur.

●       Qeydiyyat və korporativ hesabın yaradılması ödənişsizdir.

Biznes səfərlərin və çatdırılmaların bir hesabda birləşdirilməsindən nə əldə edəcək?

●       Əməliyyat vaxtına qənaət

●       Sənəd dövriyyəsinin azaldılması

●       "Vahid pəncərə" prinsipi ilə idarəetmə

İndi əməkdaşların səfərləri və yük daşımaları haqqında razılaşdırmaya və sənədlərin toplanmasına ehtiyacı yoxdur. Bütün sifarişləri “Yango” tətbiqində etmək olar, büdcə və limitlərə nəzarət isə şirkətin korporativ kabinetində real zaman rejimində həyata keçirilir. Çatdırılmalar haqqında hesabatlar səfərlərdən ayrı əlçatan olur, bu da menecment üçün analitikanı asanlaşdırır.

Beynəlxalq texnologiyalar şirkəti "Yango Group"un tərkibinə daxil olan “Yango Azerbaijan” istifadəçilərə texnologiyalardan istifadə etməklə gündəlik həyatı asanlaşdırmağa imkan verir. “Yango Group” servisləri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Pakistan, Kolumbiya kimi ölkələr də daxil olmaqla 30-dan çox ölkədə fəaliyyət göstərir. Azərbaycanda səyahət sifarişi və çatdırılma xidmətləri 2022-ci ildən mövcuddur. 2024-cü ildə “Yango” supertətbiqinə ictimai nəqliyyatda səfərlərin planlaşdırılması xidməti, “Market” - ərzaq çatdırılması xidməti və “Yemək” - restoran yeməklərinin çatdırılması xidməti əlavə olunub.

Əlavə məlumat üçünpr@yango.come-poçt ünvanına müraciət edə bilərsiniz.

YangoBiznes korporativmüştərilər vahidbizneshesabı səfərlərvächatdırılma əməkdaşlarsəfərləri göndərmələrinlogistikası vahidpəncərə əməliyyatyükünazaldılması xərclərinəzarət kuryer10kq ekspres20kq yük1400kq SmMLkateqoriyaları SKateqoriyası MeKateqoriyası LKateqoriyası ölçüyəuyğunluq realzamanrejimi smartfonaplikasiyası korporativkabinet qeydiyyatëdəişsiz əməliyyatvaxtınagəncət sənəddövriyyəsininazaldılması analitika hesabat limitnəzarət büdcənəzarət YangoAzerbaijan YangoGroup supertətbiq MarketXidməti YeməkXidməti ictimaiNəqliyyat
26.08.2025 10:10
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ