“İlin şirkəti” nominasiyasında “Gold Stevie” qazanan ilk Azərbaycan bankı “PAŞA Bank” oldu
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 22-ci Beynəlxalq Biznes Mükafatları (“International Business Awards®”) müsabiqəsində “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatına layiq görülüb. Bank, bu dünyaca nüfuzlu mükafatı 2025-ci ildə qazanan ilk Azərbaycan bankı oldu.
Qaliblər bu il may–iyul ayları ərzində “Stevie Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin münsifləri kimi çıxış edən dünya üzrə 250-dən çox beynəlxalq miqyaslı ekspertin və iri şirkət rəhbərinin ortaq qiymətləndirməsinə əsaslanaraq müəyyən edilib. Strateji inkişaf yanaşması, beynəlxalq standartlara uyğun idarəetmə prinsipləri, rəqəmsal transformasiya istiqamətində atdığı addımlar, müştəri məmnuniyyətini yüksəltməyə yönəlmiş tədbirlər və sosial məsuliyyət layihələrinə verdiyi mühüm töhfələr “PAŞA Bankı" bu nominasiyada fərqləndirən əsas amillər olub.
“PAŞA Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyevin sözlərinə görə, bu mükafat Bankın illər ərzində həyata keçirdiyi məqsədyönlü strategiyanın beynəlxalq arenada təsdiqi kimi dəyərləndirilir.
“Qeyd etməliyəm ki, bu dəfə Azərbaycanı təmsil edən şirkətlər arasında bu mükafata layiq görülən ilk bank məhz “PAŞA Bank” oldu. Bu uğur, ölkə və regionda lider mövqeyimizi möhkəmləndirməklə yanaşı, sahibkarların inkişafına dəstək göstərmək, kredit portfelimizin keyfiyyətini artırmaq və Azərbaycan biznesinin beynəlxalq arenada tanınmasına töhfə vermək istiqamətində apardığımız ardıcıl işlərin nəticəsidir,” – deyə Cavid Quliyev bildirib.
Son illərdə mühüm nailiyyətlər qazanan “PAŞA Bank” müştəriyönümlü yanaşması və rəqəmsal həllərə əsaslanan inkişaf strategiyası ilə fərqlənir. 2025-ci ilin “CustomerFirst” ili elan olunması da bu istiqamətin strateji şəkildə davam etdirildiyini göstərir. Bankın rəqəmsal imkanları üzərində qurulan çevik və etibarlı maliyyə həlləri qeyri-neft sektorunun inkişafına mühüm dəstək verir.
30 iyun 2025-ci il tarixinə Bankın ümumi kredit portfelinin 85%-i məhz qeyri-neft sektoruna yönəldilməklə 3,28 milyard AZN, cəmi kapitalı 954 milyon AZN, cəmi aktivləri isə 8,97 milyard AZN təşkil edib.
Beynəlxalq Biznes Mükafatları və qaliblərin tam siyahısı haqqında daha ətraflı məlumatı www.StevieAwards.com/IBA saytından əldə etmək mümkündür.
2002-ci ildə ABŞ-da yaradılmış “Stevie Awards” təşkilatı tərəfindən keçirilən Beynəlxalq Biznes Mükafatları dünyanın biznes sahəsində ən nüfuzlu qlobal mükafat proqramı hesab olunur. Hər il dövlət və özəl sektor, kommersiya və qeyri-kommersiya təşkilatları, kiçik və böyük şirkətlər daxil olmaqla bütün dünyadan iştirakçılar bu mükafat uğrunda mübarizə aparır. Bu il müsabiqəyə ümumilikdə 3,800-dən çox müraciət daxil olub.
Qeyd edək ki, mükafatlar 10 oktyabr 2025-ci il tarixində Portuqaliyanın Lissabon şəhərində keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
- 20 d. əvvəl
- 32 d. əvvəl
-
47 d. əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan-Oman Fondu Azərbaycan bankının yeni səhmlərini əldə edəcək
-
2 saat əvvəl
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
SOCAR yeni şirkət yaradıb
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Ən çox oxunanlar
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq























