Azərbaycandakı kiçik və orta biznesdən 48 milyard manatlıq dövriyyə
Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq KOB-ların böyüməsi və dövriyyəsinin artması onların yaradılan imkanlardan səmərəli istifadə edərək davamlı inkişaf etməsini və iqtisadiyyatda payının yüksəlməsini göstərir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bildirir ki, sahibkarlığın inkişafı sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək tədbirləri və təşviqlər öz müsbət nəticəsini verir. 2024-cü ildə əvvəlki illə müqayisədə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı çoxalıb.
Belə ki, 2023-cü illə müqayisədə ötən il sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı 14%-ə yaxın artıb.
KOB subyektlərinin dövriyyəsi isə əvvəlki illə müqayisədə 2024-cü ildə 10%-ə yaxın artaraq 48 mlrd. manatdan çox olub. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.
Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
- 4 gün sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda turizm sahəsində yeni subsidiya mexanizmləri tətbiq ediləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABDF ilk 6 ayda sahibkarlara 136,5 milyon manat güzəştli kredit verib
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Təhsil işçiləri üçün sərfəli kredit kampaniyası başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
6 ayda 2242 nəfərə ipoteka krediti verilib
Süni intellekt üçün internet Bakcelldən
Cənubi Koreya və Yaponiya uşaq sayının ən az olduğu ölkələrdir
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
AZAL: İlk 6 ayda 5% artımla 1,9 milyon sərnişinə xidmət göstərmişik























