Azəri-Çıraq-Günəşlidən neft hasilatı azalıb

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2025-ci ilin birinci yarısında Azəri-Çıraq-Günəşli (AÇG) üzrə fəaliyyətlərə təqribən 259 milyon dollar əməliyyat məsrəfləri və 558 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Bu barədə "bp-Azərbaycan"ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki. AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı bu ilin birinci yarısında tamamlanmış və ikinci il üçün məlumat toplanması işləri iyun ayında başlanmışdır.
Hasilat
2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (86 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (42 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
Xatırladaq ki, 2024-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq (22 000), Mərkəzi Azəri (96 000), Qərbi Azəri (77 000), Şərqi Azəri (52 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq (29 000) və ACE (3,000) platformalarından birlikdə – gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olmuşdu.
Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd edib. İndiyədək bu platformadan ümumilikdə 1,1 milyard barrel (154 milyon ton) neft hasil edilib.
Qeyd edilib ki, ikinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra Çıraq platformasından laylara su vurulması prosesini uğurla bərpa etmişdir. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilmişdir: suvurma nasosları yenidən layihələndirilmiş və modifikasiya olunmuş, idarəetmə sistemi yenidən qurulmuş, həmçinin yeni bir su injektor quyusu qazılmışdır. Bu quyu Çıraq platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan, mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılmışdır.
Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınmışdır.
İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.
Əlavə edək ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avropa Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır
-
20 saat əvvəl
İlham Əliyev: ABŞ-ın “EXIM Bank”ı ilə maliyyə məsələləri müzakirə olunur
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
"Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək"
-
21 saat əvvəl
Tramp: Siz böyük lidersiniz. Əliyev: Böyük lider mənim yanımda əyləşib
Son Xəbərlər

SALOĞLU-nun Fabrik qiymətinə kampaniyasında son 5 gün

Azərbaycan neftinin son qiyməti

Sabahın hava proqnozu açıqlanıb

İlham Əliyevin ABŞ-a səfərinin 8 mühüm nəticəsi - SİYAHI

Tramp və Putin avqustun 15-i Alyaskada görüşəcək

"Bu, pul gətirir, iş yerləri yaradır, siyasi təsir yaradır"
Ən çox oxunanlar

"Əminəm ki, “Exxon” və SOCAR arasındakı Anlaşma Memorandumu əhəmiyyətli layihə ilə nəticələnəcək"

Birgə Bəyannamənin TAM MƏTNİ

Prezidenti İlham Əliyev: Bu gün biz sülh sazişinə start veririk

Zəngəzur dəhlizi “Tramp Rifah və Sülh Marşrutu” adlandırılacaq
