Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
500-ə yaxın müraciətçi arasından 31 tələbə proqramda iştirak hüququ qazanıb21 iyul tarixində Azercell-in təşkil etdiyi “DataMinds Bootcamp” proqramının açılış mərasimi baş tutub. “Amazon Web Services”in (AWS) texnoloji dəstəyi ilə həyata keçirilən layihə gənclərin data və süni intellekt sahəsində potensialını artırmaq, həmçinin ölkədə data sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır.
Tədbirdə çıxış edən Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin direktoru Dilarə Hüseynova şirkətin gənclərin inkişafına verdiyi əhəmiyyəti vurğulayaraq, proqram çərçivəsində tələbələr üçün nəzərdə tutulan imkanlar barədə məlumat verib.
Azercell-in Texnologiya və İnformasiya üzrə Baş direktoru Corc Held çıxışında şirkətin transformasiya strategiyasının süni intellekt, bulud texnologiyaları, güclü tərəfdaşlıq ekosistemi və innovasiya yönümlü təşəbbüslərə əsaslandığını qeyd edib. O, “DataMinds Bootcamp” proqramınının bu sahədə istedadlı və yenilikçi gənclərin gələcəyin texnologiya liderləri kimi yetişdirilməsində mühüm rol oynayacağını bildirib.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Rəqəmsal Transformasiya departamentinin direktoru Orxan Quliyev isə öz növbəsində data və süni intellekt texnologiyalarının müasir biznes və sənaye sahələrində artan roluna toxunaraq, onların qərarvermənin sürətləndirilməsi, proseslərin optimallaşdırılması və effektivliyin artırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Tədbir zamanı şirkətin innovasiya təşəbbüsləri, korporativ sosial məsuliyyət layihələri və əsas fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub, sonra isə sual-cavab sessiyası keçirilib.
Qeyd edək ki, “DataMinds bootcamp”ına ümumilikdə 500-ə yaxın müraciət daxil olub. Üç mərhələli seçim prosesinin nəticəsində yerli və beynəlxalq ali məktəblərdə təhsil alan 31 bakalavr və magistr tələbəsi proqramda iştirak hüququ qazanıb. Seçilmiş iştirakçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Fransız-Azərbaycan Universiteti (UFAZ), ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, New York Universiteti (NYU) və Varşava Texnologiya Universitetinin tələbələri yer alır.
Yeddi həftəlik təlim proqramı çərçivəsində iştirakçılar interaktiv təlimlərdə iştirak edəcək, peşəkar mentorların dəstəyi ilə nəzəri biliklərini real biznes ssenariləri üzərində sınayacaq və yekunda öz layihələrini təqdim edəcəklər. Proqramı uğurla tamamlayan iştirakçılar sertifikatla təltif olunacaq və Azercell-də işə qəbul imkanı əldə edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
-
33 d. əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
1 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
19 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 20 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Ən çox oxunanlar
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub



























