“Yelo Bank”ın kredit portfeli 1 milyard manata yaxınlaşıb, faiz gəlirləri artıb
“Yelo Bank” 2025-ci ilin ilk 6 ayında 20 milyon manata yaxın xalis mənfəət əldə edib.“Yelo Bank” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 19 milyon 702 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 26 milyon 18 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Yelo Bank”ın xalis mənfəəti 2025-ci ilin 1-ci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 316 min manat və ya 24,3% azalıb.
İlk 6 yda “Yelo Bank”ın mənfəətdəki azalma Bankın qeyri-faiz gəlirlərinin düşməsi, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatladan qayıdan vəsaitin azalması və mənfəət vergisi ödənişi ilə əlaqədardır. Digər tərəfdən, “Yelo Bank” böyüməkdə davam edib, kredit portfeli və kreditlərdən faiz gəlirləri artıb.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2025-ci ilin ilk 6 ayında “Yelo Bank” ASC-nin faiz gəlirləri 8 milyon 52 min manat və ya 10,6% artaraq 83 milyon 866 min manata yüksəlib, qeyri-faiz gəlirləri isə 11 milyon 322 min manat və ya 58% azalaraq 8 milyon 197 min manata düşüb. Qeyri-faiz gəlirlərinin azalması alınan haqq və kommisiya gəlirinin və xarici valyutadan gəlirin azalması ilə əlaqədardır.
“Yelo Bank”ın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 3 milyon 270 milyon manat azalmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 474 min manat azalıb. Nəticədə, “Yelo Bank”ın əməliyyat mənfəəti 2 milyon 795 min manat düşüb.
2025-ci ilin ilk 6 ayında “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 92 milyon 63 min manat, cəmi əməliyyat xərcləri 72 milyon 225 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 19 milyon 837 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 2 milyon 865 min manat mənfəətə əlavə olunub. Bank 22 milyon 702 min manat əməliyyat mənfəətindən 3 milyon manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin ilk 6 ayında “Yelo Bank”ın cəmi əməliyyat gəlirləri 95 milyon 332 min manat, cəmi əməliyyat xərcləri 72 milyon 699 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 22 milyon 633 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatladan azad olmuş 3 milyon 386 min manat mənfəətə əlavə edilmişdi. Ötən ilin 1-ci yarısında “Yelo Bank”ın mənfəət vergisi ödənişi olmamışdı.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında “Yelo Bank”ın cəmi aktivləri 44 milyon 47 min manat və ya 3,4% artaraq 30 iyun 2025-ci il tarixində 1 milyard 323 milyon 684 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 60 milyon 141 min manat artaraq 995 milyon 231 min manata, o cümlədən, istehlak kreditləri portfeli 29 milyon 363 min manat artaraq 292 milyon 940 min manata, biznes kreditləri portfeli 24 milyon 265 min manat artaraq 611 milyon 508 min manata, ipoteka kreditləri porteli 6 milyon 514 min manat artaraq 90 milyon 782 min manata yüksəlib.
DEPOZİT PORTFELİ ARTIB
2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin 1-ci yarısında “Yelo Bank”da depozitlər 19 milyon 610 min manat və ya 2,1% artaraq 948 milyon 384 min manata çatıb.
MƏCMU KAPİTALI DA ARTIB
30 İyun 2025-ci il tarixində “Yelo Bank” ASC 163 milyon 192 min manat məcmu kapitala malik olub. Bank 2024-cü ilin sonunda 148 milyon 748 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
3 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
3 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Ən çox oxunanlar
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib
























