Alman investorlar Dövlət Komitəsinin “radarında”
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri ilə Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvləri arasında 12 sentyabr tarixində görüş keçirilib.
Tədbirin məqsədi ölkədə aparılan özəlləşmə prosesi, prosesə xarici investorların cəlb edilməsi, iqtisadiyyata yatırılan kapitalın həcmində əcnəbi sərmayəçilərin payının artırılması, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə iştirakçıları məlumatlandırmaqdır.
Həmçinin özəlləşməyə açılan müəssisələrin fəaliyyət sahələri, profilləri, iqtisadi göstəriciləri barədə informasiya vermək, palataya üzv olan şirkətlər arasında informasiya mübadiləsini gücləndirmək, əlaqələrin genişləndirilməsini təmin etmək də əsas vəzifələrdəndir.
Komitədən “Marja”ya daxil olmuş məlumata görə, grüşdə palatanın Azərbaycandakı nümayəndəliyinin icraçı direktoru Tobias Baumann bildirib ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi sahəsində aparılan islahatlar bu il keçirilən biznes sorğularında yüksək qiymətləndirilib.
Azərbaycanda aparılan iqtisadi islahatlar çərçivəsində özəlləşdirilmənin sürətləndirilməsi ilə bağlı görülən işlər xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, hazırda 120-dən artıq Almaniya və Azərbaycan şirkəti Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvüdür. Bu tədbirin keçirilməsi də həmin üzvlərin özəlləşdirilmə prosesində daha geniş iştirakına yeni imkanlar açır.
Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov çıxış edərək bildirib ki, özəlləşdirilmiş müəssisələrdə çoxlu sayda iş yerləri yaradılıb, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalı təmin olunub. Ümumilikdə, özəlləşdirmə prosesində 250 mindən çox səhmdar səhm sahibi olub, 520 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb.
İndiyə kimi Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İsveçrə, Türkiyə, Rusiya, Çin, Finlandiya, İsrail və digər dövlətlərin investorları Azərbaycanda həyata keçirilmiş özəlləşdirmədə iştirak ediblər.
Yeni yanaşmalara uyğun olaraq, 40-dan artıq hərrac keçirilib, bu hərraclarda 1400-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Hərracda istənilən şəxs və ya media üzvü iştirak edə bilər.
Xarici investorların ölkəyə cəlb olunması üçün mütəmadi tədbirlər həyata keçirən Komitə bu sahədə yeni layihələr reallaşdırır. Bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə Komitə ilə Almaniyanın Federal Maliyyə Nazirliyi arasında anlaşma memorandum imzalanıb. Bundan başqa Alman Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə əlaqələr qurulub.
Daha sonra Komitənin nümayəndəsi “Azərbaycanda özəlləşdirmə və investisiya imkanları” mövzusunda təqdimatla çıxış edib. İndiyədək ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesi, bu sahədə tətbiq olunan yeniliklər barədə danışılıb. Özəlləşdirilməyə açılan yeni müəssisələr, onların perspektivləri, yaranma tarixi, investisiya imkanları, maliyyə göstəriciləri barədə məlumat verilib. Qeyd olunub ki, həmin müəssisələr sənaye, səhiyyə, nəqliyyat, tikinti, xidmət və digər iqtisadi sahələrə aid olmaqla sərmayəçilər üçün əlverişli biznes qurmaq imkanıdır. Bildirilib ki, xarici investorların cəlb edilməsi məqsədilə ölkəmizdə sağlam investisiya mühiti formalaşıb.
Sonda Komitənin nümayəndələri iş adamlarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Müştərilərin xəbərləri
Böyük innovasiya festivalı başlayıb - Bu gün startap təqdimatları, müzakirələr, çıxışlar və investorlarla görüşlər olacaq
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 1 d. sonra
-
- 3 d. əvvəl
- 12 d. əvvəl
- 32 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
ABŞ-da maliyyə böhranı riski artır – xəbərdarlıq edildi
Xaricdən geyim alışında azalma
Sentyabrın 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Tahir Gozal bank rəhbəri seçilib
BOKT-un maliyyə nəticələrində güclü artım
Azərbaycan neftinin son qiyməti
“Fresh Garden Quba”ya aqropark rezidentliyi verilib - 6500 tonluq soyuducu anbar və çeşidləmə xətti yaradacaq
Azərbaycan Çindən 7 ədəd lokomotiv alıb
Yaponiya Mərkəzi Bankı faizi 31 ilin ən yüksək səviyyəsinə qaldırdı
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
699 manatlıq məhsul 229 manata düşdü - Baku Electronics-də qiymətlər dəyişdi – CƏMİ 3 GÜN ®























