"Trendyol", "Baykar", ADQ və "Ant International" arasında strateji əməkdaşlıq
Trendyol, Baykar, ADQ və Ant International Türkiyə bazarı üçün yeni nəsil maliyyə texnologiyaları platformasının yaradılması üçün anlaşma memorandumu imzalayıblar.
Marja.az Trendyol-dan verilən məlumata istinadən xəbər verir ki, e-ticarət platforması Trendyol, pilotsuz uçuş aparatları istehsalçısı Baykar, Birləşmiş Ərəb Əmirliklərində yerləşən ADQ investisiya fondu və qlobal rəqəmsal ödəniş sistemləri və maliyyə texnologiyaları provayderi Ant International arasında strateji tərəfdaşlıq imzalanıb.
Tərəflər Türkiyədə yeni maliyyə texnologiyaları platformasının yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.
İmzalama mərasiminə Trendyol Qrupunun sədri Çağlayan Çetin, Trendyol Qrupunun rəhbərlərindən Erdem İnan, Baykar-ın rəhbəri Haluk Bayraktar, Alibaba Qrupunun rəhbəri Michael Evans, ADQ Qrupunun İcraçı direktorunun müavini AlMulla ve Ant International-ın maliyyə direktoru Yi Zhou katılıb.
Strateji əməkdaşlıq çərçivəsində elektron ticarət, maliyyə texnologiyaları, ənənəvi və rəqəmsal bankçılıq, kibertəhlükəsizlik və süni intellekt kimi sahələrdə müxtəlif təcrübələri bir araya gətirərək pərakəndə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsindən depozit və investisiya məhsullarına, rəqəmsal ödəniş sistemlərindən sığorta əməliyyatlarına qədər geniş çeşiddə inteqrasiya olunmuş maliyyə xidmətləri təklif edəcək platforma hazırlanacaq.
Türkiyədə inkişaf etdirilən süni intellekt və maliyyə texnologiyalarını birləşdirəcək bu yeni təşəbbüs fərdlərin və kiçik müəssisələrin maliyyəyə çıxışı prosesini sadələşdirəcək. Platformanın rəsmi qurumların təsdiqindən sonra yaxın aylarda işə salınması gözlənilir.
“Nümunəvi bir model yaradacağına inanırıq”
Trendyol Qrupunun sədri Çağlayan Çetin, bu əməkdaşlığın Türkiyə iqtisadiyyatının rəqəmsal transformasiyasını sürətləndirəcəyinə və texnologiyaya əsaslanan maliyyə həlləri sahəsində nümunəvi bir model yaradacağına inandıqlarını bildirib.
Çetin, "Güclü məlumat təhlili imkanlarımızla, maliyyə xidmətlərini şirkətlər, xüsusilə də 250 000 satıcımız üçün daha əlçatan etməyi, onların e-ticarət və e-ixrac potensialını gücləndirməyi və milli iqtisadiyyata davamlı və qalıcı töhfələr verməyi hədəfləyirik" deyib.
Haluk Bayraktar şirkətlərinin dünya səviyyəli süni intellekt və kibertəhlükəsizlik səriştəsini Trendyol-un e-ticarət təcrübəsi və Ant-ın qlobal finteç təcrübəsini birləşdirərək maliyyə texnologiyaları sahəsinə əlavə dəyər təmin etmək üçün bu əməkdaşlıqda maraqlı tərəf olduqlarını bildirib:
"Bu əməkdaşlıqla biz Baykarın süni intellekt həllərini və güclü infrastrukturunu Trendyol-un geniş istifadəçi bazası və maliyyə texnologiyaları sahəsində təcrübəsi ilə birləşdiririk. Məqsədimiz hər kəs üçün daha sürətli, daha etibarlı və əlçatan həllər hazırlamaqdır. Risklərin idarə edilməsi və təhlükəsizlik sahəsində yüksək standartlara əsaslanaraq, biz tamamilə yerli maliyyə texnologiyası infrastrukturu yaradacağıq. Ümid edirəm ki, bu mühüm addım Milli Texnologiya Təşəbbüsünü daha da gücləndirəcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 30 d. əvvəl
-
44 d. əvvəl
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb
-
16 saat əvvəl
Oktyabrda 74 min avtomobil: OMODA və JAECOO satışlarını 75 faiz artırıb
- 18 saat əvvəl
-
18 saat əvvəl
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
- 18 saat əvvəl
-
19 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
19 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
“GL” ASC-nin 900 min manatlıq istiqraz emissiyası tam yerləşdirildi
Ən çox oxunanlar
Dolların 11 noyabr tarixinə rəsmi məzənnəsi müəyyən olunub
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ






















