“FED-in faiz dərəcəsi ən azı 3 faiz bəndi həddində yüksəkdir”
Ötən gün ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) Federal Açıq Bazar Komitəsinin (FOMC) toplantı protokollarının dərc olunması fonunda dollar major valyutalar qarşısında bir qədər zəifləyib. Dünən 1.16900 səviyyəsindən bahalaşmağa başlayan EUR/USD cütlüyü bu gün səhər saatlarında 1.17500 səviyyəsinə qədər yüksəlib. USD/JPY cütlüyü isə ilk öncə 146.480 həddindən 145.750 həddinə kimi geriləyib, lakin hazırda artıq 146.400 həddinə kimi yüksəlib.
FED faiz dərəcələrinin perspektivləri ilə bağlı rəsmilər arasında fikir ayrılıqları əsasən tariflərin inflyasiyaya necə təsir göstərə biləcəyi ilə bağlı gözləntilərin fərqli olması ilə əlaqədardır.
İclasdan sonra dərc edilən yeni faiz dərəcəsi proqnozları göstərib ki, 19 rəsminin 10-u ilin sonuna qədər faiz dərəcələrinin ən azı iki dəfə azaldılacağını proqnoz edirlər. Lakin, yeddi nümayəndə ümumiyyətlə 2025-ci ildə faiz dərəcələrinin azaldılacağını proqnozlaşdırmır, iki nəfər isə yalnız bir dəfə azalmanın olacağını düşünür. Protokolda qeyd olunur ki, komitə üzvləri tariflərin inflyasiyaya potensial təsirinin vaxtı, miqyası və müddəti ilə bağlı “əldə olunan böyük qeyri-müəyyənliyə” işarə ediblər. Rəsmilər tariflərin nəticələrini fərqli qiymətləndirdiklərinə görə, onların inflyasiyaya mümkün təsiri ilə bağlı da müxtəlif yanaşmalar ortaya çıxıb.
ABŞ prezidenti Donald Tramp 1 avqust tarixindən etibarən ABŞ-a idxal olunan mallara tariflərin tətbiq ediləcəyi barədə ondan çox ölkənin liderinə məktub göndərib. O, həmçinin yaxın vaxtlarda idxal olunan misə 50%, əczaçılıq preparatlarına isə 200% həcmində tariflər tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Bundan əlavə, Tramp FED-i yenidən uçot faiz dərəcəsini endirməyə çağırıb.
“FED-in faiz dərəcəsi ən azı 3 faiz bəndi həddində yüksəkdir”, – deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp əlavə edib ki, bu faiz bəndlərinin hər biri ABŞ-a dövlət borcunun refinansinqi üzrə ildə əlavə 360 milyard dollara başa gəlir.
Hazırda bazar iştirakçıları FED-in cari ilin sonuna qədər faiz dərəcəsini daha iki dəfə, hər dəfə 25 baza bəndi olmaqla, azaldacağını ehtimal edir. Analitiklərin əksəriyyəti ilk endirimin sentyabr ayında olacağını proqnozlaşdırır.
Bu gün investorların diqqət mərkəzində Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi və ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
5 gün sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
5 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
32 san. sonra
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
17 saat əvvəl
AQTA qəfil qaraja daxil olub – Minlərlə şübhəli məhsul tapılıb
-
18 saat əvvəl
Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər
-
18 saat əvvəl
“Ferrum Kapital” illik 14%-lə 1 milyon manatlıq təminatsız istiqraz buraxır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Satış gəliri yerində sayıb, lakin xalis mənfəəti 83% artıb - Debitor borcları risk siqnalı verir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
"Gənclik" parkı ətrafında hansı mənzillərə daha çox tələbat var?
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər
İnvestorlar irimiqyaslı layihəyə dəvət olunurlar
Satış gəliri yerində sayıb, lakin xalis mənfəəti 83% artıb - Debitor borcları risk siqnalı verir
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
İmişlidə DOST filialı fəaliyyətə başlayıb
"Gənclik" parkı ətrafında hansı mənzillərə daha çox tələbat var?
Azərbaycanın Türkiyə və Özbəkistandakı səfirləri dəyişdi
Kirayəçilər ödənişi tamamladı – 12 mənzil onların oldu
İyulun 25-də gözlənilən hava şəraiti










.webp)










