SOCAR: 2024-cü ildə “Azər-Türk Bank” satın alınıb
2024-cü il qlobal neft və qaz bazarları geosiyasi gərginliklər, dəyişən tələblər, ənənəvi və bərpaolunan enerji sektorlarına əhəmiyyətli investisiyaların təsiri ilə nəzərəçarpacaq dalğalanmalarla müşahidə olunub. SOCAR aparılan struktur islahatları, bazar mövqeyini gücləndirəcək satınalmalar və investisiyalar, eləcə də xərclərin optimallaşdırılması sayəsində 2024-cü ili müsbət nəticələrlə başa vurub.
SOCAR-ın yaydığı press-relizdə bildirilir ki, 2024-cü il ərzində bir sıra uğurlu biznes satınalma əməliyyatlarını icra edən SOCAR “Cənub Qaz Dəhlizi” QSC-də və STAR Neft Emalı Zavodunda mərhələli satınalınma, “Umm Lulu”, “SARB”, “Bin Nasher” və “Al Bateel” konsessiyasında pay alışı, “Azər-Türk Bank” ASC-nin satınalınması, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə əlavə payın satınalınması və “Azərkontrakt” ASC-nin SOCAR-a ötürülməsi əməliyyatlarını həyata keçirib.
Uğurlu islahatların və biznes birləşmələrinin nəticəsi olaraq hesabat ilində SOCAR-ın ümumi aktivlərinin həcmi 31,6 % genişlənərək 94,7 milyard manata çatıb, şirkətin cəmi kapitalı da əhəmiyyətli şəkildə möhkəmlənərək 39,6%-lik artımla 48,7 milyard manata yüksəlib.
"SOCAR-ın kredit öhdəlikləri 2023-cü il ilə müqayisədə 2 milyard manat azaldılıb, lakin yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard AZN kredit öhdəliyi SOCAR-ın mövcud kredit öhdəliklərinə əlavə olunub. Həmçinin 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq, 2,9 milyard manat artıb. Ümumilikdə düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını çıxmaqla SOCAR-ın kredit öhdəliyi 7,8 milyard manat, birgə müəssisələri nəzərə almaqla isə 10,6 milyard manat azalıb", SOCAR-ın press-reilizində bildirilir.
Qeyd edilib ki, SOCAR-ın digər uzunmüddətli borc öhdəlikləri də nəzərə alındıqda isə ümumilikdə son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla SOCAR-ın kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələri də nəzərə almaqla isə 11,9 milyard manat azalıb.
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
-
1 saat əvvəl
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
- 10 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Hydrotrans Engineering” gəliri demək olar dəyişmədən mənfəətini 21% artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Expressbankda yeni təyinat olub
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
Ən çox oxunanlar
Spotify-ın abunəçi sayı 300 milyonu ötüb
SOCAR-ın prezidenti BYD-nin rəhbər şəxsi ilə görüşüb
Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB-nin 5 milyon manatlıq istiqrazlarına üçqat tələb






















