Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Şirkətimizin xarici qiymətli kağızlar portfeli 600 milyon dollardan çoxdur"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Şirkətimizin xarici qiymətli kağızlar portfeli 600 milyon dollardan çoxdur"

“ABB-İnvest İnvestisiya Şirkəti”nin xarici qiymətli kağız portfeli 600 milyon dollardan çoxdur.

Bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə deyib.

O bildirib ki, investisiya şirkətinin xarici dövriyyəsi iki hissədən ibarətdir. Bir hissəsi mobil tətbiq üzərindən pərakəndə müştərilərdir. Onların sayı 50 mindən çoxdur və daha çox Amazon, NVİDİA, Tesla, İntell, Google kimi şirkətlərin səhmlərinə yatırım edirlər. Bu portfelin həcmi 100 milyon dollar civarındadır: “Amma biz bununla kifayətlənmirik və xarici bazarda 4 mindən çox alət təqdim edirik”.

Nadir Babazadə əlavə edib ki, beynəlxalq maliyyə vasitəçiləri ilə əməkdaşlıq edilən korporativ müştərilərə aid qiymətli kağız portfelinin cari dəyəri 500 milyon dollardan çoxdur. Dövriyyənin həcmi isə bundan dəfələrlə çoxdur.

XXX

"Yerli bazarda olduğu kimi ABŞ bazarlarında da istiqrazların ticarətini təklif edəcəyik"

Nadir Babazadə deyib ki, “ABB-İnvest” bu ilin sonundan etibarən yerli bazarda olduğu kimi ABŞ birjalarında ticarət edilən istiqrazların mobil tətbiq üzərindən təklif etməyə başlayacaq.

Nadir Babazadə əlavə edib ki, hazırda ABŞ şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli investor birbaşa öz adı ilə ABŞ birjasında ticarət olunan səhmlərə investisiya edə bilər. Bu isə investorların bur sıra risklərdən qoruyur.

Nadir Babazadə həmçinin qeyd edib ki, istiqrazların sığortası üzrə qanuna layihəsi üzərində hazırda iş davam etdirilir: ”Düzəlişlərin aparılması tövsiyə edilir. Yaxın zamanda bu ictimaiyyətə açıqlanacaq. Əsas məqsəd investorların qorumasını təmin etməkdir. Bu bütün tərəflərlərin həm Mərkəzi Bankın, həm də kapital bazarları iştirakçılarının marağındadır”.

© APA

Nadir Babazadə
07.07.2025 18:26
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ