Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın iri holdinqi satışdan 1,7 milyard manata yaxın gəlir əldə etdiyini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri holdinqi satışdan 1,7 milyard manata yaxın gəlir əldə etdiyini açıqladı

İstehsal və ticarət sahələrində fəaliyyət göstərən "Azərsun Holdinq" MMC 2024-cü ili 43 milyon 824 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 58 milyon 312 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərsun Holdinq"in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 14 milyon 489 min manat və ya 24,8% azalıb. Xalis mənfəətin azalması gəlirlərin azalması ilə bağlıdır. 

Marja.az "Azərsun Holdinq" MMC və onun törəmə müəssisələri üzrə 31 dekabr 2024-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, Holdinqin əsas əməliyyat gəlirləri (satış) 2023-cü ildə 1 milyard 810 milyon 868 min manat ikən, 2024-cü ildə 1 milyard 661 milyon 385 min manata düşüb (149 milyon 483 min manat və ya 8,3% azalıb).

Reklam_3_11

Ötən il Şirkətdə satışın maya dəyəri 1 milyard 213 milyon 954 min manat, ümumi mənfəət 447 milyon 431 min manat olub. 

Holdinq 2024-cü ildə 52 milyon 619 min manat digər gəlir də əldə edib (2023-cü ildə 67 milyon 932 min manat digər gəlir əldə etmişdi).

ŞİRKƏT BÖYÜYÜB

31 dekabr 2024-cü il tarixində "Azərsun Holdinq" MMC 1 milyard 291 milyon 100 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 1 milyard 71 milyon 601 min manat cəmi aktivlərə malik idi.

Qeyd edək ki, 2001-ci ildən “Azərsun Holdinq” Şirkətlər Qrupu “Qarabağ” futbol klubunu himayəsinə götürüb.

07.07.2025 10:38
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ