Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Konstromat” şirkəti 38 milyon manatlıq satışdan 4,4 milyon manat xalis mənfəət təmin edə bilib

Tikinti mareriallarının (əsasən Norm sement məhsullarının) satışını təşkil edən “Konstromat” şirkəti 2024-cü ili 4 milyon 409 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 4 milyon 374 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Konstromat” şirkətinin xalis mənfəəti 35 min manat artıb.

Marja.az xəbər verir ki, “Konstromat” şirkətinin satışdan gəliri 2023-cü ildə 36 milyon 317 min manat ikən, 2024-cü ildə 38 milyon 17 min manata yüksəlib (1 milyon 700 min manat və ya 4,7% artıb). Gəlir ilə bərabər satışın maya dəyəri üzrə xərclər də artıdığından gəlirdəki artım mənfəətdə çox əks olunmayıb. 

“Konstromat” ASC 31 dekabr 2024-cü il tarixində 7 milyon 617 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 7 milyon 369 min manat cəmi aktivlərə malik idi. 

Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb. Şirkətin mərkəzi anbarı Bakı şəhərində yerləşməsinə baxmayaraq, avadanlıqlarla təchiz olunmuş və sürətli nəqliyyat vasitələri ilə ölkəmizin bütün bölgələrinə məhsulların təminatı və satışını təşkil edir.

konstromat tikinti material mənfəət gəlir
05.07.2025 14:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ