Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Özbəkistanda sənəd imzalayan Azərbaycan şirkətlərinin adları məlum oldu - YENİ LAYİHƏLƏR

İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Özbəkistanla sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Özbəkistanda sənəd imzalayan Azərbaycan şirkətlərinin adları məlum oldu - YENİ LAYİHƏLƏR

Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın şaxələndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb. Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə "Mətanət A" və "TuranAz" şirkətləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq, quru tikinti qarışıqları, gipsokarton istehsalı və Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi layihələrini əhatə edir.

Bununla yanaşı, Azərbaycan və Özbəkistan şirkətləri süd məhsullarının istehsalı üzrə sənədlər imzalayıb. Sənədlər "Panamilk" və "Atena", “Jizzax Organic” və "Milla Dairy" şirkətləri arasında imzalanıb.

Tədbirdə, həmçinin Özbəkistanın “Havas Holding” və Azərbaycanın "RJ CHEMICAL CO"  şirkətləri arasında məişət məhsulları (kimya) istehsalı və satışı üzrə tərəfdaşlığa, Özbəkistanın “Uzeltexsanoat” Assosiasiyası ilə Azərbaycanın "STP Global Cable" şirkəti arasında yüksək gərginlikli kabellər istehsalı layihəsi üzrə əməkdaşlığa dair sənədlər imzalanıb.

Sənaye, tikinti, istehsal, infrastrukturun təkmilləşdirilməsi kimi sahələrdə birgə fəaliyyətin təşkilini əhatə edən bu sənədlərin icrası biznes subyektləri arasında əməkdaşlığı və iqtisadi-ticarət əlaqələrini stimullaşdıracaq.

01.07.2025 14:44

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ