Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qlobal bazarlarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bazarlarda son vəziyyət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İyun ayının üçüncü həftəsi dünyada həm geosiyasi, həm də iqtisadi baxımdan olduqca hərəkətli və riskli keçdi. 16–22 iyun tarixləri arasında baş verən hadisələr xüsusilə enerji qiymətləri, qlobal fond bazarları və mərkəzi bankların siyasətlərinə ciddi təsir göstərdi.

İsrailin İranın nüvə obyektlərinə yönəlmiş hava hücumları, ardınca isə İranın ballistik raket və dronlarla cavab verməsi, Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşdirdi. Bu gərginlik qlobal enerji bazarlarında dərhal əks olundu. “Brent” markalı neftin qiyməti 78–79$-a yüksəldi. Bu artım, inflyasiya gözləntilərini artırdı və investorlar arasında riskli aktivlərə qarşı etimadı azaltdı.

ABŞ fond bazarlarında satışlar müşahidə olundu – “Dow Jones”, “S&P500” və “Nasdaq” indeksləri həftə ərzində 0.7–0.9% aralığında gerilədi. Əvəzində, “güvənli liman” olaraq qəbul edilən aktivlər – qızıl və ABŞ xəzinədarlıq istiqrazları – güclü yüksəliş göstərdi. Volatillik indeksinin (VIX) isə 13%-dən çox artması risklərin qlobal miqyasda dərinləşdiyini göstərdi.

Yaxın Şərqdə münaqişənin dərinləşməsi nəticəsində İran parlamentində Hörmüz boğazının müvəqqəti bağlanması ehtimalı müzakirəyə çıxarıldı. Qeyd edək ki, bu boğaz vasitəsilə dünya neftinin təxminən 20%-i daşınır. “Goldman Sachs” xəbərdarlıq etdi ki, əgər bu boğazda hər hansı maneə baş verərsə, neftin qiyməti sürətlə 110$ səviyyəsinə çata bilər. Belə bir ssenari yalnız enerji bazarlarında deyil, eyni zamanda nəqliyyat, istehsal və tədarük zəncirlərində də böhran yarada bilər.

G7 Sammiti və Diplomatik Yanaşmalar

Kanadada keçirilən G7 sammitində dünya liderlərinin diqqətləri xüsusilə Yaxın Şərqdəki eskalasiyaya yönəldi. ABŞ, Böyük Britaniya və Almaniya diplomatik həll yollarının prioritet olduğunu vurğuladılar. Bu açıqlamalar fonda qısa müddətli sakitləşməyə səbəb oldu və bəzi Avropa bazarlarında bərpa meyilləri müşahidə olundu.

Mərkəzi Bankların Strategiyası: Faiz Endirimləri Ertələndi

Geosiyasi risklər fonunda ABŞ Federal Ehtiyatlar Sistemi (FED) və İngiltərə Bankı (BOE) ehtiyatlı mövqe sərgilədi. Artan neft qiymətləri inflyasiyanın təkrar yüksəlməsi riskini gücləndirdiyi üçün, mərkəzi banklar faiz dərəcələrinin azadılmasını təxirə saldılar. Bu isə korporativ kreditləşməyə və inkişaf etməkdə olan bazarlara mənfi təsir yarada bilər.

Qlobal Fond Bazarlarında Reaksiyalar

Avstraliya birjası (ASX200) 23 iyun bazar ertəsi açılışında 0.5%-lik itki ilə həftəyə başladı. “RBC Capital Markets” xəbərdarlıq etdi ki, əgər İsrail–İran gərginliyi dərinləşərsə, “S&P 500” indeksi 20%-ə qədər geriləyə bilər.  

Ötən həftəyə 1.15250 və 1.35590 səviyyələrində start verən EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.16150 və 1.36220 səviyyələrinə qədər bahalaşdı. Lakin, hər iki məzənnə daha sonra gerilədi və həftəni 1.15210 və 1.34460 hədlərində bitirdilər. 

“Güvənli liman” maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3451$-a kimi bahalaşsa da, həftəni 3368$ səviyyəsində tamamladı. Hazırda 3359$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin üzərinə yüksəlsə və bu həddin üzərində möhkəmlənə bilsə, artım tendensiyası davam edə bilər. 

Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri Amerika Federal Ehtiyatlar Sistemi (FED), İngiltərə Bankı (BoE), Avropa Mərkəzi Bankı (ECB) sədrlərinin çıxışları olacaq. 

Həmçinin, İngiltərədə, Avrozonada, Almaniyada və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında, eləcə də, kompozit Biznes Aktivliyi İndeksi kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.

Bu həftə Amerikada açıqlanacaq ÜDM, Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət İndeksi , İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, “Conference Board” İstehlakçıların İnam İndeksi, Yaponiyada dərc olunacaq BoJ və Tokio İstehlak Qiymətləri İndeksi, Kanadada yayımlanacaq Ümumdaxili Məhsulun Həcmi göstəriciləri də investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.

EUR

Ötən həftəni 1.15210 həddində tamamlayan EUR/USD məzənnəsi yeni həftəyə 1.14570 hədlərinə kimi aşağı yönlü “gap” ilə başlayıb.

Hazırda 1.14940 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.15000 həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər. Əsas dəstək həddi kimi, 1.14530 və 1.14100 səviyyələri çıxış edə bilər.

Qeyd etmək lazımdır ki, cari həftə ərzində Avrozonada açıqlanacaq PMİ göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışlarında verə biləcəyi açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.

GBP

Ötən həftəni 1.34460 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü yeni həftəyə 1.33960 həddində başlayıb. Hazırda 1.34150 səviyyəsində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.34$ həddinin altına sala və burada saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.

Bu həftənin çərşənbə günü İngiltərədə dərc olunacaq PMİ hesabatları və İngiltərənin Baş bankirinin çərşənbə axşamı və cümə axşamı baş tutacaq çıxışları funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.

XAU/USD

Ötən həftəni 3368$-da başa vuran dəyərli metal yeni həftəyə 3391$-dan start versə də, sürətlə 3359$-a kimi ucuzlaşdı. Hazırda 3360$-a ticarət olunan qızılın qiyməti Yaxın Şərqdə gərginlik səngiməsə, bahalaşa bilər.

Brent

Yaxın Şərqdə vəziyyəti ciddi şəkildə gərginləşməsi və İran parlamentində Hörmüz boğazının müvəqqəti bağlanmasının müzakirəyə çıxarılması qlobal enerji bazarlarında dərhal əks olundu. “Brent” markalı neftin qiyməti cari həftəyə 79.10$ həddində başladı.

23.06.2025 12:34
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ