Ən yuxarı (mobil)_30

Qlobal və milli iqtisadiyyat haqqında fundamental toplu: “Böyük İqtisadi Ensiklopediya”

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal və milli iqtisadiyyat haqqında fundamental toplu:  “Böyük İqtisadi Ensiklopediya”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 İyun 2025-ci il tarixində görkəmli iqtisadçı alimlərdən biri - iqtisad elmləri doktoru, professor,  Azərbaycan Milli Elmlər Akademiyasınln (AMEA)  həqiqi üzvü, Milli Məclisin deputatı, ictimai-siyasi xadim Ziyad Əliabbas oğlu Səmədzadənin 85 yaşı tamam olacaqdır. Marja.az-ın kollektivi dəyərli alimimizi bir daha ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yaradıcılığında, elmi, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

Ziyad Səmədzadə iqtisad elmində özünəməxsus elmi məktəb yaratmış alim, eləcə də cəmiyyətdə öz sözü, mövqeyi, dəstxəti olan nüfuzlu ziyalıdır.

Tanınmış elm xadimi Ziyad Səmədzadənin genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermişdir. 

Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanmış “Böyük İqtisadi Ensiklopediya” irihəcmli, fundamental iqtisadi külliyyatdır. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

“Ensiklopediya öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın yeni dövrdəki tələblərinə cavab verməli, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, elmi və mədəni hadisələri obyektiv surətdə əks etdirməlidir. Bizim yeni ensiklopediyamız azərbaycançılıq ideologiyasının mötəbər daşıyıcısı olmalıdır”.

Akademik Arif HƏŞİMOV və iqtisad elmləri doktoru, professor Akif MUSAYEV:

“Böyük İqtisadi Ensiklopediya”da bəşəri iqtisad elminin keçdiyi mərhələlər ətraflı nəzərdən keçirilmiş, dünya iqtisad elmində formalaşmış iqtisadi baxışların müasir dünya və milli maraqlar baxımından qiymətləndirilməsinə cəhdlər edilmişdir. İqtisadi proseslər, iqtisadi terminlərin mahiyyətinin daha yaxşı mənimsənilməsi məqsədi ilə 1500dən çox sxem, cədvəl, qrafik və 2000-dən çox şəkildən istifadə edilmişdir.

“Böyük İqtisadi Ensiklopediya” nəinki hər kəsin stolüstü kitabıdır, həmçinin, savadlı müsahib, təcrübəli opponentlik edəcək dərəcədə güclü bir elmi mənbədir.

“Böyük İqtisadi Ensiklopediya”da (2012-ci ildə 5 cild, 2015-ci ildə 6-cı və 7-ci cildlər nəşr olunub) 30 mindən çox iqtisadi termin, anlayış və proseslərin  mahiyyəti açıqlanaraq geniş oxucu kütləsinin istifadəsinə verilib.

Böyük zəhmətin nəticəsi olaraq ərsəyə gəlmiş “Böyük İqtisadi Ensiklopediya”nın səhifələrində yer alan qlobal bazarda özünü təsdiq etmiş iri transmilli şirkətlər, onların iqtisadi fəaliyyət sferaları, rəqabət strategiyaları haqqında məqalələr müasir dünya iqtisadiyyatının bugünki vəziyyətinə dair oxucuda dolğun təsəvvür yaradır ki, bu da nəşrin aktuallıq və miqyas göstəricilərindən biri kimi qiymətləndirilməlidir.

Öz həyatını iqtisadiyyat elminin öyrənilməsinə, əldə etdiyi nəticələrin iqtisadiyyatımızın müxtəlif sahələrinə tətbiq edilməsinə həsr etmiş azərbaycanlı iqtisadçı alim, professor, akademiklərimiz haqqında geniş bioqrafik məlumatlara ensiklopediya səhifələrində yer verilməsi faktı xüsusi olaraq qeyd edilməlidir. Fikrimizcə, təkcə bu fakta görə beşcildlik ən yüksək qiymətə layiqdir.

Çünki görkəmli iqtisadçı alimlərimiz haqqında bu qədər məlumatların bir yerdə toplanaraq nəşr edildiyi ikinci bir mənbəyə rast gəlmək mümkün deyil. Digər tərəfdən bu ensiklopediya ilə tanış olan Azərbaycan gəncliyi əmin olacaq ki, bu gün sürətlə inkişaf etməkdə olan milli iqtisadiyyatımızın elmi-nəzəri əsaslarını işləyib hazırlayan böyük intelektual potensialımız olmuşdur və o, bu gün də var. Hazırda güzəran təfəkküründə formalaşmış və bəzi gənclər arasında “rəğbətlə” qarşılanan bayağı şou populiyarlığının müvəqqəti və keçici olmasına bu cür nəşrlərlə tanışlıqdan sonra bir daha əmin olmaq mümkündür. “Ensiklopediya”nın öz səhifələrində yer verdiyi bir çox görkəmli iqtisadçı alimlərimiz bu gün bizim aramızda olmasalar da indiki gənc nəslə onların tanıdılması, təqdim edilməsi iqtisadiyyat elmində nəsillər arasındakı varislik ənənlərinin davam etdirilməsi ehtiyacından irəli gəlir. Həmçinin alimə, yaradıcı insanlara bir sözlə “el qədrini canından daha əziz bilən”lərə sonsuz ehtiram göstərən xalqımızın onları heç vaxt unutmayacağı bu cür tarixdə qalacaq nəşrdə onlara yer verilməsi bir daha sübut edilir".

Akademik Akif Əlizadə:

"Müasir Azərbaycan iqtisad elminin nüfuzlu ağsaqqallarından biri olan görkəmli alim, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb, nəşr etdirilmiş irihəcmli, fundamental Böyük İqtisadi Ensiklopediya həqiqətən də dövrün tələblərinə cavab verən əsl ictimai-siyasi və elmi hadisədir.

Dünya iqtisad elminin nailiyyətləri indiyədək ölkəmizdə heç bir nəşrdə “Böyük İqtisadi Ensiklopediya”da olduğu qədər geniş işıqlandırılmamışdır. “Böyük İqtisadi Ensiklopediya” Azərbaycan elminin böyük nailiyyətidir. “BİE” zamanla ayaqlaşan bir iqtisadi külliyyat olmaqla, MDB məkanında da milli dildə işıq üzü görmüş ilk irihəcmli nəşrdir”.

Akademik Xoşbəxt Yusifzadə:

"Akade mik Ziyad Səmədzadənin ideya müəl lifliyi və Baş redaktorluğu ilə hazır lanmış “Böyük İqtisadi Ensiklopediya”da Azərbaycan Respublikasının inkişafı, TAP və TANAP layihələri, Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər, eləcə də son illər iqtisadi sahədə əldə edilən nailiyyətlər, neft sənayesinin tarixindən başlamış bu günədək bütün proseslər öz əksini ta pıb. Gənc mühəndislər üçün bu, çox qiymətli əsərdir”.

Akademik Asəf Nadirov:

"Akademik Ziyad Səmədzadənin rəhbərliyi və böyük zəhməti bahasına ərsəyə gələn bu ensiklopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qo yulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Oxu cuda bir daha belə bir qənaət möhkəmlənir ki, müstəqil dövlətimiz qarşıya qoyulmuş məqsəd və vəzifələrin dəqiq müəyyənləşdirildiyi, xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək bu model əsasında uğurla inkişaf edir”.

 Tanınmış şərqşünas-alim, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev:

“Hər bir sahədə bizə belə ensiklopediyalar lazımdır. Bu ensiklopediya çox gərəklidir, iqtisadiyyat cəmiyyətin bazisini təşkil edir. Ona görə də iqtisadi ensiklopediyaya hamının ehtiyacı var. Mənə elə gəlir ki, başqa ensiklopediyalarının hazırlanmasında bu ensiklopediyanın böyük rolu olacaq, bir növ pioner rolunu oynayacaq. Doğurdan da, böyük, titanik işdir. Böyük zəhmətin bəhrəsidir. Bu Allahın töhfəsidir, bu xüsusi bacarıqdır, bu qədər işgüzarlıq hər alimdə, hər adamda yoxdur”.

İqtisad elmləri doktoru, professor Elman Rüstəmov:

“Böyük İqtisadi Ensiklopediya”nın hazırlanması və onun bu gün geniş ictimaiyyətə təqdimi Azərbaycanın elmi, ictimai və mədəni həyatında çox görkəmli bir hadisədir. Belə bir yaxşı kəlam var, bəşər tarixi elmi biliklərin toplanması, elmin inkişafı, informasiyanın toplanması və onun tət biqi tarixidir və bu baxım dan məhz belə bir on il müddəti əhatə edən bir dövrdə be lə bir nəhəng, böyük bir layi hənin reallaşdırılması, onun həyata keçirilməsi olduq ca böyük bir yaradıcılıq uğurudur. Doğrudan da bu, çox möhtəşəm bir hadisədir”.

Milli Məclisin deputatı Eldar İbrahimov:

“Görkəmli alim, dövlət xadimi, akademik Ziyad Səmədzadənin bu gün bizlərə təqdim etdiyi “Böyük İqtisadi Ensiklopediya”da Azərbaycan Respublikasının iqtisadi qüdrətinin artmasına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edən inkişaf strategiyası, sərbəst bazar münasibətlərinin genişlənməsinin və milli maraqlara cavab verən yeni iqtisadi systemin formalaş masının elmi-metodoloji əsasları və mahiyyətini əks etdirən məqalələrin yer alması onun istifadə dairəsini genişləndirir və başqalarından fərqləndirir”.

Professor Akif Musayev:

"“Böyük İqtisadi Ensiklopediya”da dünyanın inkişaf etmiş ölkələrində baş verən maliyyə böhranı, büdcə kəsirlərinin record həddə çatdığı bir şəraitdə ölkəmizdə müşahidə olunan mikrosabitlik, investisiya qoyuluşlarının, iqtisadi göstəricilərinin dinamikası, əhalinin həyat səviyyəsinin yüksəlməsi onun maddi rifahının yaxşılaşdırılması, sosial müdafiə tədbirlərinin gücləndirilməsi, insan kapitalının rolunun artması, Azərbaycan modelinin fərqləndirən xüsusiyyətlər olması qabarıq şəkildə göstərilmişdir”.

Tərcümeyi-hal

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Səmədzadə Ziyad Əliabbas oğlu.

1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olmuşdur.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanun layihələri hazırlanmış və parlament tərəfindən qəbul edilmişdir.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynamışdır.

Z.Səmədzadə TACİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRACECA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür. Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan «Azərbaycan XXI əsrin astanasında» üçcildliyi nəşr edilmişdir.

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, «Dünya iqtisadiyyatı: Çin «iqtisadi möcüzəsi» kitabını nəşr etdirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, «Böyük yolun mərhələləri» - «Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər. Yaxın vaxtlarda kitabın ikinci və üçüncü cildi işıq üzü görəcəkdir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

HƏMÇİNİN OXU: Ziyad Səmədzadə - 85 il: Çin iqtisadi fenomenini Azərbaycanda dərindən tədqiq edən alim

Böyük İqtisadi Ensiklopediya Ziyad Səmədzadə
21.06.2025 12:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ