Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ziyad Səmədzadə - 85 il: Çin iqtisadi fenomenini Azərbaycanda dərindən tədqiq edən alim

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ziyad Səmədzadə - 85 il:  Çin iqtisadi fenomenini Azərbaycanda dərindən tədqiq edən alim
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

25 İyun 2025-ci il tarixində görkəmli iqtisadçı alimlərdən biri - iqtisad elmləri doktoru, professor,  Azərbaycan Milli Elmlər Akademiyasınln (AMEA)  həqiqi üzvü, Milli Məclisin deputatı, ictimai-siyasi xadim Ziyad Əliabbas oğlu Səmədzadənin 85 yaşı tamam olacaqdır. Marja.az-ın kollektivi dəyərli alimimizi bir daha ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yaradıcılığında, elmi, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayır.

Ziyad Səmədzadə iqtisad elmində özünəməxsus elmi məktəb yaratmış alim, eləcə də cəmiyyətdə öz sözü, mövqeyi, dəstxəti olan nüfuzlu ziyalıdır.

Tanınmış elm xadimi Ziyad Səmədzadənin genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermişdir. 

Akademik Ziyad Səmədzadənin “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” və  “Çin qlobal dünya iqtisadiyyatında” kitabları bu ölkənin uğurlu iqtisadi inkişafının səbəblərini öyrənmək ilə bərabər, milli maraqlara cavab verən iqtisadi siyasət və sistemli iqtisadi islahatlar üçün də dəyərli mənbədir.

Çin və Azərbaycan arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir. Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Belə bir şəraitdə “Çin qlobal dünya iqtisadiyyatında” kitabı unikallığı və aktuallığı ilə seçilir. Akademik Ziyad Səmədzadə bu gün Çin-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olmasından böyük sevinc hissi keçirir.

Heydər Əliyev: 

“Çin və Azərbaycan dost ölkələrdir. Onların arasındakı münasibətlərin inkişafı geniş perspektivə və çox böyük əməkdaşlıq potensialına malikdir. Çin dinc yanaşı yaşamanın beş prinsipi əsasında Azərbaycan ilə birgə səylərlə qarşılıqlı etibarlı daim möhkəmləndirmək, əməkdaşlıq üçün yeni sahələri və yolları fəal şəkildə axtarmaq istəyirik ki, Çin-Azərbaycan münasibətlərini iki ölkənin xalqlarının rifahı naminə yeni səviyyəyə yüksəltsin. Çin xalqı böyük xalqdır, Çin böyük ölkədir. Biz də böyük məmnunluq hissi ilə qeyd edirik ki, inqilabdan sonra ÇXR-in mövcud olduğu illər ərzində Çin xalqı dünya birliyində layiqli yer tutmuş, Çin Xalq Respublikası bütün dünyada böyük beynəlxalq nüfuz qazanmışdır və indi dünya miqyasında ictimai-siyasi inkişaf proseslərinə olduqca böyük təsir göstərir”.

İlham ƏLİYEV:

“...Çin Xalq Respublikası bütün sahələrdə tərəqqi və inkişafa nail olub. Azərbaycan lap əvvəldən Prezident Si Cinpin tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir. O, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır”. 

Ziyad Səmədzadə: "İlk dəfə 1993-cü ildə Çin Xalq Respublikasına səfər etdikdən sonra bu ölkə haqqında təsəvvürlərim, demək olar ki, kökündən dəyişdi, gördüklərimə heyran qaldım. Aldığım təəssüratlar, geniş statistik materiallar, Çin və dünya iqtisadiyyatı problemləri məni çox düşündürdü. Ölkəmiz müstəqillik əldə etdikdən sonra yaranmış əlverişli şəraitdən istifadə edərək, 2001-ci ildə “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” adlı kitabı nəşr etdirdim. XXI əsrin ötən bu illəri ərzində bir neçə dəfə Çinə səfər etdim, iqtisadi orqanların rəhbərləri, iqtisadçıalimlərlə çoxsaylı görüşlər keçirdim. Çində aparılan iqtisadi islahatların uğurlarının səbəblərini araşdırdım. Bu işdə də mən həm həmkarlarımdam, həm xaricdə olarkən keçirdiyim görüşlərdən, xüsusilə də çinli alim və mütəxəssislərdən xeyli bəhrələndim.

Ziyad Səmədzadə: Məni daim düşündürən bir məsələ var idi. Necə olur ki, zəngin təbii sərvətləri, əlverişli iqlim şəraiti olan ölkələrin çoxu həddən artıq yoxsul vəziyyətdə yaşayırlar. Lakin 1,4 milyard əhalisi olan Çin, həm əhalisinin ərzaq təhlükəsizliyini təmin edib, həm də vaxtilə yaşayış səviyyəsinə görə dünya ölkələri sırasında ən geridə qalmış bir ölkədən yüksələrək, dünyanın ən aparıcı dövlətinə çevrilmişdir. Bunun səbəbi nədir? Cavabı aşkarlamaq üçün mən Çin iqtisadiyyatı ilə dərindən məşğul olmağa başladım. Bir neçə dəfə bu ölkəyə səfər etdim, çoxsaylı məqalələr yazdım və nəhayət bu qənaətə gəldim ki, Çinin yüksəlişinin tək bir səbəbi var: düşünülmüş milli maraqlara cavab verən iqtisadi siyasət və sistemli iqtisadi islahatlar. Və bütün bunları dərindən öyrənərək bu üç kitabı nəşr etdirdim, çinli həmkarlarla beynəlxalq konfrans keçirdim. İnkişafın Azərbaycan modeli barədə fikirlərimi daha da zənginləşdirməyə nail oldum".

Akademik Fuad Qasımzadə:

"Ziyad müəllimin bu kitabı həqiqətən böyük bir monumental əsərdir. Bu kitab, nəinki iqtisad elmində, xüsusilə Azərbaycan elmi üçün böyük bir hadisədir. Çox maraqlıdır ki, bəlkə də Çinin özündə onun iqtisadiyyatını hərtərəfli təhlil edən bu qədər böyük və monumental əsər yoxdur. Burada Çinin iqtisadiyyatının bütün məsələlərinə toxunulub, onların hamısının dərindən təhlili verilib. Bu kitabın Çində də böyük uğur qazanacağına mənim heç bir şübhəm yoxdur".

Akademik Asəf Nadirov:

"Görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadənin “Çin qlobaldünya iqtisadiyyatında” adlı fundamental elmimonoqrafiyası nəinki Azərbaycanın iqtisadi ədəbiyyatına, bütövlükdə ölkə elminə sanballı bir töhfədir. Geniş ictimai dairələrdə rəğbətlə qarşılanan bu monoqrafiya maraqlı strukturu, ensiklopedik xarakterli ciddi elmi araşdırmaları, dərin təhlil və nəticələrin çıxarılması ardıcıllığı ilə diqqəti cəlb edir və bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, əsər uzunmüddətli gərgin əməyin bəhrəsidir".

Akademik Kamal Abdulla:

“Bir azərbaycanlı alimin Çin kimi qüdrətli ölkəyə, onun iqtisadiyyatına, bu iqtisadiyyatın bugünkü səbəblərinin nəticələrinin və gələcək strateji istiqamətlərinin təhlilinə həsr etdiyi kitab doğrudan da, çox böyük önəm daşıyır. Hesab edirəm ki, bu kitab Çini daxildən tanıtdıran bir mənbə kimi təkcə iqtisadçılarımız üçün deyil, ziyalılarımız üçün də son dərəcədə maraqlıdır”.

i.e.d., prof. Məmmədhəsən Meybullayev:

“Monoqrafiya 60 paraqrafı özündə birləşdirən 15 fəsildən ibarət olub, 605 səhifə həcmində şərh olunmaqla, Çin iqtisadiyyatının keçmişi, hazırkı vəziyyəti, perspektiv inkişaf yolu haqqında olduqca əsaslandırılmış, məntiqi fikirlər və sistemli yanaşmalarla tədqiq olunmuşdur. Ziyad müəllim bəşər sivilizasiyasının qədim diyarında müasir dünyanın qloballaşma prosesində iqtisad elminin kəsb etdiyi xarakterik xüsusiyyətlərini açmağa cəhd etmiş və uğurlu ümumiləşdirmələr və konkret mülahizələr əsasında buna nail ola bilmişdir”.

AMEA-nın prezidenti (2010) akademik Mahmud Kərimov:

“Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenomenini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir. Alimin fikrincə, indi Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modelivardır. XXI əsrin 10 ilə yaxın bir dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz məqsəd və vəzifələridəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir”.

Ziyad Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə  akademik Ziyad Səmədzadə  2010-cu ildə Azərbaycan Respublikasında İqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şöhrət” ordeni ilə, 2015-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şərəf” ordeni ilə,  2020-ci ildə  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Tərcümeyi-hal

Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, iqtisad elmləri doktoru, professor Səmədzadə Ziyad Əliabbas oğlu.

1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edir.

1976-1978-ci illərdə o, Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktorunun birinci müavini, 1978-82-ci illərdə Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.

1980-ci ildə Z.Səmədzadə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir.

1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın Milli koordinatoru olmuşdur.

Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, regional inkişaf, effektlilik, bazar iqtisadiyyatı problemlərinə dair 500-dən çox əsərin, çoxsaylı monoqrafiyaların müəllifidir.

Onun bilavasitə rəhbərliyi və iştirakı ilə 1987-1991-ci illərdə Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası və müvafiq qanun layihələri hazırlanmış və parlament tərəfindən qəbul edilmişdir.

Ziyad Səmədzadə Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən birində Respublika Ali Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. Ali Sovetin onun sədrliyi ilə 1991-ci il oktyabrın 18-də keçirilən sessiyasında müstəqillik haqqında Konstitusiya aktı qəbul edilmişdir. Z.Səmədzadənin gənc suveren dövlətin fəaliyyətinin ilk aylarında xarici ölkələrin siyasi xadimləri ilə görüşləri, parlament nümayəndə heyətinin rəhbəri kimi İrana və Türkiyəyə rəsmi səfərləri qonşu ölkələr arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın əsaslarının yaradılmasında müsbət rol oynamışdır.

Z.Səmədzadə TACİS proqramının Azərbaycanda fəaliyyətə başlaması üçün böyük zəhmət çəkmiş, Avropa İttifaqının (Aİ) ekspertləri ilə çoxsaylı görüşlər keçirmiş, milli koordinator, bir iqtisadçı-alim kimi TRACECA proqramının hazırlanması ilə bağlı elmi araşdırmalar aparmış, 1993-cü ilin may ayında Brüsseldə birinci beynəlxalq konfrasda əsas məruzə ilə çıxış etmiş və Brüssel bəyannaməsini imzalamışdır.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də çox faydalı işlər görür. Z.Səmədzadə yeni ideya və üsulların, yeni iqtisadi təfəkkürün yorulmaz təbliğatçısıdır. 1999-cu ildə akademik «İqtisadiyyat» adlı qəzet təsis etmiş və onun müntəzəm nəşrinə başlamışdır.

Akademikin baş elmi redaktəsi ilə ümumi həcmi 2500 səhifəyə bərabər olan «Azərbaycan XXI əsrin astanasında» üçcildliyi nəşr edilmişdir.

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olmuş, «Dünya iqtisadiyyatı: Çin «iqtisadi möcüzəsi» kitabını nəşr etdirmişdir.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, «Böyük yolun mərhələləri» - «Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər adlı kitabı çapdan çıxmışdır. Dünyanın tanınmış alim və mütəxəssisləri Ziyad Səmədzadənin bu əsərini yüksək qiymətləndirmişlər. Yaxın vaxtlarda kitabın ikinci və üçüncü cildi işıq üzü görəcəkdir.

Akademik Ziyad Səmədzadə Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri kimi respublikada iqtisadi qanunvericilik bazasının möhkəmləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının reallaşması məsələlərinin həllində fəal iştirak edir.

ziyadsəmədzadə? in?kitab?qlobal?iqtisadiyyat
20.06.2025 05:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ