Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 50 milyard manatlıq istehsal

Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 50 milyard manatlıq istehsal

Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-may aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb. 

Qeyd edilib ki, 2025-ci ilin yanvar-may aylarında ölkədə 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Reklam_3_11

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,9 faiz artmışdır.

ÜDM istehsalının 36,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 4,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4896,1 manata bərabər olmuşdur.

Sənaye istehsalı haqqında

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-may aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artmışdır.

Sənaye məhsulunun 62,2 faizi mədənçıxarma sektorunda, 31,0 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,7 faiz artmışdır.

Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı

2,1 dəfə, əczaçılıq məhsullarının istehsalı 84,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,1 faiz, qida məhsullarının istehsalı 9,4 faiz, maşın və avadanlıqların istehsalı 7,7 faiz, içkilərin istehsalı 5,6 faiz, tütün məmulatlarının istehsalı 4,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,7 faiz, mebel istehsalı 4,6 faiz, elektrik avadanlıqlarının istehsalı 3,6 faiz artmış, neft məhsullarının istehsalı 5,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 7,8 faiz, hazır metal məmulatlarının istehsalı 9,6 faiz, tikinti materiallarının istehsalı 10,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 13,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 14,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,9 faiz, kağız və karton istehsalı 24,9 faiz, poliqrafiya məhsullarının istehsalı 35,5 faiz, geyim istehsalı isə 47,7 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 faiz artmışdır.

İnvestisiyalar haqqında

2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3363,0 milyon manatı və ya 50,2 faizi məhsul  istehsalı  sahələrinə, 2236,8 milyon  manatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

13.06.2025 12:43
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ

SON XƏBƏRLƏR