Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“PAŞA Bank”ın xalis mənfəətinin azalmasının səbəbi açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın xalis mənfəətinin azalmasının səbəbi açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ildə “PAŞA Bank” ASC-nin xalis mənfəətinin azalması əsasən faiz xərclərinin artması ilə əlaqədardır.

Marja.az xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.

"Digər banklarda olduğu kimi, “PAŞA Bank”ın da faiz xərcləri artmışdır. Biz qərar verdik ki, artan depozit faizlərini kredit faizlərində kəskin əks etdirməyək. 2024-cü ildə "PAŞA Bank"ın xalis faiz gəlirliliyi marjası 1,1 faiz bəndi azalaraq 5,5% səviyyəsində olub. Başqa sözlə, faizlərdə olan artım müştərilərə verilən kreditlərin faizlərində əks etdirilməyib, bank bunu, öz xalis gəlirinin bir hissəsindən imtina etməsi hesabına həyata keçirib", -Bankın sədri deyib.

Qeyd edək ki, 2024-cü ildə "PAŞA Bank"ın xalis mənfəəti 21% azalaraq 214 milyon 535 min manat təşkil edib. 2023-cü ildə Bankın xalis mənfəəti 271 milyon 551 min manat olmuşdu.

10.06.2025 17:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18