Azərbaycanın fintex şirkəti Türkiyənin fintex şirkətilə saziş imzaladı
PashaPay və Türkiyənin Sipay şirkəti regional fintex əməkdaşlığını gücləndirmək məqsədilə Amsterdamda Əməkdaşlıq Sazişi imzalayıb. Əməkdaşlıq Azərbaycan və Türkiyə arasında transsərhəd fintex innovasiyalarını təşviq edəcək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirəcək.
Azərbaycanın aparıcı fintex şirkətlərindən biri, m10 tətbiqinin yaradıcısı və Bir ekosisteminin üzvü – PashaPay ilə Türkiyənin ən sürətlə böyüyən fintex şirkəti - Sipay arasında transsərhəd fintex innovasiyalarını təşviq etmək və rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək məqsədilə strateji Əməkdaşlıq Sazişi imzalanıb.
PashaPay və Sipay şirkətlərinin birgə mətbuat açıqlamasında bildirilir ki, Saziş 3 iyun tarixində, PashaPay-in Bir ekosistemi təmsil etdiyi dünyanın aparıcı fintex tədbirlərindən biri olan Money 20/20 Europe zamanı Amsterdamda imzalanıb.
Tərəfdaşlıq qarşılıqlı bazarlara çıxışı təmin etmək, texnologiya platformalarını inteqrasiya etmək və qlobal ödəniş şəbəkələri vasitəsilə maliyyə əməkdaşlığını daha da dərinləşdirməyi hədəfləyir.
PashaPay və Sipay tərəfindən verilən mətbuat açıqlamasında bildirilib ki, saziş çərçivəsində hər iki şirkət rəqəmsal maliyyə xidmətlərinə çıxışı genişləndirmək, inklüziv iqtisadi əlçatanlığı dəstəkləmək və hər iki ölkədə fəaliyyət göstərən fərdi şəxslər və bizneslər üçün asan və sürətli əməliyyatların həyata keçirilməsini təmin etmək məqsədilə əməkdaşlıq edəcək.
PashaPay şirkətinin baş icraçı direktoru Samir Məmmədov bildirib:
"Bu əməkdaşlıq, regionda daha sıx inteqrasiya olunmuş və inklüziv rəqəmsal iqtisadiyyatın qurulması yolunda mühüm bir addımdır. Biz qardaş Türkiyənin Sipay şirkəti ilə tərəfdaşlıq edərək yalnız PashaPay-in rəqəmsal pulqabı tətbiqi olan m10 istifadəçiləri üçün yeni imkanlar yaratmırıq, eyni zamanda, beynəlxalq pul köçürmələrini asanlaşdırmaqla Azərbaycan və Türkiyədə, eləcə də region xaricində yaşayan və fəaliyyət göstərən vətəndaşlar, ailələr və bizneslərin gündəlik həyatına dəstək vermiş oluruq."
Sipay şirkətinin baş icraçı direktoru Semih Muşabak qeyd edib:
"PashaPay ilə əməkdaşlıq etməkdən qürur duyuruq. Onlar da bizim kimi daha əlaqəli, inklüziv və innovativ maliyyə ekosistemini hədəfləyir. Bu əməkdaşlıq regional strategiyamızda mühüm bir mərhələdir və bizə Türkiyə və Azərbaycandan başlayaraq, sərhədlərarası rəqəmsal maliyyə həlləri təqdim etməyə, daha sonra isə yeni bazarlara genişlənməyə imkan yaradacaq."
PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.
www.pashapay.az
Sipay haqqında
2019-cu ildə təsis edilmiş Sipay, innovativ fintex şirkəti olaraq, bizneslərin və fərdi istifadəçilərin maliyyə ehtiyaclarına uyğunlaşdırılmış məhsul və xidmətlər hazırlayır. Sipay, şirkətlərin bütün maliyyə fəaliyyətlərini vahid platforma üzərindən idarə etməsinə və izləməsinə imkan verən bir sistem təqdim edir.
Müştərilərin xəbərləri

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
SON XƏBƏRLƏR
-
3 gün sonra
Regionun aparıcı innovasiya festivalı üçün biletlər artıq satışdadır ®
-
8 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
8 saat əvvəl
Qızıl Dəyərində İdarəetmə və Liderlik - METAK 4-cü dəfə bu nüfuzlu mükafata layiq görüldü
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
12 saat əvvəl
Facility Management Group (FMG) Qurban bayramını uşaqlarla birlikdə qeyd etdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"40 milyon manatlıq məhsula zərər dəyməsi ilə bağlı müraciət daxil olub"
- 1 gün əvvəl
-
1 gün əvvəl
BYD Avropada ultra sürətli enerji doldurma şəbəkəsi qurmağı planlaşdırır
- 1 gün əvvəl
Son Xəbərlər

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

Dövlət büdcəsində 3,4 milyard manat artıqlıq yaranıb

Özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Çində yeni ticarət və şərab evləri aça bilər

10 İyun tarixi üçün rəsmi məzənnə müəyyən olunub

Azərbaycanla Çin arasında birgə müəssisə yaradılacaq

Bank of Baku-nun İdarə Heyətinə yeni təyinat olub

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi ®
