Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

SOCAR ilə “MOL Group” arasında saziş imzalandı - “MOL Group” 65 faiz, SOCAR isə 35 faiz paya sahib olacaq

SOCAR ilə “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıdı
iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR ilə “MOL Group” arasında saziş imzalandı - “MOL Group” 65 faiz, SOCAR isə 35 faiz paya sahib  olacaq

3 iyun 2025-ci il tarixində “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Əsas Şərtlər Sazişi imzalanıb.

Bu barədə Marja.az-a SOCAR-dan bildirilib.

Reklam_3_11

Ötən il sentyabrın 20-də şirkətlər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat layihəsinin əsas texniki və kommersiya şərtlərinin razılaşdırılması üzrə işlər aparılıb və müvafiq razılıqlar əldə olunub.

İlkin və əsas kəşfiyyat dövrlərində şirkətlər tərəfindən görüləcək işləri müəyyənləşdirən Əsas Şərtlər Sazişinə əsasən, Macarıstan şirkətinin operator olacağı layihədə “MOL Group”un 65 faiz, SOCAR-ın isə 35 faiz paya sahib olması nəzərdə tutulur.

Qeyd edək ki, “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan “MOL Group” Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.

Şamaxı-Qobustan
03.06.2025 18:21
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ