Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR
Mərkəzi Bank "Statistik Bülleten - Aprel 2025"i dərc edib.
Marja.az xəbər verir ki, Bülletendə bildirilir.
Bank sektoru
30 aprel 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 494, şöbələrinin sayı 87, ATM-lərin sayı 3 min 311 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 184 nəfər artaraq 25 min 939 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 54 milyard 607.1 milyon manat, cəmi öhdəlikləri 47 milyard 625.5 milyon manat, balans kapitalı 6 milyard 981.6 milyon manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.8% və ya 219.4 milyon manat artaraq 28 milyard 96.5 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.2% (14 milyard 952.7 milyon manat);
ıı) istehlak kreditləri – 31.1% (8 milyard 747.6 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 396.2 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.1 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 77.2%-i və ya 36 milyard 747.5 milyon manat. Depozit portfelinin 60.4%-i (22 milyard 199.6 milyon manat) hüquqi şəxslərin, 39.6%-i (14 milyard 547.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66.3%-i (9 milyard 645.1 milyon manat) milli valyutada, 33.7%-i (4 milyard 902.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.8%-i (9 milyard 135.7 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri aprel ayında 1.4% və ya 126.4 milyon manat artmışdır. 2025-ci ilin aprel ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.3% (3 min 599 yeni əmanətçi), ilin əvvəlindən isə 7.5% (11 min 337 nəfər) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 832.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.8%-ni təşkil etmişdir.
2025-ci ilin yanvar - aprel aylarında banklar 339.8 milyon manat xalis mənfəət, 564.4 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 4 ayında banklar tərəfindən ümumilikdə 90.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin aprel ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 3.4% artaraq 35 milyard 438.8 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 215.8 milyon manat azalaraq 2 milyard 369.7 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 215 min ədəd artaraq 20 milyon 675 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 19,5% artmış, kredit kartlarının sayı isə 0,1% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2025-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard301 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 71 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 224 milyon manatı POS-terminallar, 4.5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 39.5% artmışdır.
Müştərilərin xəbərləri
TuranBank beynəlxalq əməkdaşlıq çərçivəsində gender bərabərliyinə dair strateji layihəni yekunlaşdırdı
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
4 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
4 gün sonra
Qızıl girovunuz başqa lombarddadır? Daha sərfəli şərtlə çıxarmaq mümkündür
-
- 1 gün sonra
- 28 d. əvvəl
- 31 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
- 2 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Dünyanın ən zəngin insanının şirkəti: SpaceX InvestAz-da! ®
Ağır texnikalar dağ çaylarına cəlb edilib
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Bank Gürcüstan"ın İdarə Heyətinə yeni sədr təyin edilib
Ən çox oxunanlar
Expressbankda yeni təyinat olub
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
BP-nin mənfəəti 2 dəfədən çox artıb - Tramp neft nəhənglərini “həddindən artıq pul qazanmaqda” ittiham edib
P&G qida əlavələri istehsalçısı Thorne-u 3,8 milyard dollara alır
Spotify-ın abunəçi sayı 300 milyonu ötüb
SOCAR-ın prezidenti BYD-nin rəhbər şəxsi ilə görüşüb
Brent markalı neftin qiyməti 80 dollardan aşağı düşüb





















