“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ötən həftə “Moody's”-in ABŞ-ın reytinqini aşağı salması, həmçinin, ABŞ-da büdcə kəsrinin rekord səviyyədə artması xəbərləri fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı. EUR/USD məzənnəsi 1.13750, GBP/USD məzənnəsi 1.35390 hədlərinə kimi bahalaşdı. USD/CHF cütlüyü 0.82050, USD/JPY cütlüyü isə 142.410 hədlərinə kimi ucuzlaşdı.
Dolların ucuzlaşması qızıla “güvənli liman” maliyyə aləti kimi, tələbin artması ilə nəticələndi. Qiymətli metalın dəyəri 3366$-a qədər yüksəldi.
Xatırladaq ki, ötən həftənin çərşənbə günü beynəlxalq reytinq agentliyi “Moody's Ratings” ABŞ-ın uzunmüddətli kredit reytinqini "Aaa" səviyyəsindən "Aa1"-ə endirib. Bu qərar, dövlət borcunun və büdcə kəsirinin artması ilə bağlı narahatlıqlar fonunda verilib.
Beləliklə, “Moody's”, reytinq agentliklərinin "böyük üçlüyü" arasında ABŞ-ı ən yüksək reytinqdən məhrum edən sonuncu agentlik oldu. Daha əvvəl bu addımı “S&P Global Ratings” və “Fitch Ratings” atmışdılar.
Bununla yanaşı Amerika prezidenti Donald Trampın vergi güzəştləri ilə bağlı qərarının ABŞ-da büdcə kəsrini daha da artıracağına dair narahatlıqlar dollar üzərində təzyiqləri bir qədər də gücləndirdi.
Hətta, ABŞ-da proqnozların üzərində açıqlanan Biznes Aktivliyi İndeksi göstəriciləri də dollara dəstək ola bilmədi.
Həftə ərzində xəbər təqvimində yer alan ən əsas məqam Federal Ehtiyyatlar Sisteminin, Avropa Mərkəzi Bankının, İngiltərə Bankının sədrlərinin çıxışlarıdır. Baş Bankirlərin monetar siyasətlə bağlı səsləndirəcəkləri fikirlər, bu həftə bazarların əsas katalizatoru ola bilər.
Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), Amerikada dərc olunacaq ÜDM, Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət İndeksi (PCE, PCE Price Index) hesabatları, Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin son toplantısının yayımlanacaq protokolları investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdir.
Cari həftə ərzində həmçinin, Yeni Zelandiya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, Kanadada və Türkiyədə dərc olunacaq ÜDM hesabatları, Yaponiyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər.
EUR
Ötən həftəni 1.13640 həddində tamamlayan EUR/USD məzənnəsi yeni həftəyə də artımla başlayıb.
Hazırda 1.14100 hədlərində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.15000 həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Mümkün eniş ssenarisində isə əsas dəstək həddi kimi, 1.13000 səviyyəsi çıxış edir.
Qeyd etmək lazımdır ki, cari həftə Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftəni 1.35370 səviyyəsində tamamlayan GBP/USD valyuta cütlüyü də yeni həftənin əvvəlində bahalaşmaqda davam edir. Hazırda 1.35800 səviyyəsində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.35000 həddinin üzərində qoruyub saxlaya bilsələ, artım tendensiyası davamlılıq qazana bilər.
Bu həftə cümə axşamı günü İngiltərə Bankının sədri Endryu Beylinin çıxışı funt-sterlinqin dünya bazarlarındakı qiymətlərində ciddi dalğalanmalara səbəb ola bilər.
XAU/USD
Qızıl ötən həftə 3205$-a kimi ucuzlaşsa da, buradan dəstək alaraq yenidən 3367$ həddinə kimi bahalaşdı və həftəni 3358$-da başa vurdu. Hazırda 3346$-dan təklif olunan “sarı metal”ın qiyməti 3300$ həddinin üzərində möhkəmlənərsə, artım trendi davam edə bilər. Mümkün eniş ssenarisində isə qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
1 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
-
1 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
3 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
-
3 saat əvvəl
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Ən çox oxunanlar
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib



























