Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycan miqdarı çoxaltmaqla neft və qaz və ixracından gəlirini artırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan miqdarı çoxaltmaqla neft və qaz və ixracından gəlirini artırıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2025-ci ilin ilk 4 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının məbləği 7 milyard 716 milyon 70 min dollar təşkil edib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin ilk 4 ayı ərzində Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracının məbləği 7 milyard 248 milyon 578 min dollar təşkil etmişdi. 

NEFT VƏ QAZ İXRACINDAN GƏLİR ARTIB

2024-cü ilin 4 ayı ərzində xam neft ixracınını məbləği 4 milyard 364 milyon 590 min dollar, təbii qaz ixracının məbləği 2 milyard 758 milyon 783 min dollar ikən, 2025-ci ilin eyni dövründə xam neft ixracının məbləği 4 milyard 562 milyon 682 min dollar, təbii qaz ixracının məbləği isə  3 milyard 65 milyon 562 min dollar təşkil edib.

ARTIM İXRAC MİQDARININ ARTIRILMASI İLƏ BAĞLIDIR

Qeyd edək ki, 2025-ci ilin ilk 4 ayında neft və qazdan gəlirlərin artması ixrac miqdarının artırılması ilə bağlıdır. Belə ki, ixrac olunmuş xam neftin miqdarı 2024-cü ilin ilk 4 ayında 6 milyon 928 min 456 ton ikən, 2025-ci ilin ilk 4 ayında 8 milyon 203 min 845 ton təşkil edib. Təbii qaz ixracının miqdarı isə 7 milyard 706 milyon 861 min kub metrdən 8 milyard 160 milyon 30 min kub metrə yüksəlib.

20.05.2025 08:16
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ