Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İşçi sayı və əməkhaqqı fondu “ağarır”, daxilolmalar artır - 223 MİLYON DAHA ÇOX HAQQ YIĞILIB

Sosial sığorta ödəmələri 12,3 faiz artıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
İşçi sayı və əməkhaqqı fondu “ağarır”,  daxilolmalar artır - 223 MİLYON DAHA ÇOX HAQQ YIĞILIB

2025-ci ilin yanvar-aprel aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələr 2 milyard 38 milyon manatdan çox olub.

Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,3 faiz və ya 223,5 milyon manata yaxın artıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artaraq 1 milyard 357,2 milyon manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə ödəmələr 2024-cü ilin müvafiq dövrünə nisbətən 12,1 faiz artıb və 72,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,1 faiz artaraq 55,2 milyon manatdan çox təşkil edib. 

İcbari tibbi sığorta haqları üzrə ödəmələr ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artıb və 355,7 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,5 faiz artaraq  251,1 milyon manatdan çox təşkil edib.

14.05.2025 09:40
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ