Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18% artıb
“İxrac icmalı”nın may sayının ilkin rəqəmləri açıqlanıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayına dair ilkin göstəriciləri təqdim edib.
İcmala əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 12,1% artaraq 300.1 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin ilk dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon ABŞ dolları və ya 42,5%, şəkər 1,9 milyon ABŞ dolları və ya 25,8%, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon ABŞ dolları və ya 16,7%, meyvə-tərəvəz 26,8 ABŞ dolları və ya 14,8%, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon ABŞ dolları və ya 9,8%, pambıq iplik 360,9 min ABŞ dolları və ya 5,3% artıb.
2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,57 milyon ABŞ dolları təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 ay sonra
Aviabilet • Otel axtarışı • Qrup səyahətləri • Turlar - Xidmətlər bir arada
-
1 gün sonra
30 000 AZN mükafat fondu - Potensialı yüksək olan ideyalara dəstək göstəriləcək
- 15 d. əvvəl
-
- 35 d. əvvəl
-
1 saat əvvəl
MDM maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı yeni model formalaşdıracaq
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə keçirilən ecomX e-ticarət proqramının 1-ci mərhələsi uğurla başa çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
53 sahibkarlıq subyekti tərəfindən 4000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

“AFB Bank”da Biznes bankçılıq üzrə müşavir təyinatı

Azərbaycanda ilk dəfə keçirilən ecomX e-ticarət proqramının 1-ci mərhələsi uğurla başa çatıb

Daha 4 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI

53 sahibkarlıq subyekti tərəfindən 4000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır
Ən çox oxunanlar
.jpg)
"Səhmdarlarımıza 200 milyon manat dividend ödəyəcəyik"

Sabah 30 dərəcəyədək isti gözlənilir

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18% artıb

“ƏDV geri al” layihəsində geriləmə - Qaytarılan həcm azalıb

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

“Allianz Trade” Azərbaycanın "ölkə risk reytinqi"ni yüksəldib
