10-cu Milli Marketinq Forumuna son 3 gün! - SPİKERLƏR
Ölkənin ən böyük biznes tədbirlərindən biri olan Milli Marketinq Forumu (MMF) bu il "Neoklassika" konsepti ilə 10-cu illiyini qeyd edəcək. Forum 9-10-11 may tarixlərində, ilk dəfə keçirildiyi məkan olan 28 Mall "CinemaPlus"da təşkil ediləcək.
Bu ilki forumda fiziki iştirak (offline) və onlayn (Meta platformasında) olmaqla 3 gün ərzində ümumilikdə 9 panel üzrə 50-dək spikerin çıxışı planlaşdırılır.
Tədbirdə "Milli Keyslər", "Kommunikasiya və PR", "Yeni Texnologiyalar: Blokçeyn, Süni Zəka, Big Data", "Yaradıcı Sənayə", "Sosial Media və İnfluencerlər", "Satış və Ticari Marketinq", "İnnovativ Marketinq və Startaplar" kimi panellər təşkil ediləcək.
Forum çərçivəsində müzakirə olunacaq mövzular, marketinq sahəsinin hazırkı çağırışları və gələcək inkişaf istiqamətləri baxımından aktual olmaqla yanaşı, iştirakçılara praktik bilik və ilham verəcək dəyərli çıxışlar təqdim edəcək.
10 may tarixində keçirilək panellər üzrə spikerlər:
Milli keyslər paneli
Moderator: İlkin Manafov - Mutfakçı şirkətinin təsisçisisi və direktoru
Ülvi Aslanov - "Code Academy"nin təsisçisi və CEO-su
Sübhan Hüseynov - Senser şirkətinin təsisçisi
Şahbaz Xuduoğlu - "Qanun" nəşriyyatın direktoru
Qəzənfər Aloyev - Nano Fire Technologies MMC-nin təsisçisi və direktoru
Mikayıl Yusifov - İNCİ Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri
Böyük Qayıdış paneli
Moderator: Sevinc Gülməmmədova - Diplomatik Jurnalist, Baku TV-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri
Dr. İkram Rüstəmov - Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi
Ərşad Hüseynov - Hüquqşünas, Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssis
Fuad Quliyev - "Cinema Art" MMC-nin direktoru
Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisiçisi
Yaradıcı Sənayelər və Trendlər paneli
Moderator: Emin Hüseynov - "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC-nin Baş proqram direktoru
Elnur Talıblı - "TAKE Advertising and Media"nın Kreativ direktoru
Zaur Məmmədov - Maxmedia Agentliyinin direktoru
Şəbnəm Hümbətova -“İrşad Electronics” MMC-nin Marketinq departamentinin rəhbəri
Ibrahim Qurbanov - AzTV Dublyaj redaksiyasının baş redaktoru
Əkbər Əsədov - Radio Enerji 101.1 FM-in icraçı direktoru
Hər panel üzrə dinamik və məzmunlu çıxışların təmin olunması məqsədilə iştirakçıların aktiv iştirakı və interaktiv sessiyalar da tədbbir zamanı nəzərdə tutulur.
MMF-yə bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
Instagram: https://www.instagram.com/milli_marketinq_forumu
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu
Müştərilərin xəbərləri
Kağız əsaslı nəqliyyat sənədlərinin elektron formata keçirilməsi - Azərbaycanlı mütəxəssis Orxan Namazovun təqdimatı diqqət çəkib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
8 d. əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
14 d. əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
-
-
30 d. əvvəl
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
-
3 saat əvvəl
Azərbaycana daxil olan xarici valyuta çıxan valyutanı 1,4 milyard dollar üstələyib
-
3 saat əvvəl
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
-
4 saat əvvəl
Azərbaycan nefti orta hesabla 94,5 dollardan, qazı 313 dollardan ixrac edilib
-
4 saat əvvəl
2026-cı ilin ilk 6 ayında kapital və maliyyənin hərəkəti balansında 3 milyard dolıar kəsr yaranıb
-
4 saat əvvəl
Azərbaycana daxil olan pul baratları üzrə müsbət saldo 530 milyon dolları ötüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Bil Qeytsdən süni intellekt və səhiyyə ilə bağlı xəbərdarlıqlar
Ən çox oxunanlar
2026-cı ilin ilk 6 ayında kapital və maliyyənin hərəkəti balansında 3 milyard dolıar kəsr yaranıb
Fitch SOCAR-ın İtaliyadakı alışını müsbət qiymətləndirdi
SOCAR bu ölkədə 7 milyard dollar yatırmağa hazırlaşır
Fitch SOCAR-ın reytinqini təsdiqlədi, kredit profilini yüksəltdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun ®
























