Bakıda "VMF"dən saat oğurlayan Çin vətəndaşlarına hökm oxunub
Bakıda "VMF Continental" mağazasından 85 min manat dəyərində saat oğurlamaqda təqsirləndirilən Çin Xalq Republikasının vətəndaşları Zhang Guomin və Liu Bo-nun cinayət işləri üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Məlum olub ki, təqsirləndirilən şəxslər "VMF Continental"ın Yasamal filialında dəyəri 85 min 28 manat olan "Breguet" markalı saatı görmək üçün satıcı İradə Baramovadan onu vitrindən çıxarmasını xahiş ediblər. Onlar saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini xahiş edib, Zhang Guomin isə saatı oğurlayıb və bununla da təqsirləndirilən şəxslər mağazaya külli miqdarda ziyan vurublar. Bildirilib ki, onlara qarşı sürülmüş ittihamda 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Zhang Guomin və Liu Bo elan olunmuş ittihamda özlərini təqsirli biliblər.
Prosesdə ifadə verən Liu Bo bildirib ki, o, ittihamı qəbul etsədə saatı o oğurlamayıb:
"Mən kamera görüntülərini gördüm və oğurluğu qəbul edirəm. Əməlimdən də peşmanam Lakin, saatı mən yox, Zhang Guomin götürüb. Mən ona mağazanın qarşısında əməlin yanlış olduğunu söylədim. O da dedi ki, sadəcə aksesuardır, problem olmaz. Biz saatın bu qədər bahalı olduğunu bilmirdik. Bildirmək istəyirəm ki, VMF şirkətinə dəymiş ziyana görə kompensasiya ödəməyə də hazırıq. Biz ölkəmizə qayıtmaq üçün hava limanında olarkən polis saatı üzərimizdə tapıb. Bakıya gəlmək məqsədimiz isə tranzit ölkə kimi Türkiyədən Çinə getmək olub. Yasamala isə gəzməyə getmişdik. Oranın hara olduğunu belə bilmirdik".
Zhang Guomin ifadəsində bildirib ki, o saatın çox dəyərli olduğunu bilməyib: "Mən saatın bu qədər bahalı olduğunu bilmirdim. Əməlimdən çox peşmanam. Xahiş edirəm mən bağışlayın".
"VMF Continental" şirkətinin hüquqi nümayəndəsi E.Nəsibov bildirib ki, təqsirləndirilən şəxslərdən şikayətçidirlər.
Liu Bo və Zhang Guomin hüquqi nümayəndədən üzr istəyib və xahiş edib ki, onlara kompensasiya verib ölkələrinə qayıtmaq üçün fürsət yaratsınlar: "Bizim hazır ki, vəziyyətimizə görə, hərəmiz 5-10 min dollar arası kompensasiya ödəyə bilərik".
E.Nəsibov rəhbərliklə danışdıqdan sonra münasibət bildirəcəyini söyləyib.
Məhkəmədə ifadə verən şahid, mağazada satıcı çalışan İradə Bayramova bildirib ki, o oğurluğu 10 dəqiqə sonra bilib: "Breguet saatına baxmaq üçün yaxınlaşdılar. Biz proqram vasitəsi ilə Çin dilindən Rus dilinə tərcümə edərək ünsiyyət qurmuşduq. Sadəcə "Breguet" markalı saata baxmaq istəmələrindən anlamışdım ki, onların saatdan anlayışı var. Onlardan Liu Bo bir gün öncədə baxmağa gəlmişdi. Hadisə vaxtı, qutlarında şəkillərini çəkmək üçün qutularına qoymağımı istədilər. İki saatı qutularında kənara qoymağımı və sabah səhər götürəcəklərini dedilər. Mən onlar getdikdən sonra qutuları yoxlayarkən saatlardan birinin olmadığını gördüm və xəbər verdim".
Təqsirləndirilən şəxslər şahidin ifadəsini təsdiqləyiblər.
Şahid əlavə edib ki, üzərilərindəki bahalı əşyalardan o saatı ala biləcəklərini düşünüb: "Onların üzərilərində qızıl seplər, "Hermes" kəmərlər vardı. Bank hesablarını da göstərib imkanları olduğunu və ala biləcəklərini dedilər".
Digər şahid Hacı Hacıyev mağazada təhlükəsizlik əməkdaşıdır. O, bildirib ki, kamera görüntülərini izləyərkən görüb ki, təqsirləndirilən şəxslər təqribi bir saat mağazada olublar. O, İradə Bayramovanın saatın oğurlandığını bildirməsindən sonra polis əməkdaşlarına zəng edib.
Məhkəmə istintaqı tamamlanıb.
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Zhang Guomin və Liu Bonun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxslərin vəkilləri onların özlərini təqsirli bildiyini və ailələrinin ölkə xaricində olduğunu söyləyərək onlara yüngül cəza verilməsini xahiş edib.
Zhang Guomin və Liu Bo son sözünlərində çox peşman olduqlarını, bağışlanılmalarını və ölkələrinə göndərilmələrini xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Onlar cəzaları bitdiyi an ölkədən kənarlaşdırılacaqlar.
Qeyd edək ki, hadisə ötən il oktyabr ayında paytaxtın Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasında qeydə alınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 d. əvvəl
-
17 d. əvvəl
Abşeron Mall-da "ulduz yağışı": alış-verişinizi konsert biletinə çevirin!
- 33 d. əvvəl
-
58 d. əvvəl
İlk 3 ayda Yaşıl Kart Sistemi üzrə 9 mindən çox müqavilə rəsmiləşdirilib
-
1 saat əvvəl
Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib
-
1 saat əvvəl
Azərbaycanın Neft Fondu kiçilib - investisiya gəlirləri üzrə 741,1 milyon manatlıq azalma
-
1 saat əvvəl
Bank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi
-
1 saat əvvəl
Bank olmayan kredit təşkilatı kapital tələbinə əməl etmədi, Mərkəzi Bank lisenziyasını ləğv etdi
-
2 saat əvvəl
“Biz tarixdə ən böyük enerji təhlükəsizliyi təhdidi ilə üz-üzəyik”
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Milli Depozit Mərkəzi ASAN Pay platformasında hüquqi şəxslər üçün yeni imkanları tam aktivləşdirib
Bank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi
Bank olmayan kredit təşkilatı kapital tələbinə əməl etmədi, Mərkəzi Bank lisenziyasını ləğv etdi
Ən çox oxunanlar
“Biz tarixdə ən böyük enerji təhlükəsizliyi təhdidi ilə üz-üzəyik”
Dünyanın ən böyük kosmetika şirkətinin səhmləri 9%-ə qədər bahalaşıb
Tesla-nın xalis mənfəəti 17% artıb
PAŞA Bank IPO çərçivəsində investorlarla görüş keçirib
Aprelin 24-də gözlənilən hava şəraiti
TƏBİB kadr dəyişiklikləri ilə bağlı açıqlama yayıb






.jpg)
.jpg)








.jpg)





