Neft Fondu dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib
2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 562,1 milyon manat proqnoza qarşı 9 milyard 733,4 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilmişdir. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olmuşdur.
Bu barədə Maliyyə Nazirliyinin "2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat"ında bildirilir.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,9 faiz çox icra edilməklə 6 milyard 113,1 milyon manat təşkil etmişdir.
Dövlət büdcəsinin gəlirlərinin 4 milyard 380,6 milyon manatı və ya 45 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3 milyard 620,3 milyon manatı və ya 37,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1 milyard 430,5 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 136,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 10,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 154,9 milyon manatı və ya 1,6 faizi sair daxilolmaların payına düşür.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 95 milyon manat və ya 2,2 faiz, gömrük orqanlarının xətti ilə 30,5 milyon manat və ya 2,2 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,8 milyon manat və ya 20,9 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 44 milyon manat və ya 17,8 faiz çox, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilmişdir.
Cari ilin 1-ci rübündə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə 425 milyon manat və ya 13,3 faiz, vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 98,9 milyon manat və ya 2,3 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 1,2 milyon manat və ya 13 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən və digər mənbələrdən daxilolmalar üzrə 13,5 milyon manat və ya 4,9 faiz çox vəsait daxil olmuşdur.
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 50,9 faizini təşkil etməklə 4 milyard 957,4 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 164,6 milyon manat və ya 3,4 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 285,8 milyon manat və ya 6,1 faiz çoxdur.
Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 65,1 faizini və ya 3 milyard 224,9 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,9 faizini və ya 1 milyard 430,5 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,8 faizini və ya 136,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,0 faizini və ya 154,9 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 10,4 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4 milyard 776,0 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 6,7 milyon manat və ya 0,1 faiz, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 213,4 milyon manat və ya 4,7 faiz çoxdur.
2025-ci ilin 1-ci rübündə dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 24,2 faizi və ya 1 milyard 155,7 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 75,8 faizi və ya 3 milyard 620,3 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 49,6 faizi və ya 572,9 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 40,7 faizi və ya 471,1 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 9,7 faizi və ya 111,7 milyon manatı ABƏŞ-in mənfəət vergisi hesabına olmuşdur.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
15 saat sonra
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
-
- 6 saat əvvəl
-
19 saat əvvəl
Citi FED-in növbəti faiz endirimi proqnozunu 2027-ci ilin iyununa keçirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
55 min gözlənilirdi, 162 min oldu – ABŞ-dan bazarları silkələyən məşğulluq rəqəmi
-
1 gün əvvəl
“KollektA” 2,9 milyon manat mənfəət əldə edib – Aktivləri 37 dəfə artıb
-
1 gün əvvəl
Tramp FED-ə ultimatum verdi: "Faizləri endirin, yoxsa ticarəti dayandıraram”
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Qiymətlər 70%-dək endirilib - 1200 manat ucuzlaşan məhsul var ®
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında taxıl, şəkər və süd bahalaşır
Ən çox oxunanlar
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
Problemli kreditləri yığan şirkət bazardan 5 milyon manat cəlb edir - İnvestorlara 16% gəlir təklifi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®




















